...

Milli Məclis Aparatının və İşlər idarəsinin yeni strukturu müəyyən edilib

Siyasət Materials 1 May 2020 18:12 (UTC +04:00)
Milli Məclis Aparatının və İşlər idarəsinin yeni strukturu müəyyən edilib

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin Aparatının və İşlər idarəsinin yeni strukturu müəyyən edilib.

Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

Sədr bildirib ki, Azərbaycanda aparılan köklü islahatlar ictimai və siyasi həyatın bütün sahələrini əhatə edib: “Milli Məclisdə də struktur və kardr islahatlarının aparılması zərurətə çevrilib. Milli Məclisin aparatı və işlər idarəsi yenidən qrulub. İnanıram ki, bu işlər parlamentin daha effektiv fəaliyyət göstərməsinə gətirib çıxaracaq”.

Qeyd edək ki, Milli Məclisin Sədri Sahibə Qafarovanın sərəncamı ilə Səfa Mirzəyev yenidən Milli Məclis Aparatının rəhbəri təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti