...

Diplomatiya və informasiya cəbhəsində erməni təxribatlarına qarşı mübarizə AzTV-nin “Hədəf”ində... (FOTO)

Siyasət Materials 28 İyul 2020 16:58 (UTC +04:00)
Diplomatiya və informasiya cəbhəsində erməni təxribatlarına qarşı mübarizə AzTV-nin “Hədəf”ində... (FOTO)

Bakı. Trend:

Azərbaycanın diplomatik və informasiya imkanlarını səfərbər edərək erməni təxribatlarına və “beşinci kolon”un uydurmalarına qarşı müxtəlif platformalarda apardığı mübarizə iyulun 28-də AzTV-nin “Hədəf” verilişində təhlil olunub.

Trend-in məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev və Milli Məclisin deputatı Hikmət Məmmədov ölkəmizdə və beynəlxalq müstəvidə məkrli və hiyləgər düşmənə qarşı aparılan mübarizənin əsas istiqamətlərini şərh ediblər.

Müsahiblər bildirib ki, dünyanın müxtəlif yerlərində erməni vəhşiliyinə qarşı etirazlar səsləndiyi bir vaxtda daxildəki qaragüruhun və radikal qrupların xəyanətkar addımları Azərbaycan vətəndaşlarını daha sayıq olmağa yönəldən bir çağırış olmalıdır. Millətin birliyi və bütövlüyünə kölgə salmaq istəyənlərin bütün cəhdləri dərhal və kəskin şəkildə cavablandırılmalı və həmin ünsürlərə qarşı əzm və həmrəylik nümayiş etdirilməlidir. Videobağlantı formatında müzakirələrə qoşulan Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının prezidenti Günel Səfərova da Parisdə, ümumiyyətlə, Avropada ermənilərin qanuna zidd olan hərəkətlərinin detalları barədə danışıb. Türkiyənin "Axşam" qəzetinin jurnalisti Serkan Fıçıçı da telefon bağlantısı vasitəsilə müzakirələrə qoşularaq Azərbaycanın haqq işində Türkiyənin daim ölkəmizin yanında olduğunu və bundan sonra da birlik nümayiş etdirəcəyini vurğulayıb.

Verilişi tam şəkildə AzTV-nin “Youtube” səhifəsindən https://www.youtube.com/watch?v=nGjaZA8RAV0 izləyə bilərsiniz.

https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w

İnformasiya dəstəyi – Trend.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti