...

Tamam Cəfərova videokonfrans formatında seçicilərlə görüşüb (FOTO)

Siyasət Materials 28 May 2020 13:07 (UTC +04:00)
Tamam Cəfərova videokonfrans formatında seçicilərlə görüşüb (FOTO)

Bakı. Trend:

85 saylı Şamaxı seçki dairəsindən deputat Tamam Cəfərova​ seçicilərin müraciətləri əsasında onlayn şəkildə 20 seçici ilə görüş keçirib.

Trend-in məlumatına görə, görüş zamanı deputat seçicilərin problemlərini dinləyib, geniş fikir mübadiləsi aparıb, müraciətlərlə bağlı bir çox məsələlərin həlli istiqamətində görülmüş və gələcəkdə görüləcək işlər barədə vətəndaşlara məlumat verib.

Deputat qeyd edib ki, seçiciləri narahat edən bu kimi məsələlərin həlli Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin başlıca prioritetlərindəndir.

Millət vəkili Tamam Cəfərova qeyd edib ki, ölkə rəhbərimizin xüsusi tapşırığı ilə Şamaxıda bundan sonra da sosial-iqtisadi layihələr sürətlə həyata keçiriləcək və əhalin yaşam şəraiti artan xətlə inkişaf edəcək.

Deputat bildirib ki, seçicilərin ünvanladıqları bütün müraciətlər araşdırılır və baxılması üçün aidiyyəti dövlət orqanlarına yönləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti