Dövlətimizin başçısına yazırlar: Siz hər bir azərbaycanlının Prezidenti olduğunuzu öz əməli işlərinizlə sübut edirsiniz

Dövlətimizin başçısına yazırlar: Siz hər bir azərbaycanlının Prezidenti olduğunuzu öz əməli işlərinizlə sübut edirsiniz

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları ünvanlanmaqda davam edir. Ölkəmizin bütün guşələrindən və xaricdən həmvətənlərimiz dövlətimizin başçısının diqqət və qayğısından razılıqlarını bildirirlər.

Trend Prezidentin saytına istinadla minnətdarlıq məktublarının daha bir neçəsini təqdim edir.

Cəlilabad rayonunun Göytəpə şəhərindən İqbal Əkbərov və Dünyamalı Ağababayev yazırlar: “Möhtərəm cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib, beynəlxalq aləmdə özünə layiqli yer tutub. Ölkəmizdə qeyri-neft sektorunun inkişafina göstərdiyiniz qayğı aqrar sektora güclü təkan verib və ərzaq təhlükəsizliyini təmin edib. Biz bunu Cəlilabad rayonunun timsalında bir daha görürük. Bizim məşğuliyyətimiz kartofçuluqdur. İstehsal etdiyimiz məhsul respublikamızla yanaşı, xarici bazarlara da çıxarılır. Bu il karantin rejiminin məhdudiyyətlərinə baxmayaraq, Siz məhsulun Rusiyaya göndərilməsinə şərait yaratdınız. Min bir əziyyətlə istehsal etdiyimiz kartofu Rusiyaya göndərməklə yaxşı pul qazanmağa və güzəranımızı yaxşılaşdırmağa nail olduq. Cənab Prezident, bütün bunlara görə Sizə minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun!”.

Cəlilabad rayonunun daha bir qrup sakini Möhübbət Alışov, Ramin Babayev, Məhəmməd Muradov, Baladin Balayev, Rafəddin Mehdiyev, Tahir Hüseynov və Əliqismət Qasımov yazırlar: “Əziz və hörmətli cənab Prezident, bu gün dünyada, o cümlədən qonşuluğumuzdakı ölkələrdə tüğyan edən iqtisadi-siyasi problemlərin təsirindən Azərbaycanı və xalqımızı qorumaq üçün bütün qüvvələri səfərbər etmisiniz. Biz bölgələrdə və kəndlərdə yaşayan vətəndaşlar olaraq Sizə daim güvənirik. Koronavirus pandemiyası bəlasının tüğyan etdiyi bir dövrdə verdiyiniz uzaqgörən qərarlarla bizi bu bəlalardan minimum itkilərlə xilas etməkdəsiniz. Cənab Prezident, becərdiyimiz məhsulları xarici bazarlara göndərilməsini təşkil etdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk”.

Rusiyanın Moskva vilayətinin Fryazino şəhərindən Nizami Abdullayev: “Hörmətli cənab Prezident, mən Qarabağ müharibəsi veteranıyam. Taleyin qismətindən hazırda Rusiyada yaşayıram. Bu məktub vasitəsilə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Siz hər bir azərbaycanlının Prezidenti olduğunuzu öz əməli işlərinizlə sübut edirsiniz. Bunu deməyə mənim haqqım var. Üzləşdiyim vəziyyəti qısaca qeyd etsəm yəqin ki, hər şey aydın olar. Bu çətin pandemiya dövründə ailəmə kömək göstərilməsi ilə əlaqədar Sizə müraciət etmişdim. Bir neçə gündən sonra ərzaq yardımı ilə təmin olunduq. Belə bir qayğını görmək, hiss etmək əlbəttə ki, qürurvericidir. Əziz Prezidentimiz, bizi darda qoymadığınız üçün ailəmin adından Sizə təşəkkür edirəm. Bizim ailə fəxr edir ki, doğma Azərbaycanımızın Prezidenti məhz Sizsiniz. Allah Sizdən razı olsun!”.

Gəncə şəhərindən təqaüddə olan müəllim Sevil Babayeva: “Möhtərəm Prezident, Sizin söylədiyiniz "İnsanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür" sözləri bizi ruhlandırır. Sanki dağa söykənmişik. Mehriban xanım Əliyevanın xalqımıza bir ana, bacı, nənə kimi müraciət etməsi və müraciətlərinin sonunda "Sizin Mehriban" imzasını qoyması ən xoş sözlərə layiqdir. Bu sözlərin, gördüyünüz işlərin əks-sədası çox-çox uzaqlara gedib çıxır. Bu sözlər, bu xoş münasibət bizə ən yaxşı valideynləri, ailə üzvlərini xatırladır. Cənab Prezident, bacıma söylədim ki, bu çətin pandemiya dövründə mən Prezidentimizi düşündüyümdən də güclü, bacarıqlı, xalqı üçün fədakarlıq nümayiş etdirən gördüm. Bacım isə cavab olaraq mənə dedi: "O, müdrik şəxsiyyətin, Ulu Öndərin oğludur. Elə də olmalıdır". Əziz Prezidentim, ürəyimdə sözüm çoxdur. Hamısını yazsam yəqin ki, bir məktuba sığmaz. Allah Sizi və ailə üzvlərinizi pis gözdən, bəd nəzərdən uzaq etsin!”.

Qazax şəhərindən Nurlanə Əhmədli və İlhamə Əsədova yazırlar: “Möhtərəm Prezident, bütün dünyaya yayılan koronavirusun ölkəmizdə qarşısının alınması üçün öncədən gördüyünüz tədbirlər bu gözəgörünməz düşmənlə mübarizənin ilkin mərhələsində səmərəsini verdi. Bunun sayəsində ölkəmizdə xəstələrin və itkinin sayı xeyli az oldu. Karantin dövründə Sizin sərəncamınız və tapşırığınız ilə əhali üçün yardım paketləri müəyyən olundu və vətəndaşlara böyük kömək göstərildi. Biz bu tədbirlərin dəyərini indi daha aydın hiss edirik. Çünki karantin rejimi yumşaldıqdan və bəzi məhdudiyyətlər aradan qaldırıldıqdan sonra koronavirusa yoluxanların sayı bir qədər artmışdır. Sözsüz ki, bu mənzərə hamını yenidən narahat etməyə başlamışdır. Mətbuatdan oxuyur və eşidirik ki, bunun qarşısının alınması üçün növbəti tədbirlər həyata keçiriləcək. Hörmətli cənab Prezident, məqsədyönlü tədbirlər hesabına mövcud narahatlığın tezliklə birdəfəlik aradan qaldırılacağına inanırıq. Gördüyünüz işlər üçün Sizə təşəkkür edir, daxili və xarici siyasətinizdə növbəti uğurlar arzulayırıq”.

Lənkəran şəhərindən Əlizadə Quliyev və İsmayıl Ağayev: “Hörmətli cənab Prezident, çox sağ olun ki, xalqımız üçün böyük işlər görürsünüz. Biz görürük ki, bu gün bütün dünya ölkələri çətinliklərlə üzləşib. Amma Sizin və Mehriban xanımın sayəsində biz bu çətinlikləri o qədər də hiss etmirik. Sizin davamlı qayğınızla ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da böyük işlər görülür. Koronavirus pandemiyası ilə əlaqədar bizim şəhərdə də lazımi tədbirlər həyata keçirilir. Biz bundan çox razıyıq. Bu günlərdə bizim yaşadığımız M.Hüseynzadə küçəsinin asfaltlanması bizi çox sevindirdi. Bunu çox arzulayırdıq. Çox sağ olun, cənab Prezident. Biz Sizə inanırıq. İnanırıq ki, Sizin rəhbərliyinizlə biz bütün arzularımıza çatacağıq. Sizə bir daha minnətdarlığımızı bildiririk”.

Gədəbəy rayonunun Əyrivəng kəndindən Söhbət Tağıyev: “Cənab Prezident, Gədəbəy rayonunun Əyrivəng kəndi düşmənlə sərhəddə yerləşən kəndlərimizdən biridir. Bu gün Əyrivəng kəndində elektrik xətlərinin, işıq dirəklərinin, transformatorların yenilənməsi sakinlərin hədsiz sevincinə səbəb olmuşdur. Respublikamızda, o cümlədən Gədəbəyimizdə və Əyrivəng kəndində görülən işlərə görə kənd sakinləri adından Sizə təşəkkürümüzü bildiririk. Tanrı Sizi və Azərbaycanımızı qorusun!”.

Naftalan şəhərindən Adilə Bağırova: “Möhtərəm cənab Prezident, Sizin Tərtər rayonuna səfəriniz zamanı Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməyiniz hər bir Azərbaycan vətəndaşı üçün nümunədir. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini dərk etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməlidir. Həmçinin həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədi daşıyır. Bu ağır vəziyyətdə ölkəmizdə görülən işlərə, bütün sosial-iqtisadi layihələrin həyata keçirilməsinə və hər zaman Azərbaycan vətəndaşının yanında olduğunuza görə kurort şəhərimiz Naftalanın sakinləri adından Sizə sonsuz məhəbbətimizi və hörmətimizi bildirirəm. Ulu Tanrı Sizi, ailənizi və millətimizi qorusun!”.

Ağcabədi rayonundan Ruxsarə Nəsirova: “Möhtərəm cənab Prezident, ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı kimi Sizin gördüyünüz işlər biz ziyalıları çox sevindirir. Gənclərlə, şagirdlərlə görüşlərimizdə ürəkdolusu danışmağa, misallar çəkməyə, saysız-hesabsız nümunələr göstərməyə kifayət qədər faktımız olur. Bütün bu işlər Sizin gərgin zəhmətinizin, əzmkarlığınızın, xalqa olan sevginizin nəticəsidir. Hazırda dünyamızın çox ağır bir vəziyyətlə üzləşdiyi, amansız xəstəliklə mübarizə apardığı vaxtda ölkəmizdə dərhal qabaqlayıcı tədbirlərə başlanıldı. Əhaliyə dəfələrlə çağırışlar etdiniz, bizi bu çətin durumda bir-birimizə dəstək olmağa, dünyanı sarsıdan görünməz düşmənə birlikdə qalib gəlməyə səslədiniz. Sizin xalqın yanında olmağınız, onu gözləyən təhlükəyə görə keçirdiyiniz narahatlıq, bununla bağlı həyata keçirdiyiniz tədbirlər Sizə olan inamı daha da artırdı. İyunun 3-də Ağcabədi rayonuna səfəriniz bizi çox sevindirdi. Ağcabədi rayonunun Sarıcalı kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün vəsaitin ayrılması təhsilimizə, gələcəyimizə göstərdiyiniz qayğının nümunəsi idi və bu, biz ziyalıları çox sevindirdi. Cənab Prezident, biz Sizə inanırıq və güvənirik. Ulu Tanrı Sizi qorusun!”.

Tərtər rayonundan Faiq Məmmədov: “Hörmətli cənab Prezident, Tərtər rayonunun idmançıları adından Sizi ürəkdən salamlayır, rayonumuzda möhtəşəm Olimpiya İdman Kompleksini bizə bəxş etdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk. Bütün dünyanı koronavirus pandemiyası ağuşuna aldığı bir vaxtda Siz Mehriban xanımla birlikdə yeni sosial layihələrin həyata keçirilməsini dayandırmadınız. Tərtərdə istifadəyə verilmiş Olimpiya İdman Kompleksi bunun bariz nümunəsidir. Biz gənclər Sizin idmana göstərdiyiniz diqqət və qayğını həmişə hiss etmişik, bu gün də hiss edirik. Cənab Prezident, Tərtər idmançıları adından söz verirəm ki, yeni istifadəyə verilmiş Olimpiya İdman Kompleksində daha həvəslə məşq edəcək, sıralarımızı gənc idmançılarla genişləndirəcək, yeni uğurlara imza atacağıq. Tanrı Sizi və ailənizi qorusun!”.

Bakının Xəzər rayonundan Extiyar Əzizov: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, COVID-19-un dünyanı cənginə aldığı bir vaxtda Sizin iti zəkanız, uzaqgörən siyasətiniz sayəsində görülən qabaqlayıcı tədbirlər nəticəsində bu qorxulu bəlanın ölkəmizdə geniş yayılmasının qarşısı vaxtında alındı. Əks təqdirdə, bu bəlanın fəsadları daha böyük olardı. Bu çətin və ağır günlərdə Siz birinci xanım Mehriban Əliyeva və bütün ailə üzvləriniz ilə birlikdə böyük fədakarlıq, hünər göstərərək xalqınıza arxa, dayaq oldunuz. Xalqın sağlamlığını iqtisadiyyatından üstün tutmağınız, aztəminatlı ailələrə göstərdiyiniz maddi və mənəvi dəstək Sizin xalqa olan dərin məhəbbətinizin təzahürüdür. Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndirir və Sizi dəstəkləyirəm. Gördüyünüz işlərə görə şəxsən öz adımdan, həmçinin çalışdığım Bakı abadlıq şirkətinin bağbanları adından Sizə təşəkkür edir, cansağlığı arzulayıram. Qoy, Ulu Tanrı Sizləri qorusun!”.

OPEC+ sazişinə görə 3 yataq 2 illik konservasiyaya qoyulub
OPEC+ sazişinə görə 3 yataq 2 illik konservasiyaya qoyulub
Bu il Azərbaycanda 408 min ton kerosin istehsal olunub
Bu il Azərbaycanda 408 min ton kerosin istehsal olunub
Anbarlara 2 milyon kubmetr qaz vurulub - SOCAR
Anbarlara 2 milyon kubmetr qaz vurulub - SOCAR
Loading Bars
Xəbər lenti
Putinin ənənəvi mətbuat konfransı dekabrın 17-də keçiriləcək
Anar Kərimov beynəlxalq təşkilatları Ermənistanın islam irsinə qarşı vandalizmini sərt pisləməyə çağırıb
Azərbaycanda göz xəstəliyindən əziyyət çəkənlərin sayı 3 dəfəyə yaxın artıb
Azərbaycanda kompüter istehsalı artıb
Fransa Senatının qərəzli qətnaməsi Qarabağ münaqişəsinin 30 il uzanmasının bəzi qaranlıq məqamlarına aydınlıq gətirir
Yol polisi sürücülərə xəbərdarlıq etdi
Qablaşdırma istehsalında istifadə edilən plastik materiallar daha çirkləndirici xammaldır - İnstitut
Türkiyə Ombudsmanı Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri barədə xüsusi hesabat hazırlayıb
Polis itkin düşən şəxsi taparaq ailəsinə təhvil verib
Rusiyada koronavirusa rekord sayda yoluxma qeydə alındı
Milli Qəhrəman Allahverdi Bağırovun zabit qızları atasının Ağdamdakı məzarını ziyarət etdi (VİDEO)
Azər Türk Bank əhalinin özünüməşğulluq proqramına dəstəyini davam etdirir
Nazirlik 2,5 milyon manatlıq avtomobil alır
Qubadlıda Şərq çinarları əkildi, tut bağı salındı (FOTO)
Daşkəsəndə 24 yaşlı qızın müəmmalı qətli ilə bağlı məhkəmə başlayır
Bakı-Minsk marşrutu üzrə birbaşa reyslər bərpa olunur
Azərbaycan nefti ucuzlaşdı
Ermənistanın nə düşünülmüş iqtisadi siyasəti var, nə də gələcəyə hesablanmış planları - Deputat
Bakıda marşrut avtobuslarının dezinfeksiyasına nəzarət gücləndirildi
Ermənistanda hökuməti nağıl danışmaqda ittiham elədi - Nazir təyin olundu
Fransa Senatının absurd qətnaməsi beynəlxalq hüququ heçə saymağın əyani sübutudur - Pərvin Kərimzadə
OPEC+ sazişinə görə 3 yataq 2 illik konservasiyaya qoyulub
ATƏT Qarabağda bundan sonra hansı rol oynaya bilər? - Təşkilatdan açıqlama (ÖZƏL)
Masallı və Cəlilabadda 5 koronavirus xəstəsi saxlanılıb (FOTO)
Bakı Ali Neft Məktəbi və Tallinn Texnologiya Universiteti arasında müqavilə imzalanıb
“Ziraat Bank Azərbaycan”dan özünüməşğulluq proqramına daha bir dəstək (FOTO)
Bu il Azərbaycanda 408 min ton kerosin istehsal olunub
İsmayıllıda karantin rejimini pozan avtomobil ustaları cərimələndi
Qubada polis bir gündə yaşayış yerini tərk edən 3 koronavirus xəstəsi aşkarladı
Ağsunun icra başçısı ölməyib, vəziyyəti ağırdır - Xəstəxana
DGK Akademiyası ilə İspaniyanın Fiskal Araşdırmalar İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)
Müharibədən sonra yaranmış yeni situasiyada milli kimlik (FOTO)
Anbarlara 2 milyon kubmetr qaz vurulub - SOCAR
Fransa Dağlıq Qarabağ münaqişəsini yenidən alovlandırmağa çalışır - Deputat
Bakı sakini küçədə qətlə yetirildi
AQTA koronavirusla bağlı ictimai iaşə müəssisələrinin sahiblərinə çağırış edib
Samuxda evi tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib (FOTO)
Samsung Jet ™ tozsoranı ilə maksimum rahatlıqla mükəmməl təmizlik (FOTO)
Ağdam, Füzuli və Xankəndi aerodromları beynəlxalq coğrafi koordinat indeksləri siyahısına daxil edildi
Daha bir koronavirus xəstəsi küçədə saxlanıldı
Yoluxma sayı artdıqca ağır vəziyyətdə olan xəstələrin də sayı artır - Xəbərdarlıq
Azərbaycanda tikinti materiallarının istehsalı ilə bağlı son vəziyyət açıqlandı
FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər (FOTO/VİDEO)
Fransa senatorlarının erməni təəssübkeşliyinin motivləri deşifrə olundu
Azərbaycan və İtaliya XİN rəhbərləri bölgədəki son vəziyyəti müzakirə ediblər
Noyabrın 27-də xarici valyutaların manata qarşı məzənnələri
Qazaxıstanda koronavirusa yoluxanların sayı 130 minə çatır
Senatın qətnaməsi Fransanın Cənubi Qafqazdakı maraqlarına zərbədir - Vüsal Qasımlı
Almaniyada koronavirusa yoluxanların sayı 1 milyon nəfəri ötüb
"Barselona"nın stadionuna Messinin adı verilə bilər
Bakıda və regionlarda kreditləşmə artıb - Statistika
Britaniyada bir gündə koronavirusa 17 555 yoluxma qeydə alınıb
Tramp Ağ Evi hansı halda tərk edəcəyini açıqladı
Meksika Senatı prezidentin toxunulmazlığının ləğv edilməsini təsdiqləyib
İbrahimoviç İsveç yığmasına qayıda bilər
S-500 HHM sistemləri 2021-ci ildə hazır olacaq
Dünya Bankı koronavirusla mübarizə üçün Ukraynaya 100 milyon dollar ayıracaq
İtailyada koronavirusa yoluxanların sayı 1,5 milyonu ötüb
Kanadada atışma baş verib, ölən və yaralananlar var
Moskvada koronavirusdan daha 77 nəfər ölüb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 577 mindən çox artıb
Paris qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır - XİN
UEFA Avropa Liqası: "Qarabağ" qrup mərhələsində növbəti matçını keçirib
Türkiyədə koronavirusdan sağalanların sayı 388 mini keçib
Bitkoinin qiyməti kəskin şəkildə düşüb
"Euronews" erməni işğalından azad edilmiş Ağdamdan süjet hazırlayıb (VİDEO)
Ermənistanda rusiyalı hərbçinin meyiti tapılıb
"Belavia" Bakıdan Minskə uçuşları bərpa edir
Çavuşoğlu və Stoltenberq Dağlıq Qarabağı müzakirə ediblər
Sağlamlıq imkanları məhdud şəxslər həmyaşıdları ilə birlikdə oxuyacaqlar - Deputat
Azərbaycan gimnastları Kiyevdə Avropa Çempionatının finalına çıxıb
“ADY Express” Astara terminalında aşırılan yükün həcmini artırıb
Rəqəmsal ödəmələr nə üçün önəmlidir?
Mingəçevir Dövlət Universitetində tədris prosesi uğurla davam etdirilir
Fransa senatının qətnaməsi qərəzlidir - Deputat
Dünya Bankı Azərbaycanda kənd təsərrüfatı layihəsinin müddətini uzadıb
Mətbuat Şurası Fransanın kütləvi informasiya vasitələrinə müraciət edib
Baş Prokurorluğun "Facebook" səhifəsi rəsmi olaraq mavi nişan ilə təsdiqlənib
Koronavirusla bağlı aparılan testlərin bitməsi barədə məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Azərbaycan Fransaya nota verib
Müasir həllərin inteqrasiyası onlayn satışların artmasına yol açıb
Aİİ-də Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş respublika elmi konfransı panellərlə davam edib (FOTO)
Kəlbəcərin danışıqlar masasında geri qayıtarılması diplomatik qələbənin də bizimlə olduğunu göstərir - Deputat
Üç “hər şey” siyasəti və ya Ermənistanın “yandırılmış torpaq” taktikası (FOTO)
Rusiya Müsəlmanlarının Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri Prezident İlham Əliyevi təbrik edib
Daha 3 şirkət Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti olub
Ermənistan parlamentində dava (VİDEO)
20 obyektdə epidemiya əleyhinə rejim pozulub - Nazirlik
Maliyyə Nazirliyi 170 min manatdan çox məbləğdə müqavilə imzalayıb
Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
iPhone 12 Pro Max və iPhone 12 Mini Azercell Eksklüziv mağazalarında!
Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə COMCEC-in 36-cı sessiyasının açılış mərasimi olub (FOTO)
Koreya səfirliyi məcburi köçkünlərə dəstək tədbirlərini genişləndirəcək (FOTO)
AzTU-nun 70 illiyinə həsr olunan konfrans keçirilib (FOTO)
Noyabrın 27-də manatın dollara qarşı məzənnəsi
Aminin qaytarılması ilə bağlı yayılan məlumatlar yalandır - Əsir əsgərin qohumu
Azərbaycanda 3705 nəfər COVID-19-a yoluxub, 1609 nəfər sağalıb, 32 nəfər vəfat edib
Bu qətnamənin qəbulu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addımdır - Vüqar Rəhimzadə
Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransadan daha yüksəkdir - ISESCO-nun sabiq baş direktoru
Naxçıvanın xarici ticarət dövriyyəsi artıb
Bütün xəbərlər