...

Prezidentin köməkçisi: Bu gün Azərbaycan bir neçə cəbhədə mübarizə aparır

Siyasət Materials 20 İyul 2020 17:29 (UTC +04:00)
Bu günə qədər 212 mindən çox muzdlu içinin əməkhaqqı üçün 95 milyon 636 min manat dəstək verilib.
Prezidentin köməkçisi: Bu gün Azərbaycan bir neçə cəbhədə mübarizə aparır

Bakı. Elçin Mehdiyev – Trend:

Bu günə qədər 212 mindən çox muzdlu işçinin əməkhaqqı üçün 95 milyon 636 min manat dəstək verilib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bu gün Nazirlər Kabineti yanında Operativ Qərərgahın birifinqində deyib.

Ş.Mövsümov vurğulayıb ki, mikrosahibkarlara dəstək məqsədilə 63 milyon manat vəsait yönəldilib.

Onun sözlərinə görə, 689 min insana sosial istiqamətdə 254 milyon manat vəsait ödənilib.

Prezidentin köməkçisi qeyd edib ki, bu gün Azərbaycan bir neçə cəbhədə mübarizə aparır: “Bu gün biz Tovuz istiqamətdində ermənilərlə mübarizə aparırıq, digər istiqamət isə koronavirusla mübarizədir. Biz birlikdə bütün cəbhələrdə qalib gələcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti