...

Prezident İlham Əliyev general-mayor Polad Həşimovun anası və polkovnik İlqar Mirzəyevin oğlu ilə telefonla danışıb

Siyasət Materials 15 İyul 2020 14:44 (UTC +04:00)
Prezident İlham Əliyev general-mayor Polad Həşimovun anası və polkovnik İlqar Mirzəyevin oğlu ilə telefonla danışıb

Bakı. Trend:

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası Səmayə xanım və polkovnik İlqar Mirzəyevin oğlu Elvinlə telefonla danışıb.

Trend-in məlumatına görə, dövlətimizin başçısı şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onlara Allahdan rəhmət və səbir diləyib. Prezident İlham Əliyev qeyd edib ki, Vətən uğrunda həlak olmuş hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq.

Səmayə Həşimova və Elvin Mirzəyev Prezident İlham Əliyevə telefon zənginə və başsağlığına görə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti