...

Prezidentdən məmurlara daha bir nümunə: Onun üçün ayrılmış kreslonu dəyişdirdi (VİDEO)

Siyasət Materials 4 Mart 2020 21:27 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.
Prezidentdən məmurlara daha bir nümunə: Onun üçün ayrılmış kreslonu dəyişdirdi (VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

Prezident İlham Əliyev kompleksdə təqdim edilən innovativ yeniliklərlə tanış oldu, sonra isə “ASAN xidmət” könüllüləri və əməkdaşları ilə görüşdü.

“ASAN xidmət” könüllüləri və əməkdaşları ilə görüşdə mənalı hadisə yaşanıb. Belə ki, dövlət başçısı zala daxil olarkən onun üçün qoyulmuş xüsusi kresloya irad bildirərək, onu adi stulla əvəzlədib.

Prezident bildirib: "Mənə belə xüsusi kreslo qoymusuz, adi stuldan yoxdur? Götürün. Belə şeylərə yol vermək olmaz. Qətiyyən".

Sujet AzTV-nin "Xəbərlər" proqramında yayımlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti