Elin Süleymanov: Ermənistanın son əməlləri sülh prosesi üçün real perspektivlərə zərbə vurur

Elin Süleymanov: Ermənistanın son əməlləri sülh prosesi üçün real perspektivlərə zərbə vurur

Bakı. Trend:

Ermənistanın son əməlləri və bəyanatları mövcud danışıqlar formatını açıq şəkildə pozur və sülh prosesi üçün real perspektivlərə zərbə vurur.

Trend-in məlumatına görə, bu fikirlər Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfiri Elin Süleymanovun ABŞ-ın nüfuzlu "Newsmax" mətbu orqanında dərc edilmiş məqaləsində yer alır.

Məqalədə bildirilir: "İyul ayında Ermənistan və Azərbaycan arasında son döyüşlər koronavirus pandemiyasının pik dövrü və bir çox dövlətlərin öz vətəndaşlarının sağlamlığı və təhlükəsizliyinə fokuslandığı bir zamanda baş verdi.

Ermənistanın özünün koronavirus böhranı yaşamasına baxmayaraq, bu onu Azərbaycana qarşı beynəlxalq sərhəd boyunca Tovuz rayonu istiqamətində hücuma başlamaqdan çəkindirmədi.

Ermənistanın hücumunun Azərbaycanın işğal olunmuş ərazilərindəki təmas xəttindən yüzlərlə mil şimalda olması son təcavüzün arxasında dayanan niyyətlərini açıq şəkildə göstərir.

Həlli uzanan Ermənistan-Azərbaycan münaqişəsi böyük Avrasiya regionunda sülhə və təhlükəsizliyə əsas təhdid olaraq qalmaqdadır. Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq tanınmış ərazisinin 20 faizinin qanunsuz işğal olunması və etnik təmizləməyə məruz qalması bir milyon insanı məcburi köçkün etməklə ağır humanitar böhrana səbəb olmuşdur.

Bu gün 30 il sonra məcburi köçkünlər öz evlərinə qayıda bilməyərək hələ də didərgin yaşayırlar.

Ermənistan qoşunlarının dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və çoxsaylı digər beynəlxalq sənədlərə baxmayaraq, Ermənistan beynəlxalq hüququn prinsiplərinə və Fransa, Rusiya və ABŞ-ın həmsədrliyi ilə ATƏT-in Minsk Qrupunun danışıq səylərinə məhəl qoymur.

Faktiki olaraq, Ermənistanın son əməlləri və bəyanatları mövcud danışıqlar formatını açıq şəkildə pozur və sülh prosesi üçün real perspektivlərə zərbə vurur.

Formal müstəqilliyinə baxmayaraq, Ermənistan qonşu ölkələrlərlə daimi münaqişələr və xarici asılılıq nəticəsində heç zaman tam suverenlik qazanmamışdır.

Onun sərhədlərinə Rusiya sərhəd keşikçiləri nəzarət edir, ərazisində xarici hərbi baza yerləşir və öz iqtisadiyyatı üzərində minimal nəzarətə malikdir.

Bu gün Ermənistan heç bir strateji dəyərə malik olmayıb, inteqrasiya və inkişafa doğru addımlar atmağa qadir olmayaraq keçmiş Sovet İttifaqının sonuncu qalıqlarındandır. Eləcə də, Ermənistan cəmiyyəti anti-semitizm, nasistlərlə əməkdaşlıq və Yaxın Şərq terrorist qruplaşmaları ilə münasibətlər kimi problemlərlə hələ də üzləşməkdədir.

Ölkədən emiqrasiya səviyyəsi yüksək olan Ermənistan son zamanlarda qlobal səviyyədə ən qəzəbli ölkə olaraq qiymətləndirilib. Bəzi hallarda bu qəzəb ölkə sərhədləri xaricində də özünü göstərir.

Son günlərdə Los Anceles Polisi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun qarşısında baş verən etiraz aksiyası zamanı kiçik qrup azərbaycanlılara qarşı erməni radikalları tərəfindən şiddətli hücuma görə nifrət zəminində cinayət araşdırmasına başlatmışdır.

Xəritəyə bir baxış Ermənistanın məsuliyyətsiz militarist yanaşmasının fəsadlarının daha geniş olduğunu göstərir.

Cənubi Qafqaz bölgəsi Ermənistan, Azərbaycan və Gürcüstandan ibarət olmaqla dünyanın vacib strateji ərazilərindəndir. Misal üçün, Azərbaycan dünyada Rusiya və İranla həmsərhəd olan yeganə ölkədir və İsrailin vacib dost və tərəfdaşıdır.

Bundan əlavə, Azərbaycan Avropa və Asiya arasında əvəzsiz bağlılıq yaradır və paytaxt Bakı şəhəri Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin başlanğıc nöqtəsidir. BTC İsrailin illik neft təchizatının 40 faizini təmin edən və vaxtilə Ceyms Bondun “Dünya yetərli deyil” filmində yer alan neft kəməridir.

Azərbaycandan başlayaraq altı ölkəni, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən Cənub Qaz Dəhlizi də öz başlanğıcını Bakının yaxınlığından götürür. Bu boru kəmərləri, eləcə də Asiyanı Avropa ilə birləşdirən dəmir yolu xəttləri və NATO hava qüvvələri üçün Əfqanıstana uçuş dəhlizi Ermənistan tərəfindən hücum edilmiş ərazinin yaxınlığından keçir.

İnkişaf və əməkdaşlığa heç bir töhfə verməyən Ermənistan bir daha qlobal əhəmiyyət daşıyan enerji infrastrukturu və regional təhlükəsizliyə təhdid yaratmaqla özünü gündəmdə saxlamağa çalışır.

Ermənistan hərbi qüvvələri fəaliyyətə başlamasına bir neçə ay qalmış Cənub Qaz Dəhlizindən 15 mil məsafədə yerləşən əraziyə hücum edir.

Ermənistan sərhəd boyunca Azərbaycan ordu hissələrini sərhəd qoşunları ilə əvəz etdiyi əraziyə hücum etmiş, mülki yaşayış evlərini mərmi atəşinə tutmuş və nəticədə itki və zərərlərə səbəb olmuşdur.

Təmas xəttindən uzaqda beynəlxalq sərhəd boyunca hücuma keçən Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində müqavilə müttəfiqlərinin dəstəyinə ümid edirdi. Lakin Ermənistanın münaqişənin əhatə dairəsini genişləndirmək cəhdi baş tutmadı və ədavətin kimin başlaması aydın olduğundan KTMT Ermənistanın dəstək xahişini rədd etdi.

Ermənistan rəhbərliyi dövlət katibi Pompeonun substantiv sülh danışıqları çağırışlarına məhəl qoysa və Azərbaycanla məzmunlu danışıqlara cəlb olunsa idi Ermənistan xalqının daha parlaq gələcəyini və bütün Cənubi Qafqaz regionunda davamlı sülhü təmin edərdi. Əksinə, Ermənistan firavanlığın və regionun təhlükəsizlik arxitekturasının vacib elementlərinə təhdid yaratmaqla özünü bir daha destruktiv bir qüvvə kimi göstərdi.

Beynəlxalq ictimaiyyətin nümayəndələri rəsmi Yerevana sülhün dividentlərinin zəngin olmasını və təcavüzün nəticələrinin getdikcə artmasını izah etməklə Ermənistan xalqına kömək olmalıdır".

Məqalənin ingilis dilindəki mətni ilə https://www.newsmax.com/newsfront/azerbaijan-covid-pompeo/2020/08/05/id/980732/ internet səhifəsindən tanış olmaq mümkündür.

Mərkəzi Bank AYİB-lə birgə kiçik və orta biznesə dəstək göstərəcək
Mərkəzi Bank AYİB-lə birgə kiçik və orta biznesə dəstək göstərəcək
Unibank biznes sahiblərinə daha bir onlayn məhsul təqdim edib
Unibank biznes sahiblərinə daha bir onlayn məhsul təqdim edib
Sentyabrın 23-də xarici valyutaların manata qarşı məzənnələri
Sentyabrın 23-də xarici valyutaların manata qarşı məzənnələri
Loading Bars
Xəbər lenti
Moskvada koronavirusdan ölənlərin sayı 5 115 nəfərə çatıb
Əfqanıstanda 30-a yaxın polis öldürülüb
"Arsenal" İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsinə yüksəldi
"İnstaqram"ın işində qüsurlar yaranıb
SOCAR və BMT İnkişaf Proqramının birgə layihəsinin icra müddəti uzadılıb
Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb
Emin Həsənov: Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin güvənc mənbəyidir
225 obyektdə karantin rejiminin tələbləri pozulub
Mnatsakanyanın “danışıqlara hazırıq” bəyanatı daxili auditoriyaya hesablanıb – AzTV-də MÜZAKİRƏ
David Zalkaliani: Azərbaycan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlıq münasibətləri uğurla inkişaf edir
Avropa Parlamenti demokratik proseslərə xarici müdaxilə üzrə komitə yaradıb
"Mikro dünyamızın Makro xəyalları" adlı layihənin Tovuzda təqdimat mərasimi keçirilib
Əli Əsədov: Ayrılmış vəsaitlər qənaətlə istifadə edilməlidır
Baş nazir: Bir cox hallarda büdcə təşkilatlarında izafi xərclərə yol verilir
Rusiyalı analitik: KTMT-nin heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır
İranlı palata üzvü: Azərbaycan və İranın dəmiryolu potensialı ticarət əməkdaşlığını maksimum səviyyəyə çatdıra bilər
Mərkəzi Bank AYİB-lə birgə kiçik və orta biznesə dəstək göstərəcək
“Johnson & Johnson” koronavirus vaksininin sınaqlarının üçüncü mərhələsinə başlayıb
Udin təşkilatının sədri Azərbaycanda etnik azlıqlar üçün yaradılmış şəraitə görə təşəkkür edib
Kolleclərin tibb ixtisasları üzrә hazırladığı mütәxәssislәrin sayı azalıb
Ermənilər sosial şəbəkələrdə saxta profillərlə kəşfiyyat-təxribat fəaliyyəti aparırlar (FOTOFAKT)
Nazirlər Kabineti büdcə məsələlərini müzakirə edib (FOTO)
Rusiyada yeni yaranmış kiçik və orta sahibkarlıq müəssisələri vergidən azad edilib
Dövlət Komitəsi Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı açıqlama yaydı
Azərbaycanda Kosmik Məsələlər üzrə Şura yaradılıb
Ombudsman Aparatının da təmsil olunduğu Vətəndaşsızlıq məsələləri üzrə yaradılan İşçi Qrup fəaliyyətə başlayıb
Naxçıvan Qarnizonu Qoşunlarında təşkil edilən kurslar başa çatıb (FOTO/VİDEO)
Ceyhun Bayramov: Ermənistan silahlı qüvvələri iyul ayında Azərbaycanın mühüm enerji və nəqliyyat infrastrukturunu hədəf alıb
"Qarabağ - Əlil Döyüşçülər" Futbol Federasiyası Avropa 2-cisi kimi Vətənə qayıdıb (FOTO)
Daha bir şirkətin vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa edildi - Baş Prokurorluq
Azercell abunəçilərinə hədiyyə balans qazandırır!
Prezident İlham Əliyev: Balaxanı və Bibiheybət dünyanın ən qədim neft mərkəzləridir
Prezident İlham Əliyev: Azərbaycanda neft insanların rifah halının yaxşılaşmasına xidmət göstərir
Azərbaycanda 660 milyon kubmetr su ehtiyatının yaradılması gözlənilir
Ombudsman Şimali Kipr Türk Respublikasının ölkəmizə yeni təyin olunmuş nümayəndəsini qəbul edib
Təhsil müəssisələrində koronavirusa yoluxma ilə bağlı son vəziyyət açıqlandı (FOTO)
Bakı və Abşeron yarımadasında ağacların quruma səbəbi araşdırılır (FOTO/VİDEO)
Bakı, Gəncə və Qəbələ YUNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə üzv seçilib (FOTO)
BMT Baş katibinin qlobal atəşkəs çağırışı fonunda Ermənistanın müharibə hazırlıqları - TƏHLİL
Unibank kart məlumatlarının təhlükəsizliyi ilə bağlı maarifləndirici videoçarx hazırlayıb
Rayonlara həftəsonu avtobuslarla turların təşkilinə icazə verilsin - TƏKLİF
Vyaçeslav Volodin: Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Azərbaycanda 146 nəfər koronavirusa yoluxdu, 173 nəfər sağaldı, 2 nəfər vəfat etdi
Sahibə Qafarovanın Vyaçeslav Volodin ilə görüşü olub (FOTO) (ƏLAVƏ OLUNUB)
Sentyabrın 24-də manatın dollara qarşı məzənnəsi
COVİD-19 pandemiyasından zərər çəkmiş bizneslərə PAŞA Bankdan dəstək (VİDEO)
Bakı-Quba yolunda təmir işlərinə başlandı
Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının iclası keçirilib (FOTO)
Heydər Əliyev Fondu ilk gündən dövlət tərəfindən görülən işlərə öz dəstəyini göstərir (MÜSAHİBƏ)
İsrailin şəhər meri: Azərbaycanın tolerant ölkə olmasına heç bir şübhə yoxdur
"Cimerlik.az" portalı fəaliyyətini dayandırıb
Azərbaycanda koronavirusa görə vaksinlər ilk kimlərə vurulacaq? – TƏBİB açıqladı
Rasim Quliyev: Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan (MÜSAHİBƏ) (VİDEO)
Azərbaycanda əhalinin 10 faizi üçün vaksin əldə edilməsi razılaşdırılıb
ASAN xidmət çimərliklərdəki monitorinqin nəticələrini açıqladı (FOTO)
Prezident İlham Əliyev: İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır
Azərbaycan Prezidenti: Hər bir qəsəbədə aparılan abadlıq işləri gərək yerli sakinlərlə də müzakirə olunsun
Asiya İnkişaf Bankı Azərbaycandakı layihələrə 5,2 milyard dollardan çox kredit ayırıb (FOTO)
Parisdə bomba həyəcanı - Eyfel qülləsi bağlandı
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Vaksinlərin hazırda Azərbaycanda istehsalı mümkün görünmür - Ramin Bayramlı
TƏBİB: Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət stabildir
Ramin Bayramlı: Azərbaycanda koronavirusa qarşı peyvəndlə bağlı strategiya hazırlanır
Prezident İlham Əliyev: Balaxanı dünya mətbuatında özünə yer tapıb və bu, hələ başlanğıcdır
Dilorom Fayziyeva: Beynəlxalq təşkilatlarda Azərbaycanın güclü və müstəqil yeri var (FOTO)
Peşə təhsili pilləsi üzrə müəllimlərin işə qəbuluna başlanılır (FOTO)
Paytaxtda abadlaşdırılan növbəti həyətlər sakinlərin istifadəsinə verilib (FOTO)
AZAL Ankara və Antalya şəhərlərinə xüsusi reyslər həyata keçirməyə başlayır
İsrail mediasında dağ yəhudilərinin Azərbaycandakı ilk muzeyindən bəhs edilib
Prezident İlham Əliyev: Balaxanı kəndinin yeni dövrü başlayır
Mövsüm dəyişikliyi ilə bağlı xəstəliklərdən necə qorunaq?
İranda bir gündə 184 nəfər koronavirusdan ölüb
Naxçıvana yeni ambulanslar verilib
Milli Məclisin deputatı Sevil Mikayılova seçiciləri ilə növbəti onlayn qəbul keçirib (FOTO)
Ali məktəblərə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb
Naqif Həmzəyev: Azərbaycan müstəqil mövqeyi olan dövlət olduğunun bir daha nümayiş etdirdi
Sahibə Qafarova: Paşinyanın açıqlamaları münaqişənin sülh yolu ilə həll üçün dünya birliyinin bütün səylərini puç edir
“SOCAR Enerqoresurs” və Tümen vilayəti arasında saziş imzalanıb
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir
BMT Tribunasından səslənən Azərbaycanda siyasi dialoq faktı
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib (VİDEO)
Liviyada hərbi helikopter qəzaya uğrayıb
Azərbaycanda "İnnovasiyalar həftəsi" keçiriləcək
Sahibə Qafarova: Azərbaycan xalqı heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
"Tesla" yeni elektromobil akkumulyatorları təqdim edib
Azərbaycanda qızıl və gümüş ucuzlaşır
Hindistanda koronavirusdan ölənlərin sayı 90 mini keçib
Beynəlxalq təşkilatın Azərbaycanda həyata keçirdiyi yoxlamanın nəticələri açıqlandı (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar (FOTO) (YENİLƏNİB-2)
Müdafiə Nazirliyi deputatın fikirlərinə cavab verdi
Valideyn himayəsindən məhrum olma uşağın övladlığa verilməsi hüququnu yaratmır - Departament rəhbəri
İsmail Serageldin: BMT Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün bütün imkanlardan istifadə etməlidir
Gələn ildən övladlığa uşaq götürənlərə müavinətlər verilə bilər - RƏSMİ
Bakıda zibillikdən 600 kiloqramdan artıq qəpik toplanıb
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
Müəllimlər ““AccessBank”a bir 5” deyəcək!
Lukaşenkonun andiçmə mərasimi keçirilib
Doğum və ölüm haqqında qeydiyyat elektron qaydada aparılacaq
İsrailli mer müavini: Azərbaycanda tolerantlıq yüksək qiymətləndirilir
Dövlət qulluğuna qəbul üçün müsabiqənin növbəti mərhələlərinin keçiriləcəyi tarixlər açıqlandı
Bütün xəbərlər