...

ABŞ müşahidəçiləri Azərbaycanda keçirilən parlament seçkilərini yüksək qiymətlndiriblər

Siyasət Materials 10 Fevral 2020 00:28 (UTC +04:00)
ABŞ ictimaiyyətinin Müşahidə Missiyası Azərbaycanda keçirilən parlament seçkilərindən həddindən artıq məmnun olduğunu bildirib
ABŞ müşahidəçiləri Azərbaycanda keçirilən parlament seçkilərini yüksək qiymətlndiriblər

Bakı. Eldar Canaşvili - Trend:

ABŞ ictimaiyyətinin Müşahidə Missiyası Azərbaycanda keçirilən parlament seçkilərindən həddindən artıq məmnun olduğunu bildirib.

Trend-in məlumatına görə, Azərbaycanda növbədənkənar parlament seçkiləri ilə bağlı keçirilən mətbuat konfransında ABŞ ictimaiyyətindən olan müşahidəçilər əhalinin yüksək siyasi fəallığını, missiyanın paytaxtdakı müxtəlif seçki məntəqələrində müşahidə etdiyi seçkilərə ciddi hazırlıqlarını və ümumilikdə ölkədən məmnun olduqlarını qeyd ediblər.

Nyu Yorkdan olan ABŞ müşahidəçisi Buxara Yəhudiləri Konqresinin ABŞ və Kanadadakı əlaqələndiricisi Rafael Nektal üçüncü dəfə Azərbaycanda olduğunu və ölkənin parlament seçkilərində beynəlxalq müşahidəçi kimi iştirak etməkdən çox məmnun olduğunu bildirib.

Müsbət cəhətlərdən Nektal ilk növbədə seçici fəallığının yüksək olduğunu qeyd edib:

"Mənim olduğum Qubada çox soyuq idi, təxminən beş dərəcə, lakin bir çox insan məntəqəyə gəlməyə tənbəllik etməyib".

San Dieqodan olan müşahidəçi Martin Kruminq dedi ki, bu, onun Azərbaycana beşinci səfəridir və o da seçkilərdə iştirak etməkdən məmnundur:

"İnsanlar səs verməyə gəlirdilər və sonra bir müddət qaldırlar, yəni iştirak edirdilər, o da çox maraqlıdır. Buradakı insanlar bunu adi bir şey hesab edirlər, lakin ABŞ-da bu cür fəaliyyət, məsələn, müşahidə edilmir - xalqımız gəlir, səs verir və dərhal öz işləri dalınca gedirlər. Bundan əlavə, mən yerli müşahidəçilərlə şəxsən söhbət etdim və bölmələrin birində hətta dadlı çay da verdiyimiz bir hal oldu. Bunu Amerikada görməyəcəksiniz".

Los-Ancelesdən olan müşahidəçi, sahibkar Mitç Silberman, öz növbəsində yerli sakinlərlə dialoq göstrib ki, əhali çox vətənpərvər və siyası fəaldır, bu da Amerika və Azərbaycan xalqlarını bir araya gətirir.

Silbermanın seçki prosesində qeyd etdiyi əsas amillər gənclərin namizəd siyahılarında təmsil olunması və seçki məntəqələrində qaydalara əməl olunmasıdır.

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib.

Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5426 daimi seçki məntəqəsi fəaliyyət göstərib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti