Bakı. Elçin Mehdiyev – Trend:
Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin növbəti onlayn iclası keçiriləcək.
Milli Məclisdən Trend-ə verlən məlumata görə, iclasda “İstehsalat və məişət tullantıları haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında” və “Bələdiyyələrin su təsərrüfatı haqqında” qanunlara dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi nəzərdə tutulub.
Onlayn iclasda Regional məsələlər komitəsinin növbəti dövr üçün fəaliyyəti, koronavirus infeksiyası ilə əlaqədar respublikamızın regionlarında fəaliyyət məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələr və həyata keçirilən sosial tədbirlər barədə fikir mübadiləsi aparılacaq.