...

TƏBİB sədri: Rusiyadan gələn həmvətənlərimiz arasında koronavirus aşkarlanıb

Siyasət Materials 9 May 2020 17:23 (UTC +04:00)
TƏBİB sədri: Rusiyadan gələn həmvətənlərimiz arasında koronavirus aşkarlanıb

Bakı. İlhamə İsabalayeva – Trend:

Rusiyadan yeni gələn həmvətənlərimiz arasında koronavirusa yoluxma faktı aşkarlanıb.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, ötən həftə ərzində Türkiyədən, Rusiyadan həmvətənlərimiz xüsusi reyslərlə ölkəmizə gətirilib. Onlar müvafiq hotellərdə yerləşdirilib və müayinələr aparılıb.

R.Bayramlı qeyd edib ki, Bakı şəhəri üzrə statistikaya əsasən, ən çox yoluxma halı yenə də Yasamalda qeydə alınıb - 19,8 faiz. Nəsimi rayonunda ötən həftə ilə müqayisədə say artıb - 16,7 faiz. Bu gün aşkarlanan yoluxma faktlarının böyük hissəsi Nəsimi rayonunun payına düşüb. Yoluxma hallarının 14,3 faizi Binəqədidə, 11,8 faizi isə Sabunçuda müşahidə olunub.

Birlik sədri əlavə edib ki, yoluxanların 22 faizi 50-59, 18 faizi 30-39 yaşlıdır. Vəfat edənlərin 43 faizi 60-69 yaşlı insanlardır. Vəfat edənlər arasında 1 nəfər 40-49 yaş qrupuna aiddir. Həmin şəxsdə uzun müddət davam edən xroniki xəstəlik də olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti