...

Səfərbərliklə bağlı məsələ hökumətin gündəliyindədir - İbrahim Məmmədov

Siyasət Materials 23 Mart 2020 21:55 (UTC +04:00)
Səfərbərlik, hərbi xidmətə çağırış hökumətin diqqət mərkəzindədir.
Səfərbərliklə bağlı məsələ hökumətin gündəliyindədir - İbrahim Məmmədov

Bakı. İlhamə İsabalayeva - Trend:

Səfərbərlik, hərbi xidmətə çağırış hökumətin diqqət mərkəzindədir.

Trend-in məlumatına görə, bunu bu gün ölkədə xüsusi karantin rejimi elan edilməsi ilə bağlı keçirilən mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədovun sözlərinə görə, yəqin ki, yaxın vaxtlarda bununla bağlı qərar qəbul ediləcək.

Kabinet rəsmisi əlavə edib ki, koronavirusun qarşısının alınması üçün bütün mümkün tədbirlərdən istifadə olunacaq.

Xatırladaq ki, martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti