...

Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı azalıb

Siyasət Materials 13 Fevral 2020 09:13 (UTC +04:00)
2020-ci ilin yanvarında Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı 2019-cu ilin analoji dövrü ilə müqayisədə 79,77 faiz azalaraq 62 110 dollar təşkil edib
Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı azalıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

2020-ci il yanvarında Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı 2019-cu ilin analoji dövrü ilə müqayisədə 79,77 faiz azalaraq 62 110 dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Qeyd edək ki, 2020-ci ilin yanvarında Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı 2019-cu ilin analoji dövrü ilə müqayisədə 4,3 faiz azalaraq 166,974 milyon dollar təşkil edib.

Bu göstərici hesabat dövründə ölkənin ümumi ixracının 1,1 faizini təşkil edib.

Xatırladaq ki, 2019-cu ildə Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı 2018-ci illə müqayisədə 39,85 faiz artaraq 88,675 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti