...

Bəhruz Quliyev: Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daim ölkə rəhbərliyinin diqqətində olub

Siyasət Materials 4 May 2020 09:12 (UTC +04:00)
Bəhruz Quliyev: Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daim ölkə rəhbərliyinin diqqətində olub

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daim ölkə rəhbərliyinin diqqətində olub.

Bunu Trend-ə açıqlqmasında "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

O bildirib ki, Prezident İlham Əliyevin qətiyyəti sayəsində bu kimi hallar araşdırılaraq müəyyən olunur, vəzifələrindən sui-istifadə edən, xalqın və dövlətin mənafeyinə zərər vuran məmurlar aşkar edilərək, qanun qarşısına çıxarılırlar:

“Qanun hər kəsə aiddir və vəzifəsindən asılı olmayaraq vətəndaş bu qanunlar qarşısında məsuliyyət hiss etməlidir. Əbəs deyil ki, dövlət başçısı bu barədə çıxışında Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluğun kökünün kəsilməsinin vacibliyinə toxunub, bu istiqamətdə amansız mübarizənin aparıldığını vurğulayıb. Xüsusilə, rayonlara təyin olunmuş bir sıra icra başçılarının həbslərini xatırladan ölkə rəhbərimiz belə xoşagəlməz halların digər rayonlarda da olduğunu deyib. Bu isə bir daha sübut edir ki, heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək və xalqın, dövlətin mənafeyinə ziyan vuran istənilən şəxs məsuliyyətə cəlb ediləcək".

"Ölkəmizdə çoxşaxəli islahatlar aparılır və bu islahatların təməl prinsiplərindən biri də kadr islahatlarıdır", - deyən siyasi ekspert əlavə edib ki, dövlət başçımız yüksək vəzifələrə təyin etdiyi məmurlar qarşısında kifayət qədər dəqiq tələblər qoyur:

"Biz bu tələblərin hər birində kadrların dövlətə, xalqa bağlı, vətənpərvər olmaları vacibliyini görürük. Məhz bu baxımdan, xalqımızın lideri dövlət maraqlarının hər şeydən üstün olduğunu vurğulayır və ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyinin başlıca şərt olduğunu qeyd edir. Təbii ki, bizlər də bir vətəndaş kimi daim Prezident İlham Əliyevin bu fikirlərini fəaliyyətimiz istiqamətində kredo olaraq dəyərləndirməli, dövlətimiz və xalqımız üçün çalışmalı, eyni zamanda neqativ hallara qarşı mübarizədə dəstəyimizi əsirgəməməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti