...

İƏT müşahidəçisi: Məntəqələrdə heç bir qanun pozuntusu müşahidə etmədik

Siyasət Materials 10 Fevral 2020 12:00 (UTC +04:00)
Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri demokratik keçib.
İƏT müşahidəçisi: Məntəqələrdə heç bir qanun pozuntusu müşahidə etmədik

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri demokratik keçib.

Trend-in məlumatına görə, Milli Məclisə fevralın 9-da keçirilən növbədənkənar seçkilərin nəticələri ilə əlaqədar keçirilən tədbirdə olan beynəlxalq müşahidəçi, İslam Əməkdaşlıq Təşkilatının müşahidə missiyasının üzvü Əli Əsgər Mohammadi deyib.

Azərbaycan tarixində demokratiyanın mühüm amil olduğunu deyən müşahidəçi Azərbaycan xalqını seçkinin nəticəsinə görə təbrik edib.

O əlavə edib ki, İslam Əməkdaşlıq Təşkilatının iki nümayəndəsi seçkilərdə müşahidəçi qismində qatılıb. Müşahidəçilər Bakıda 8 məntəqədə müşahidə aparıblar.

Məntəqələrdə heç bir qanun pozuntusu müşahidə etmədiklərini deyən Əli Əsgər Mohammadinin sözlərinə görə, havanın soyuq olmasına baxmayaraq, parlament seçkilərində seçici fəallığı yüksək olub.

O, seçkidə müşahidəçilərin prosesi diqqətlə izləməsindən də məmnun qaldığını söyləyib.

Əli Əsgər Mohammadi bunu da əlavə edib ki, Azərbaycan təmsil etdiyi təşkilatın fəal üzvüdür: "Azərbaycan bizim üçün dost, qardaş ölkədir. Bizim səsimiz sizinlədir. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın haqq işini hər zaman dəstəkləyir".

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.

Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.

Ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub ki, burada seçici fəallığı 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər), ən passiv dairə olan 17 saylı Yasamal 3-cü Seçki Dairəsində isə seçici fəallığı 17,84 faiz (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti