...

Siyavuş Novruzov bəzi nazirliklər aparatlarında islahatların aparılmasını vacib hesab edir

Siyasət Materials 1 May 2020 13:03 (UTC +04:00)
Milli Məclisin Regional məsələlər komitəsininn sədri Siyavuş Novruzov bəzi nazirliklər aparatlarında islahatların aparılmasını vacib hesab edir
Siyavuş Novruzov bəzi nazirliklər aparatlarında islahatların aparılmasını vacib hesab edir

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin Regional məsələlər komitəsininn sədri Siyavuş Novruzov bəzi nazirliklər aparatlarında islahatların aparılmasını vacib hesab edir.

Trend-in məlumatına görə, S.Novruzov parlamentin bu gün keçirilən iclasında Hesablama Palatasının 2019-cu il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı bildirib ki, bəzi nazirliklərin aparatları şişirdilmiş aparatlardır və Hesablama Palatası bu məsələyə diqqət yetirməlidir.

S.Novruzov dövlət qurumlarında aparat rəhbərlərinin də təyin olunması məsələsinə toxunub: “Hamı aparat rəhbəri təyin edir. Mənzil İstismar Sahəsindın tutmuş icra hakimiyyətinə qədər hamı aparat rəhbəri təyin edir. Bəs onda müavin funksiyası harda qalır?”.

Komitə sədri nazirliklərdə mətbuat xidmətlərinin təyin olunmasından da danışaraq qeyd edib ki, mətbuat xidməti ancaq zəruri qurumlarda olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti