...

Kolumbiya Senatı Tovuz istiqamətində hücumları pislədi

Siyasət Materials 15 İyul 2020 22:38 (UTC +04:00)
Kolumbiya Senatı Tovuz istiqamətində hücumları pislədi

Bakı. Trend:

Kolumbiya Senatı Tovuz istiqamətində hücumları pislədi və Azərbaycan Respublikasının ərazi bütövlüyünə dəstəyini bir daha ifadə etdi.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən bildirilib.

Kolumbiya Senatı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, eləcə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat verib.

Senatın Xarici Əlaqələr Komissiyası bəyanatında Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində hücumları pisləyir, həmçinin Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələr (822, 853, 874, 884), Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməsinə çağırır. Sənəddə Kolumbiya tərəfinin Azərbaycana dost ölkə olduğu bildirilir və hücumlar nəticəsində həlak olmuş Azərbaycan vətəndaşları ilə bağlı Azərbaycan Respublikası Hökuməti və xalqına dərin hüznlə başsağlığı verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti