...

Səməd Seyidov: Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinə dair bəyanatına Zöhrab Mnatsakanyanın münasibəti növbəti təxribatdır

Siyasət Materials 24 Aprel 2020 11:49 (UTC +04:00)
Səməd Seyidov: Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinə dair bəyanatına Zöhrab Mnatsakanyanın münasibəti növbəti təxribatdır

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun bu ilin 21 aprel tarixində keçirdiyi video-konfrans zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlara dair səsləndirdiyi bəyanatına Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın münasibəti növbəti təxribatdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Seyidov bildirib ki, bu, Ermənistanın birinci təxribatı deyil:

“Elə etmək lazımdır ki, bu, onların sonuncu təxribatı olsun. Beynəlxalq təşkilatlar bilir ki, Onlar əllərindən gələni edəcək ki, status-kvo qalsın. Bunlar insanlığa qarşı bütün cinayətləri ediblər, təki torpaqların işğalı davam etsin, status-kvo qalsın”.

Komitə sədri vurğulayıb ki, danışıqların pozulması ilə bağlı bütün məsuliyyət Ermənistanın üzərində düşür:

“ATƏT-in Minsk qrupu buna münasibət bildirib. Cənab Prezident Azərbaycanın mövqeyini aydın şəkildə bəyan edib: “Qarabağ Azərbaycandır və nida işarəsi”. Prezident İlham Əliyev beynəlxalq aləmdə erməni yalanlarını üzə çıxarıb. Bütün beynəlxalq təşkilatlar işğal edilmiş Azərbaycan torpaqlarında keçirilən qondarma “seçkiləri” tanımadı. Ermənilərin heç bir təxribatı baş tutmayıb. Danışıqlarla bağlı üç tərəfli format cəhdi də baş tutmadı, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında tutarlı arqumentlərlə Ermənistanın bu cəhdinə də son qoydu”.

S.Seyidov Xarici İşlər Nazirliyinin nümayəndələrinin də dəvət edilərək Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövzuda parlamentin komitələrində iclasların keçirilməsini də təklif edib.

Spiker Sahibə Qafarova Komitə sədrinin təklifinin nəzərə alınacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti