Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, Sizin yürütdüyünüz siyasəti ürəkdən bəyənir və dəstəkləyirik

Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, Sizin yürütdüyünüz siyasəti ürəkdən bəyənir və dəstəkləyirik

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevə respublikamızın bütün guşələrindən minnətdarlıq məktubları ünvanlanmaqda davam edir.

Trend Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Bakı şəhərindən Elnur Hüseynzadə yazır: “Çox hörmətli cənab Prezident, bu məktubu yazmaqda məqsədim odur ki, gündən-günə inkişaf edən müstəqil Azərbaycan dövlətinin başçısına - Sizə təşəkkürümü bildirim. Mən bunu özümə bir vətəndaşlıq borcu hesab edirəm. Həm ölkəmiz inkişaf edir, həm də insanları narahat edən məsələlər öz həllini tapır. Həmçinin bildirmək istəyirəm ki, Sizin COVID-19 pandemiyası dövründə söylədiniz “Biz birlikdə güclüyük!” çağırışınız hər bir vətəndaş kimi, mənə də qürur hissi yaşatdı və ruhlandırdı. Sizin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın köməyi sayəsində biz bu pandemiyadan qalib çıxacağıq. Vaxtında atılmış addımlar, gördüyünüz operativ işlər, qəbul etdiyiniz düzgün qərarlar xalqımızı bu epidemiyadan az itkilərlə çıxarmağa zəmin yaradır. Siz öz əməli fəaliyyətinizlə hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu sübut edirsiniz. Bütün bunlar onu göstərir ki, dövlətimiz etibarlı əllərdədir. Əziz Prezidentimiz, xalqa göstərdiyiniz diqqət və qayğıya görə Sizə bir daha təşəkkür edir, uzun ömür, cansağlığı arzulayıram. Uca Tanrının nəzəri üzərinizdən əskik olmasın!”.

Qubanın Qımılqışlaq kəndindən Səmral Əhmədxanov: “Möhtərəm cənab Prezident, bəşəriyyətin bəlasına çevrilən COVID-19 infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması üçün Sizin rəhbərliyinizlə respublikamızda görülən qabaqlayıcı tədbirləri, zəruri profilaktik işləri dəstəkləyirik. Biz gənclər Sizin sevginizi, qayğınızı hər zaman üzərimizdə hiss edirik. Mən bir gənc olaraq inanıram ki, ölkəmiz Sizin sayənizdə bu bəlaya qalib gələcək və yeni inkişaf yoluna qədəm qoyacaqdır. Hər zaman olduğu kimi, bu çətin günlərdə də biz Sizinlə həmrəyik və istənilən çağırışınıza qoşulmağa hazırıq. Azərbaycanın gələcəyi üçün birgə addımlamaq hər birimizin borcudur. Allah hər bir işdə Sizə kömək olsun!”.

Füzuli rayonunun Böyük Bəhmənli kəndindən Vəfa İbrahimov: “Hörmətli cənab Prezident, mən bir vətəndaş olaraq Sizə daim xalqa göstərdiyiniz qayğı və dəstəyə görə minnətdarlığımı bildirirəm. Bütün dünyanı sarsıdan qorxunc, gözəgörünməz koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısı Sizin qabaqlayıcı tədbirləriniz sayəsində, xalqa olan maddi və mənəvi dəstəyinizlə alındı. Çıxışlarınız, tövsiyələriniz və göstərişləriniz bizdə ruh yüksəkliyi yaratdı. Buna görə ailəm və öz adımdan Sizə təşəkkürümü bildirirəm. Biz Sizin rəhbərliyinizlə bütün çətinliklərin öhdəsindən gələcəyimizə inanırıq”.

Bakının Nərimanov rayonundan Əziz Hüseynov: “Çox hörmətli cənab Prezident, əvvəlcə Sizi və ailənizi müqəddəs Ramazan bayramı və Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Allah Sizi bu xalqa çox görməsin! Hələ ki, dərmanı tapılmayan COVID-19 xəstəliyi bütün dünyanı çətin vəziyyətə saldı. Azərbaycanın nisbətən sabit ölkələr arasında olması bizi nikbin düşünməyə sövq edir. Sizin dəstəyiniz və təşəbbüsləriniz, qabaqlayıcı tədbirləriniz nəticəsində bu bəlaya qarşı mübarizəmizi uğurla davam etdiririk. Hörmətli cənab Prezident, mən də hazırkı dövrdə işləmək imkanı olmayan bir şəxs kimi Sizin aztəminatlı ailələr üçün ayırdığınız 190 manat vəsaiti və Heydər Əliyev Fondunun ərzaq yardımını almışam. Bu yardımlar olmasaydı, ailəmi, iki uşağımı dolandırmaqda çətinlik çəkərdim. Allah ömrünüzü uzun etsin!”.

İsmayıllı rayonunun Aşağıbaş kəndindən Pərvin Hüseynov: “Hörmətli cənab Prezident, Sizin Azərbaycan dövlətinin inkişafında, ölkəmizin çiçəklənməsində rolunuz əvəzedilməzdir. Xalqımızın rifahı, ölkəmizin inkişafı daim Sizin diqqətinizin mərkəzində olub. Siz hər zamankı kimi, bu çətin günlərdə də xalqın yanında oldunuz. Aztəminatlı ailələrə ayırdığınız 190 manat məbləğində birdəfəlik ödəmə Sizin qayğınızın göstəricisidir. Ailəmiz də bu qayğıdan bəhrələndiyinə görə Sizə təşəkkür edirik. Allah Sizi daim sevindirsin! Uca rəbbimizdən Sizə uzun ömür, cansağlığı arzulayıram”.

Sumqayıt şəhərinin sakini Sevcan Qarayeva: “Çox hörmətli cənab Prezident, mən Türkiyədə oxuyan tələbəyəm. Sizinlə fəxr edirəm. Sizin xalqımız, dövlətimiz yolunda çəkdiyiniz zəhməti görürəm və yüksək qiymətləndirirəm. Koronavirusa qarşı gördüyünüz qabaqlayıcı tədbirlər sayəsində ölkəmizdə ölüm halları çox aşağıdır. Tikdirdiyiniz xəstəxanalarla insanların sağlamlığına önəm verdiyinizi bir daha sübut edirsiniz. Fəxr edirəm ki, azərbaycanlıyam. Virusla əlaqədar biz tələbələrin ölkəmizə qayıtması üçün təşkil edilən çarter reysinə görə çox sağ olun. Nə yaxşı ki, varsınız və hər zaman var olun!”.

Qazaxın Yuxarı Salahlı kəndindən Afaq Vəliyevanın məktubunda deyilir: “Hörmətli cənab Prezident, Sizin yürütdüyünüz siyasəti ürəkdən bəyənir və dəstəkləyirik, Dünyanı cənginə alan koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün bir çox tədbirlər gördünüz. Bu tədbirlərin sayəsində qorxulu xəstəlikdən itkilərimiz başqa ölkələrlə müqayisədə daha azdır. Uzaqgörən siyasətinizə, aztəminatlı ailələrə edilən yardımlara görə Sizə minnətdarlığımı bildirir, "Çox sağ olun!" deyirik. Allah Sizi qorusun!”.

Biləsuvar rayonunun Zəhmətabad kəndindən Rahim Teymurov: “Hörmətli cənab Prezident, hazırda bütün dünyada yayılmış koronavirus pandemiyasının Azərbaycanda qarşısının alınması üçün Sizin rəhbərliyinizlə görülən işləri alqışlayırıq. Görülən işlərə, Azərbaycan xalqının qayğısına qaldığınıza, xüsusi rejimli karantin dövründə yaratdığınız şəraitə, vətəndaşların sağlamlığını qoruduğunuza, aztəminatlı insanlara birdəfəlik ödənişlərin verilməsinə görə Sizə minnətdarlığımızı bildiririk. Bu böyük diqqət bizə - Azərbaycan Respublikasının vətəndaşlarına verdiyiniz qiymətin göstəricisidir. Cənab Prezident, Sizə uzun ömür, cansağlığı arzulayıram. Allah Azərbaycanın işıqlı sabahı naminə fəaliyyətinizdə Sizə güc-qüvvət versin, yolunuz daim aşıq olsun!”.

Bakının Binəqədi rayonundan Osman Əhmədzadə: “Hörmətli cənab Prezident, Sizin "Mən həmişə xalqın dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir" sözləriniz xalqa nə dərəcədə bağlı olduğunuzu göstərir. Xalq da Sizdən dəstək görür, cənab Prezident. Bütün dünyada koronavirus pandemiyasının yayıldığı bir vaxtda Sizin bizə mənəvi və maddi dəstək göstərməyiniz xalqımıza qayğınızın və diqqətinizin bariz nümunəsidir. Buna görə Sizə minnətdarıq. Möhtərəm Prezident, gördüyünüz bütün işlərə görə Sizə şəxsən öz adımdan və ailəmin adından təşəkkür edir, yeni uğurlar arzulayıram. Biz Sizinlə fəxr edirik”.

Samux rayonundan Arzu İmanov dövlətimizin başçısına minnətdarlıq edərək yazır: “Möhtərəm cənab Prezident, bu məktubu yazmaqla Sizə nə qədər çox təşəkkür etsəm azdır. Çox sağ olun ki, bu xalqın və bu dövlətin qayğısını çəkməyi özünüzün ən başlıca məqsədiniz hesab edirsiniz. Siz bunu bizə bu son hadisələrdə daha aydın şəkildə göstərdiniz. Vətəndaşların ağır və qayğıya ehtiyac duyduğu bir anda Siz və Mehriban xanım həm maddi, həm mənəvi baxımdan bizim yanımızda oldunuz. Bir çox Azərbaycan vətəndaşı kimi, mən də fəxr edirəm ki, Sizin kimi Prezidentim var. Hər zaman öz vətəndaşının yanında olan, onun arxasında duran və qayğısını çəkən Prezidentimizin olmasını hiss etdirdiyiniz üçün Sizə şəxsən öz və ailəmin adından "Çox sağ olun!" deyirəm. Cənab Prezident, biz hər zaman Sizi, apardığınız daxili və xarici siyasətinizi dəstəkləyirik. Müasir müstəqil Azərbaycanın qurucusu, ulu öndərimiz Heydər Əliyevin və onun uzaqgörən siyasətinin ən layiqli davamçısı olduğunuzu bilirik. Övladlarımızı da bu ruhda böyütməyə çalışırıq. Qoy, bu dövlətin və bu xalqın daxili və xarici düşmənləri bilsinlər və dərk etsinlər ki, mənim Prezidentim tək deyil, bütün xalqı onunladır. Allah Sizi Azərbaycanımıza çox görməsin!”.

Sumqayıt şəhərindən şagird Günay İsrafilova: “Hörmətli cənab Prezident, Siz xalqının dəyərini, ölkəsinin qiymətini bilən və layiqincə dəyərləndirən bir lidersiniz. Mən 9-cu sinif şagirdiyəm. Həkim olmaq istəyirəm. Bilirəm ki, bunun üçün yaxşı oxumalıyam. Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı keçirilən tədbirlər çərçivəsində məktəblər bağlandı və biz dərslərdə iştirak edə bilmədik. Amma biz dərslərdən geri qalmadıq. Sizin sayənizdə onlayn dərslər və "Virtual məktəb" layihəsi həyata keçirildi. Siz xalqımızı daim düşünürsünüz. Pandemiyanın qarşısının alınması üçün bütün tədbirləri görürsünüz. Mehriban xanım da Sizinlə birlikdə bizim qayğımıza qalır. Bu gün doğma Azərbaycanımız dünyaya günəş kimi işıq saçan incidir. Doğma yurdumuz Sizin sayənizdə gündən-günə inkişaf edir. Allah Sizi və ailənizi qorusun! Biz fəxr edirik ki, Sizin kimi dövlət başçımız var”.

Gəncə şəhərindən Qəhrəman Namazov: “Möhtərəm cənab Prezident, həmişə olduğu kimi, bu çətin günlərdə də xalqın yanında olduğunuza, xalqa qayğı göstərdiyinizə görə şəxsən öz adımdan və ailəmin adından Sizə dərin minnətdarlığımı bildirirəm. Yaranmış çətin vəziyyətdə həmişəki kimi düzgün qərarlar qəbul etməyiniz, yeni səhiyyə ocaqlarının, tibbi maska və ləvazimatlar istehsal edən müəssisələrin açılması təqdirəlayiqdir. Bunlar Sizin xalqın yanında olmağınızın, daim vətəndaşları düşünməyinizin daha bir sübutudur. Biz Sizinlə qürur duyuruq, Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik. Bu il imzaladığınız Sərəncamla aralarında mənim də olduğum 176 məhkumu COVID-19 virusundan qorumaq məqsədilə əfv etməyiniz yüzlərlə ailəyə sevinc bəxş etməklə yanaşı, Sizə bir daha ölkə əhalisinin rəğbətini qazandırdı. Buna görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm”.

Astara rayonunun Siyaku kəndindən Mikayıl Nəhmətov: “Əziz Prezident, mən təqaüdçüyəm. İlk növbədə, müqəddəs Ramazan bayramı və Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ulu Tanrı Sizə və xalqımıza hər zaman bol ruzi-bərəkət və müstəqil ölkəmizdə firavan həyat sürməyi qismət etsin! Dünyanı cənginə almış koronavirus pandemiyasından Azərbaycan xalqını uzaqgörən siyasətiniz və müdrikliyiniz sayəsində qoruduğunuza görə Sizə minnətdarıq. Siz Vətənin mənafeyini, xalqın sağlamlığını əsas tutdunuz, bizi bu bəladan qorudunuz. Sizin sayənizdə dünya ölkəmizin gücünün, qüvvətinin bir daha şahidi oldu. İnşallah, tezliklə bu qara buludlar Odlar yurdunun üzərindən tamamilə çəkilib gedər. Cənab Prezident, Siz Azərbaycan xalqının rahat və firavan yaşaması üçün əlinizdən gələni edirsiniz. Azərbaycanın hər yerində müasir infrastruktur obyektləri inşa edilmişdir. Hər zaman bizim qayğımıza qaldığınıza görə Sizə və ailənizə təşəkkürümü bildirir, möhkəm cansağlığı arzulayıram”.

Sumqayıt şəhərindən şagird Səbinə Ömürova: “Hörmətli cənab Prezident, dünyanı ağuşuna alan COVID-19 virusu hər kəsi qorxutdu. Azərbaycan hazırda yoluxma və sağalma sayına görə dünyada ən qabaqcıl ölkələrdən biridir. Bunlar hamısı Sizin sayənizdədir. Vəziyyətin çox ciddi olmasına rəğmən, Siz xalqımızı ruhdan düşməyə qoymadınız. Daim irəli addımladınız və bütün xalqımızla birlikdə layiqli mübarizə aparırsınız. Sizin siyasi və təşkilatçılıq bacarığınız sayəsində minlərlə Azərbaycan vətəndaşının həyatı xilas edildi. Bir hərbçi qızı olaraq Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Mən həmişə fəxr edirəm ki, Vətənimin Sizin kimi rəhbəri var. Çox sağ olun ki, bu çətin günlərdə xalqımızın yanında oldunuz. Sizə minnətdaram”.

“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
Loading Bars
Xəbər lenti
Ermənistanda daxili gərginlik dərinləşir - Əsgər anaları Qarabağada xidmətə etiraz edir
Azərbaycan və Türkmənistan əməkdaşlığının inkişafı regionun iqtisadi rifahına xidmət edir - Naqif Həmzəyev
Bakıda ev yanır - Əraziyə FHN cəlb olunub
Baytarlıq preparatlarının heyvandarlıqda istifadəsinin elmi qiymətləndirilməsi həyata keçirilib
Şuşa artıq etibarlı əllərdədir - Elşən Musayev
Kəlbəcər rayonunun Kəndyeri kəndi (FOTO/VİDEO)
Fransada fövqəladə vəziyyət payızadək uzadıla bilər
"Azernews" qəzeti: Ermənistanın otuz illik işğal zamanı Azərbaycana qarşı törətdiyi ekoloji terror
8 prokurorluq əməkdaşı cəzalandırılıb, 2-si vəzifəsindən azad edilib
Ermənistanın növbəti YALANI:Terrorçuları hərbi əsir kimi qələmə verməyə çalışırlar
Azərbaycan SOCAR-ın səhmlərini satmağı planlaşdırmır - Mikayıl Cabbarov
Bu ölkələrdən quş və quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyuldu
14 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb (FOTO/VİDEO)
Bakı şəhər prokurorluğu orqanları əməliyyat müşavirəsi keçirib
“Dostluq” yatağı Azərbaycanla Türkmənistan arasında qardaşlığın rəmzinə çevrilir
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib (FOTO)
"Reza Deqhati, günümüzün şahidi, Azərbaycanla bağlı xatirələr" adlı vebinar keçirilib (FOTO)
ADU-nun şəhid tələbəsi haqqında kitab çap olunub
Paşinyanın etirafı bəzi erməni rəsmilərinin Şuşanın onlara məxsus olması barədə cəfəng fikirlərini alt-üst etdi - Tural Gəncəliyev
Ağır yaralanan qazimiz şəhid oldu (FOTO)
"Dostluq" layihəsi Azərbaycanın neft-kimya sənayesinin inkişafına xidmət edəcək - Metyu Brayza
20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində təqdim olunub
Milli Məclisin Səhiyyə komitəsi iş planını açıqladı
Azərbaycanda 770 nəfər COVID-19-dan sağalıb, 218 nəfər yoluxub, 9 nəfər vəfat edib
Gəncədə “COVID-19”-a qarşı vaksinasiya prosesinə başlandı (FOTO)
Vətən müharibəsində 65 mədəniyyət işçisi döyüşlərə qatılıb, 8-i şəhid olub
Filippin və İndoneziyada güclü zəlzələ olub
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
"Dostluq" yatağı ilə bağlı memorandum tarixi əhəmiyyət daşıyır - Deputat
Türkmənistan və Azərbaycan iki müstəqil dövlət kimi münasibətləri ardıcıl olaraq inkişaf etdirirlər - Qurbanqulu Berdiməhəmmədov
Azərbaycanın Belarusdakı səfirliyində 20 Yanvar faciəsi anılıb (FOTO)
Unibank müştəriləri üçün vacib məlumat!
"Dostluq" yatağı Azərbaycanla birgə iş üçün yeni imkanlar açır - Qurbanqulu Berdiməhəmmədov
Prezident İlham Əliyev: Azərbaycan ilə Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq daha yüksək səviyyəyə çatacaq
Prezident İlham Əliyev: Anlaşma Memorandumunun imzalanması çoxillik gərgin fəaliyyətinin nəticəsidir
Prezident İlham Əliyev: Xəzərin qorunması üzrə birgə fəaliyyət üçün ölkələrə yeni imkanlar açan Konvensiya razılaşdırılıb
Bakıda küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi
Bəzi mövzular üzrə suallar buraxılış və qəbul imtahanlarına daxil edilməyəcək - SƏBƏB
Şagirdlərin qış tətilinin vaxtı açıqlandı
Azərbaycan Prezidenti: Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir
Prezident İlham Əliyev: Bu Memorandumu imzalamağımız əlamətdar hadisədir, onun müsbət nəticələri olacaq
Virtual dərslərə qoşula bilməyən şagirdlər də qiymətləndirmədə iştirak etməlidirlər - RƏSMİ
Qiymətlərindən narazı qalan şagirdlər apelyasiyaya müraciət edə bilərlər - Təhsil Nazirliyi
Azərbaycan Prezidenti: Anlaşma Memorandumu Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır
Füzuli rayonunun Dördçinar kəndi (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır
Tədris distant formada olubsa, biliklər də bu formada qiymətləndirilməlidir - Nazirlik rəsmisi
Masallıda ev yanıb
Vətən müharibəsində 2 858 şəhidin şəxsiyyəti müəyyən edilib - Hərbi prokuror
Hindistanda vaksin istehsal olunan institutda yanğın baş verib
Ötən il 19 nəfər hərbi prokurorluq işçisi məsuliyyətə cəlb edilib
Azərbaycanda baş verən hərbi xidmət əleyhinə olan cinayətlər 47,6% azalıb - Xanlar Vəliyev
Azərbaycan dünya təcrübəsinə əsaslanaraq idman zallarını aça bilər - İdman ustası
“YAŞAT” Fondu tərəfindən şəhid və qazi ailələri tibbi müayinələrdən keçirilib (FOTO)
Qadın idman gimnastikası üzrə yığma komandaya yeni baş məşqçi təyin olundu
Məcburi köçkünlər tezliklə doğma yurdlarına qayıdacaqlar - Dövlət komitəsi
20 yanvar günü evini tərk edən 2 koronavirus xəstəsinə cinayət işi başlandı
Postlardan keçməyə cəhd edən 2 315 avtomobil geri qaytarılıb, 3 nəfər həbs edilib
İdarəetmədə çevikliyin və səmərəliliyin artırılması hədəflərə qısa zamanda çatmağı stimullaşdıracaq - Vüqar Rəhimzadə
SOCAR AVIATION Adnan Menderes hava limanında yanacağı öz məntəqəsindən təmin etməyə başlayıb
Neftçalada peyvəndlənmə ilə bağlı hazırlıq işləri yekunlaşıb (FOTO)
Azərbaycanda portağal sahələrinin güzəştli sığortası başlandı
SOCAR AVIATION təyyarələri üçün yanacağı öz məntəqəsindən təmin etməyə başlayıb
Dövlət Reklam Agentliyi “ARTREKLAM”ın kreditorlarına müraciət edib
İranda bir gündə 93 nəfər koronavirusdan ölüb
Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb
Azərbaycan Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz ixracını artırıb
Qarabağ qazisi ölümdən necə xilas oldu? - Trend TV cərrahi əməliyyatın görüntülərini təqdim edir (VİDEO)
"Dostluq" yatağı ilə bağlı memorandum Azərbaycan-Türkmənistan münasibətlərində yeni səhifədir - SOCAR
Dillər Universitetində Çin dili üzrə metodik seminar keçirilib
ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
“Qafqazda ərəbcə məktubat ənənəsi nümunələri (XIX-XX əsrlər)” kitabı nəşr olunub
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Bağdadda 3 il sonra ilk partlayış - Ölü sayı artır (YENİLƏNİB)
Türkiyəli mütəxəssislər Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
ƏDV-ni geri alan BirBank istifadəçiləri Visa-dan əlavə pul qazana bilərlər!
Şuşada erməni kilsəsi olmayıb - Tarixi FAKTLAR (FOTO)
Ənənəvi təhsil nə zaman bərpa olunacaq? - AÇIQLAMA
Vətən müharibəsində iştirak etdiyinə görə təltif olunan 57 dəmiryolçu
Azərbaycan nefti bahalaşıb
Kürdəmirdə 18 kilometrlik yolun yenidən qurulması yekunlaşır (FOTO)
Azad olunmuş ərazilərimizdə dronlarla monitorinq aparılacaq
SOCAR hava şəraiti ilə əlaqədar platformalarda açıq sahələrdə işləri dayandırıb
Azərbaycanda şəhid ailələrinin üzvlərinə yeni imkanlar yaradılır
İşğaldan azad olunan ərazilərdə yeni layihənin icrası planlaşdırılır
"Elmlər Akademiyası"nın ətrafı hasara alındı - SƏBƏB (FOTO)
ABŞ-da etiraz aksiyaları başlayıb, saxlanılanlar var
Dövlət Məşğulluq Agentliyi son bir ildə 150 mindən çox şəxsi aktiv məşğulluq tədbirlərinə cəlb edib
Sabah şaxta olacaq
ENGİNET təhsil işçilərinə özəl təklif hazırlayıb
Şuşa və digər azad olunmuş ərazilərə avtobus reysləri ilə bağlı işlərə başlandı - RƏSMİ
Prezident İlham Əliyevlə Türkmənistan Prezidenti arasında videokonfrans formatında görüş keçirilib (FOTO/VİDEO) (YENİLƏNİB)
“Azəripək” MMC-nin inkişaf strategiyasının formalaşması üzrə işlər aparılır
Sabahdan milli parklar ziyarətçilər üçün açıq olacaq
Rusiyada daha 612 nəfər koronavirusdan öldü
Ov mövsümü başlayır
BTC ilə ötən il nəql edilən neftin həcmi açıqlanıb
Benilüks Azərbaycanlıları Konqresi niderlandlı deputatlara müraciət edib
Liviyada həbsdə olan 2 azərbaycanlı vətənə geri qayıdıb - XİN
1 saylı Körpələr Evində nöqsanlar aşkarlanıb (FOTO)
Bütün xəbərlər