Bakı. Trend:
Trend İnformasiya Agentliyinin Baş direktorunun müavini, “АzerNews” qəzetinin baş redaktoru Sevil Mikayılova Real Tv-nin efirində Prezident İlham Əliyevin İtaliyaya səfərinə həsr olunmuş “Müsahibə saatı” verilişində iştirak edib.
Trend-in məlumatına görə, veriliş zamanı Sevil Mikayılova Prezident İlham Əliyevin bu səfərini Azərbaycan-İtaliya münasibətlərində əlamətdar hadisə adlandırıb.
Baş direktorun müavini xüsusilə qeyd edib ki, bu hadisə iki ölkə arasında iqtisadiyyat, energetika sahələrində əlaqələrin inkişafına böyük təkan verməklə yanaşı, eləcə də Azərbaycanın aparıcı Avropa ölkəsi qismində İtaliya ilə siyasi dialoqunun səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldəcək.
Verilişin tam versiyasını oxuculara təqdim edirik: