...

Ermənistan rəhbərliyi Vermaxtın erməni legionunun apardığı siyasəti reallaşdırır - İlqar Vəlizadə

Siyasət Materials 12 May 2020 16:27 (UTC +04:00)
Ermənistan rəhbərliyi Vermaxtın erməni legionunun apardığı siyasəti reallaşdırır
Ermənistan rəhbərliyi Vermaxtın erməni legionunun apardığı siyasəti reallaşdırır - İlqar Vəlizadə

Bakı. Hüseyn Səfərov - Trend:

Ermənistan rəhbərliyi Vermaxtın erməni legionunun apardığı siyasəti reallaşdırır.

Bunu Trend-ə “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın babasının faşistlərə xidmət edib-etməməsi vacib deyil, vacib olan N.Paşinyanın özünün nasist əlaltılarını dəstəkləməsidir:

“Ermənistanın baş naziri Nikol Paşinyan Qaregin Njde, general Dro kimi faşistlərə və onların əlaltılarına rəğbət bəsləyir. İstisna etmək olmaz ki, Paşinyanın ailəsində, eləcə də digər erməni ailələrində nasizm ideyaları təbliğ olunurdu. Faktlar onu göstərir ki, Vermaxtın erməni legionunun fəaliyyətinə Ermənistanın əvvəlki və indiki hakimiyyətləri tərəfindən bəraət qazandırılır. Bu, təkzibolunmaz faktdır, çünki Paşinyan özü Qaregin Njdenin Ermənistanın qəhrəmanı olduğunu bəyan edib. Xatırlatmaq lazımdır ki, erməni legionu Vermaxtın tərkibində erməni xalqının nümayəndələrindən ibarət işğalçı dəstə idi. Bu dəstənin hərbi məqsədi qondarma “böyük Ermənistan”ın yaradılması idi”.

Ekspert əlavə edib ki, erməni legionunun işi indi də davam etdirilir, çünki analoji işğalçı korpus Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərir:

“Ermənistan rəhbərliyi Vermaxtın erməni legionunun apardığı siyasəti reallaşdırır. Erməni separatçıları da etnik təmizləmələr aparıb, özgə əraziləri işğal edib və bu günədək milli üstünlük ideyalarını təbliğ edir. Azərbaycanın işğal olunmuş ərazilərində, eləcə də Ermənistan ərazisində milli azlıq nümayəndələri yoxdur. Bu, milli üstünlük siyasətinin, faşistlərin qəhrəmanlaşdırılması siyasətinin və tarixin təkrar nəzərdən keçirilməsinin nəticəsidir. Bu siyasət müasir Ermənistanda dövlət siyasəti səviyyəsinə çatdırılıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti