Vətəndaşlar Prezident İlham Əliyevə təşəkkür edir: “Siz hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu bir daha sübut etdiniz”

Vətəndaşlar Prezident İlham Əliyevə təşəkkür edir: “Siz hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu bir daha sübut etdiniz”

Bakı. Trend:

Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.

Trend Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Tərtər rayonundan Sosella Bayramova ölkəmizdə COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən sistemli addımlar atıldığını vurğulayaraq yazır: “Möhtərəm cənab Prezidentimiz. son vaxtlar dünyada geniş yayılmış koronovirus infeksiyası təəssüf ki, Azərbaycandan da yan keçmədi. Ölkəmizdə bu infeksiyanın geniş yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən sistemli addımlar atılır. Həmişə olduğu kimi, indiki çətin günlərdə də Siz kimliyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu bir daha sübut etdiniz. Hadisələrin axarını uzaqgörənliklə, dəqiq və düzgün təhlil edərək vaxtında verdiyiniz qərarlar, Sizin təşəbbüsünüz və rəhbərliyinizlə operativ olaraq həyata keçirilən qabaqlayıcı tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün misilsiz əhəmiyyətə malikdir. Cənab Prezident, böyük bir bəla olan koronovirusun kütləvi yayılmasının qarşısını almaq məqsədilə görülən işlərə görə Sizə bir ana, nənə, cəbhə bölgəsində yaşayan Azərbaycan vətəndaşı kimi dərin minnətdarlığımı bildirirəm. Siz xalqımıza dəstək olduğunuz kimi, xalqımız da hər zaman Sizə dəstəkdir. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”. Allah Sizi qorusun!”.

Hacıqabul şəhərinin sakini Vüsalə İbrahimova qlobal pandemiyanın yayıldığı bir zamanda məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə koronovirusa qarşı mübarizədə dövlətin vaxtında qabaqlayıcı tədbirlər gördüyünü bildirir. O yazır: “Möhtərəm cənab Prezident, bu gün ölkəmizdə aparılan inqilabi islahatların ən gözəl nəticələri hiss olunmaqdadır. Ümummilli lider Heydər Əliyev akademiyasının bir nömrəli və möhtəşəm məzunu kimi, Sizin müdrik siyasətinizin nəticəsi olaraq, Azərbaycan cənnət diyara çevrilmişdir. Qlobal pandemiyanın yayıldığı bir zamanda məhz Sizin rəhbərliyinizlə koronovirus ilə mübarizədə dövlət vaxtında qabaqlayıcı tədbirlər gördü. Bunun nəticəsidir ki, Azərbaycanda xəstələrin sayı da çox az oldu. Bu gün Siz bir daha sübut etdiniz ki, Azərbaycan xalqına xidmət edirsiniz. Ölkəmizdə COVİD-19 infeksiyasına qarşı görülmüş bütün qabaqlayıcı tədbirlər insanlarımızın sağlamlığının qarantıdır. Sizin işsiz vətəndaşlara və sahibkarlara göstərdiyiniz maddi və mənəvi dəstək əsl rəhbər, dövlət başçısı qayğısının təzahürüdür. Cənab Prezident, Hacıqabul şəhər sakinləri bütün bunlara görə Sizə təşəkkür edir. Sizə möhkəm cansağlığı, çətin və şərəfli işinizdə yeni uğurlar arzulayırıq”.

Prezident İlham Əliyevin ətrafında hər zaman sıx birləşən xalqımızın bu çətin günlərdən də uğurla keçəcəyinə əminliyini ifadə edən Gəncə şəhərinin sakini Səbinə Qəhrəmanova yazır: “Möhtərəm cənab Prezident, hazırda dünyada ən böyük problem olan koronovirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə gördüyünüz qabaqlayıcı tədbirlər, pandemiyanın təsirinin azaldılması üçün atılan addımlar alqışa layiqdir. Sizin də dediyiniz kimi, Azərbaycan xalqının rifahı hər şeydən üstündür. Həm özümüz üçün, həm də Vətənimiz naminə Sizin rəhbərliyinizlə dövlətin atdığı addımlara biz gəncəlilər ciddi əməl edirik. Sizin siyasətinizin ətrafında hər zaman sıx birləşən xalqımız bu çətin günlərdən də uğurla keçəcək. Biz buna inanırıq, hörmətli cənab Prezident. Xalqımıza, ölkə vətəndaşlarına göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizə və ailənizə bu çətin günlərdə əvəzsiz olan cansağlığı arzu edirik”.

Dövlətimizin başçısının siyasətinin mərkəzində Azərbaycan xalqının dayandığını vurğulayan Cəlilabad rayonunun sakini Xəzər Abbaszadə yazır: “Möhtərəm cənab Prezident, Sizə öz adımdan və Cəlilabad şəhər sakinləri adından dərin minnətdarlığımızı bildirmək istəyirəm. Əziz Prezidentimiz, Sizin uzaqgörən siyasətiniz nəticəsində xalqımız koronavirus pandemiyasından ən az zərərlə qurtulmaq üzrədir. Həyata keçirilən bütün tədbirlər sübut edir ki, Sizin siyasətinizin mərkəzində Azərbaycan xalqı dayanır. Bu çətin günlərimizdə əhaliyə hərtərəfli dəstəyiniz Sizin humanistliyinizin bariz nümunəsidir. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi olaraq, biz tələbələrə göstərilən qayğıya görə də Sizə təşəkkür edirəm. Əminik ki, bundan sonra da Azərbaycanımızı Sizinlə bərabər xoş sədalı, işıqlı günlər gözləyir. Biz Sizinlə güclüyük!”.

Gəncə şəhərindən Mirqədir Əliyev Azərbaycan xalqına göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirərək yazır: “Cənab Ali Baş Komandan, mən bir vətəndaş olaraq Sizinlə qürur duyuram. Siz bir daha sübut etdiniz ki, əsas vəzifəniz xalqımızı, dövlətimizi qorumaqdır. Siz çətin günlərə qalib gəlmək üçün var qüvvənizlə çalışır, mümkün olan hər şeyi edirsiniz. Sizin qətiyyətli mövqeyinizə görə Azərbaycanı daim uğur gözləyəcək. Cənab Prezident, bizim qayğımıza qaldığınıza, yorulmadan çalışdığınıza görə çox sağ olun. Azərbaycan xalqına göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Dünyanı lərzəyə salan koronavirus pandemiyasından ölkəmizin qurtulması yolunda Sizi özümüzə bayraqdar, xilaskar görürük. Sizin rəhbərliyinizlə xalqımız bir çox sınaqlardan, imtahanlardan alnıaçıq, üzüağ çıxıb. Bu bəladan da tezliklə minimum itki ilə qurtulacağımıza inamımız böyükdür. Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız xalqımızın həmrəyliyinə, birliyinə yeni parlaq çalarlar gətirdi. İnşallah, elə bu birliyin və gücün sayəsində də koronavirus qalib gələcəyik”.

Bakı şəhərinin Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsinin sakini Gülnarə İslamova yazır: “Hörmətli cənab Prezident,

mən sadə bir Azərbaycan vətəndaşı, müəlliməm. Yurdumuzun gözəl balalarına dərs deyir, onlara Vətən, torpaq anlayışı, vətəndaşlıq borcu kimi dəyərli keyfiyyətlər aşılayıram. Hazırda bütün dünyada koronavirusla mübarizə getdiyi bir vaxtda Sizin diqqətiniz, müdrik addımlarınız, xalqa qayğıkeş münasibətiniz o qədər qürurvericidir ki, ulu öndərimiz Heydər Əliyevin dəyərli sözlərini hər bir vətəndaş kimi, mən də ürəkdən, səmimi qəlbdən söyləyirəm: “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”.

Heydər Əliyev məktəbi keçən, Heydər Əliyev ruhunu daşıyan cənab Ali Baş Komandanımız, Sizi çox sevirik. Biz Sizinləyik. Bitməyən qayğılarınıza görə Sizə olan ehtiramımız əbədidir”.

Gəncə şəhər sakinləri Elgiz Şükürov, İradə Səfərova, Elşad Abbasov və Raminə İsmayılova Azərbaycan Prezidentinin xalqın rifahının yaxşılaşdırılması üçün atdığı addımları dəstəklədiyini vurğulayaraq yazırlar: “Cənab Prezident, dünyanı bürüyən koronavirus pandemiyası Azərbaycana təsir etsə də, Sizin təşəbbüsünüzlə görülən işlər nəticəsində xalqımızın sağlamlığı qorundu, təhlükəsizliyi təmin olundu. Sizin rəhbərliyinizlə həyata keçirilən mühüm tədbirləri, o cümlədən xalqın rifahının yaxşılaşdırılması üçün atdığınız addımları dəstəkləyir və bunlara görə Sizə minnətdarlığımızı bildiririk. Pandemiyanın qarşısının alınması üçün görülən bütün işlərə görə Gəncə şəhərinin müəllim heyəti adından Sizə təşəkkür edirik. Yürütdüyünüz siyasəti dəstəkləyir və fəxr hissi ilə deyirik ki, müdrik və uzaqgörən siyasətinizi gənclərimiz arasında da təbliğ edirik”.

Daşkəsən rayonunun Quşçu kəndinin sakinləri Asif Məmmədov və Xudat Məmmədov dövlətimizin başçısının verdiyi müdrik qərarlar sayəsində ölkəmizdə bu bəla ilə qətiyyətlə mübarizə aparıldığını vurğulayaraq yazırlar: “Hörmətli cənab Prezident,

koronavirus infeksiyasının yayılmasına qarşı vaxtında atılan addımlar, verdiyiniz müdrik qərarlar sayəsində ölkəmizdə bu bəla ilə qətiyyətlə mübarizə aparılır və əminik ki, bu mübarizədə qalib gələcəyik. Cənab Prezident, açılışında şəxsən iştirak etdiyiniz “Yeni klinika” tibb müəssisəsinin pandemiya ilə mübarizə məqsədilə xalqımızın xidmətinə verməyiniz əhalinin sağlamlığının qorunmasına yüksək diqqət göstərməyinizin bariz nümunəsidir. Koronavirus infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına görə gördüyünüz qabaqlayıcı tədbirləri dəstəkləyir və buna görə Sizə minnətdarlığımızı bildiririk”.

Bakı şəhərinin Yasamal rayonundan həkim Əli İbrahimov tibb işçilərinə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıq edir. O yazır: “Möhtərəm cənab Prezident, Sizin bu çətin günlərdə pandemiyaya qarşı mükəmməl və konkret qərarlarınız infeksiyanın geniş yayılmasına imkan vermədi. Görülən tədbirlərin səmərəliliyinin canlı şahidiyəm. Həm də hər gün xəstələrin sayının azalmasının, pasiyentlərin tam sağlam evə yazılmalarının şahidiyəm və bundan qürurlanıram. Sizin tapşırıq və tövsiyələrinizə əsasən yaradılan şərait, düzgün qurulan iş prosesi bu nailiyyətləri əldə etməyə imkan verib. Koronavirusla mübarizədə biz həkimlərə yaradılan şəraitə görə ən birinci Sizə minnətdarlıq bildirir, həmçinin bizlərlə çiyin-çiyinə vuruşan polis əməkdaşlarına, bizə xidmət edən heyətə təşəkkür edirəm. Sizin qayğınız, doğma münasibətiniz bu çətin günlərdə bizə böyük kömək oldu. Allah Sizi qorusun. Çox sağ olun. Azərbaycana və Sizə eşq olsun!”.

Sahibkarlara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edən Bakı şəhərinin Xətai rayonunun sakini Vüqar Məmmədov yazır: “Möhtərəm Prezident, bu yaxınlarda Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən pandemiyadan zərər görmüş sahibkar kimi mənim bank hesabıma min (1000) manat məbləğində vəsait köçürülüb. Bunu Sizin rəhbərliyinizlə Azərbaycan dövlətinin biz sahibkarlara dəstəyi kimi qiymətləndirir, dərin minnətdarlığımı bildirirəm. Sizin bu qayğınızı unutmayacağam, dövlətimizin inkişafı üçün canla-başla səy göstərəcəyəm. Bir daha dərin təşəkkürümü bildirir, Sizə, ailənizə ən xoş arzularımı çatdırıram”.

44 günlük Vətən müharibəsinin xronikası: 19 oktyabr
44 günlük Vətən müharibəsinin xronikası: 19 oktyabr
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycan Baş Prokurorluğunun nümayəndə heyətini qəbul edib
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycan Baş Prokurorluğunun nümayəndə heyətini qəbul edib
Gürcüstanda teleqüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb (FOTO)
Gürcüstanda teleqüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb (FOTO)
Loading Bars
Xəbər lenti
"Apple" üçüncü nəsil simsiz qulaqlıqlarını təqdim edib
Zəfər xronikası 19 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin TASS informasiya agentliyinə videomüsahibəsi (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 19 oktyabr
Dünyada koronavirusa yoluxanların sayı 240 milyonu keçib
İsrail Azərbaycanın müstəqilliyinin bərpası günü ilə bağlı "Twitter" səhifəsində paylaşım edib
Türkiyə Prezidenti Azərbaycanı müstəqilliyinin bərpası günü münasibətilə təbrik edib
Ceyhun Bayramovun NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi ilə görüşüb (FOTO)
"Apple" şirkəti yenilənmiş MacBook Pro noutbukunu təqdim edib
Almaniyada koronavirusla bağlı məhdudiyyətlər ləğv oluna bilər
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycan Baş Prokurorluğunun nümayəndə heyətini qəbul edib
Təhsil müəssisələrində tədrisin kredit sistemi ilə təşkili hansı faydalar verəcək?
Azərbaycanın neft ixracı azalıb
Azərbaycana 65 minə yaxın avtomobil idxal olunub
Milli Məclisin sədri NATO nümayəndə heyəti ilə görüşüb (FOTO)
Azərbaycanın xarici ticarət dövriyyəsi 25 faizə yaxın artıb
Ermənistanın çaylarımızı çirkləndirməsi məsələsini müxtəlif səviyyələrdə gündəmdə saxlayırıq - Nazir müavini
Gürcüstanda teleqüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb (FOTO)
Balın tərkibini və keyfiyyətini necə müəyyənləşdirmək olar?
Tərtərdəki güllələnmə hadisəsi ilə bağlı cinayət işi açıldı (ƏLAVƏ OLUNUB)
Ukrayna Azərbaycanın azad edilmiş ərazilərində infrastrukturun bərpası üçün bütün imkanlara malikdir - Ali Radanın deputatı
Xətaidə ağacların qurumasının səbəbi araşdırılır
Ceyhun Bayramov BQXK-ın vitse-prezidenti ilə görüşüb (FOTO)
Əhali ticarət şəbəkələrində nə qədər pul xərcləyib?
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 245 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib
Mingəçevir Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib (FOTO)
ADA Universitetində Tələbə Klublarının ilk sərgisi keçirilib (FOTO)
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim keçirilir (VİDEO)
Fəxrəddin Altun Azərbaycanı təbrik edib (FOTO)
Rasim Quliyevin işi üzrə icra başçısı dindirilib
Xudafərin körpüsünün azad edilməsi tarixi əhəmiyyət daşıyır - Hərbi ekspert
AQTA “Nəlbəki” restoranında pozuntu aşkarlayıb
Toya gedən koronavirus xəstəsi saxlanılıb (FOTO/VİDEO)
Azərbaycanda əməliyyat: 23 nəfər saxlanıldı, 34 kiloqramdan artıq narkotik aşkarlandı
Ukrayna şirkətləri Ağdam şəhərinin bərpasında iştirak edə bilər - Ukraynalı deputat
Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
Aİ bir milyard dozadan çox koronavirus vaksini ixrac edib
İsrail və Azərbaycan regionda ümumi maraqları olan yaxşı tərəfdaş və müttəfiqdir - Sabiq vitse-spiker
Azərbaycanda bu işçilərin maaşı artıb
Meyxanaçı Cavid Sumqayıtlının həbs səbəbi məlum oldu - RƏSMİ
Fransa səfiri Azərbaycan Müstəqilliyinin Bərpa Olunması Günü ilə bağlı bəyanat yayıb
Bitkoinin qiyməti 62 min dolları ötüb
BDU-da da koronavirusa yoluxma halı qeydə alınıb
Xəzərdə zəlzələ olub
Lökbatan qəsəbəsində şəhid Şaiq Kəlbiyevin anım mərasimi keçirilib (FOTO)
Ombudsman Vətən müharibəsinə dair hesabatın təqdimatı ilə bağlı Türkiyəyə səfərə gedib
Azərbaycanla Qətər arasında Komissiya iclasının Protokolu imzalanıb
Cinsi təcavüzlə bağlı cinayət işi İstintaq idarəsinə həvalə edilib
18 Oktyabrın Dövlət Müstəqilliyinin Bərpası Günü adlandırılması tarixi ədalətə tam uyğundur - Deputat
Bərdədə törədilən qətlin istintaqı yekunlaşıb
ABŞ-ın sabiq dövlət katibi koronavirusdan vəfat edib
Tarixi Xudafərin körpüsündən FOTOREPORTAJ
Rusiya NATO-dakı nümayəndəliyinin işini dayandırır - Lavrov
Universitetdə Müstəqilliyin bərpası günü ilə əlaqədar elmi-praktik konfrans keçirilib (FOTO)
Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycana gəlir
Sökülən evlərə və obyektlərə təzminat necə hesablanır?
ÄSTHETIK LAB saç tökülməsi problemindən qurtulmanıza kömək edəcək
İranda daha 181 nəfər koronavirusdan ölüb
Ermənistanın dirçəlməsi, inkişafı qonşuları, xüsusilə Azərbaycan ilə sülh şəraitində yaşamasından asılıdır - Deputat
Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib
Nazirlikdən tikinti şirkətlərinə XƏBƏRDARLIQ
Bakcell Bakının mərkəzində yenilənmiş konsept mağazasını təqdim edib (FOTO)
İsmayıllı meşəsində qanunsuz ağac kəsilib
Azərbaycan Dillər Universitetində “Çunyan” Çin bayramı qeyd olunub
Bölgədə sülhün təmin olunmasında dəstək göstərməyə hazırıq - NATO
“Startap” şəhadətnaməsi almış sahibkarların sayı 19-a çatıb
Texniki Universitetdə bir neçə qrup koronavirusa görə distant təhsilə keçib
Azərbaycan Avtomobil Federasiyası “Time Attack” yarışı təşkil edib (FOTO)
Vilyam Hacıyevin səhhəti il bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil - Nazirlik
Bakıda şadlıq sarayının rəhbəri cəzalandırılıb
Azərbaycan qaz ixracını 30 faizdən çox artırıb
Xudafərin və ətraf ərazilər bir nəfər də itki vermədən azad edilib - Əməliyyat iştirakçıları (FOTO/VİDEO)
Rusiyada koronavirusa yoluxanların sayı 8 milyonu ötüb
ABŞ-ın altı şəhərində “Azərbaycan Günü” elan edilib
Zərərli proqrama yönləndirən məktub ala bilərsiniz - Kaspersky xəbərdarlıq edir
Məqsədimiz çox qısa müddətdə Azərbaycan və Türkiyə arasındakı ticarət əlaqələrini 15 milyard dollar səviyyəsinə çatdırmaqdır - Mahmut Asmalı (VİDEO)
Yaxın günlərdə maaş və pensiyaların artırılması ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq - Nazir
Yunanıstanda Pekin Qış Olimpiya Oyunlarının məşəli yandırılıb
Balakəndə karantini pozan toy sahibi cərimələnib (FOTO/VİDEO)
Bakıda 20 nömrəli məktəb distant tədrisə keçib - RƏSMİ
Kapital Bank 2021-ci ilin üçüncü rübünün nəticələrini elan edib
Xəzər rayonunda Vətən müharibəsi şəhidi Vüsal İsmayılzadənin doğum günü qeyd edilib (FOTO)
Prezident İlham Əliyev: Xudafərin körpüsü Azərbaycan xalqının istedadının sübutudur (VİDEO)
“Azərbaycan Sənaye Korporasiyası” Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirib (FOTO)
Azərbaycan rəsmi Yerevan barəsində təxirəsalınmaz tədbirlərin tətbiq olunmasına çağırıb
Azərbaycanda əmək müqaviləsi ilə çalışan Türkiyə vətəndaşlarının sayı 4 mindən çoxdur - Nazir
Sabah Bakıda yağış yağacaq
Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy Azərbaycanın dövlət müstəqilliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun! (FOTO)
Mövlud Çavuşoğlu Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib
Azərbaycan və Türkiyənin sosial sahədə əməkdaşlıq əlaqələri genişlənəcək (FOTO)
Ermənistan tərəfindən əməli addımlar müşahidə etmirik - Nazir
Mətbuat Şurasının İdarə Heyətinin üzvü beynəlxalq tədbirdə iştirak edib
Prezident İlham Əliyev: Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyin yenidən itirilməsi təhlükəsinin qarşısı alındı
Sosial təminat növləri üzrə ödəniş dörd faizə yaxın artıb
Oktyabrın 18-də xalqımızın müstəqil, azad yaşamaq arzusu reallaşıb - Səttar Möhbalıyev
PAŞA Bank “SIBOS 2021” Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
Rezidenturanın boş qalan yerlərinə qəbul elan edilib
Ermənistanın mina xəritələrini verməməsi bərpa işlərinə xüsusi əngəl törədir - Ceyhun Bayramov
Revanşist qüvvələrə tövsiyəmiz odur ki, yanlış yolla getməsinlər - Nazir
Prezident İlham Əliyev: Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır, heç bir kredit götürmədən biz bu işləri görəcəyik
Bütün xəbərlər