...

Şefik Caferoviç: Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi regional sülhə ciddi təhdid yaradır

Siyasət Materials 18 İyul 2020 20:56 (UTC +04:00)
Şefik Caferoviç: Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi regional sülhə ciddi təhdid yaradır

Bakı. Trend:

Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi ağır fəsadları ilə regional sülhə ciddi təhdid yaradır.

Trend xəbər verir ki, bu fikir Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviçin Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda yer alıb.

Məktubda Rəyasət Heyətinin Sədri Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində artilleriya hücumu nəticəsində həlak olanların ailələrinə dərin başsağlığını çatdırmağı dövlətimizin başçısı İlham Əliyevdən xahiş edib.

O, ümidvar olduğunu bildirib ki, vəziyyət sabitləşəcək və Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun surətdə sülh yolu ilə davamlı həllinə nail olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti