...

Səməd Seyidov: 2019-cu il Azərbaycanın xarici siyasətində bir çox uğurlarla yadda qaldı

Siyasət Materials 9 Aprel 2020 13:13 (UTC +04:00)
Səməd Seyidov: 2019-cu il Azərbaycanın xarici siyasətində bir çox uğurlarla yadda qaldı

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

2019-cu il Azərbaycanın xarici siyasətində bir çox uğurlarla yadda qaldı. Ümumilikdə, 2019-cu il Azərbaycan üçün uğurlu bir il oldu.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, heç kim bilmirdi ki, koronavirus pandemiyası ortaya çıxacaq və beynəlxalq əlaqələrdə çətinliklər yaradacaq: “Ancaq buna baxmayaraq, Azərbaycanın beynəlxalq səviyyədə fəaliyyəti davam edir və ölkənin beynəlxalq aləmdə mövqeyi güclüdür”.

S.Seyidov Prezident İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamına da toxunub. O qeyd edib ki, bu sərəncamın verilməsi humanist bir siyasətdir: “Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın siyasəti insanlara yönəlmiş bir siyasətdir. Biz də əlimizdən gələni etməliyik ki, insanlarda məmnunluq yaradaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti