...

13 saylı Xəzər-Pirallahı və 14 saylı Xəzər dairələri üzrə müşavirə və seminar keçirilib (FOTO)

Siyasət Materials 6 Fevral 2020 13:14 (UTC +04:00)
13 saylı Xəzər-Pirallahı və 14 saylı Xəzər dairələri üzrə müşahidəçi və məşvərətçi səs hüququna malik üzvlər üçün müşavirə və seminar keçirildi.
13 saylı Xəzər-Pirallahı və 14 saylı Xəzər dairələri üzrə müşavirə və seminar keçirilib (FOTO)

Bakı. Trend:

6 fevral 2020-ci il tarixində Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının mənzil qərargahında 13 saylı Xəzər - Pirallahı və 14 saylı Xəzər dairələri üzrə müşahidəçi və məşvərətçi səs hüququna malik üzvlər üçün müşavirə və seminar keçirildi.

Trend-in məlumatına görə, tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov iştirak və çıxış etdi. Tədbirdə müşahidəçi və məşvərətçi səs hüququna malik üzvlərin seçki prosesindəki iştirakları, vəzifə və hüquqları haqqında ətraflı məlumat verildi.

Eyni zamanda, müşahidəçi və məşvərətçi səs hüququna malik üzvlərə “Məşvərətçi səs hüquqlu üzvün hüquq və vəzifələri”, “Müşahidəçilər üçün yaddaş” və “Seçki üçün yaddaş” braşuraları da paylanıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti