...

Deputat Sevil Mikayılova Türkiyənin "CNN Türk" telekanalına müsahibə verib (VİDEO)

Siyasət Materials 17 Avqust 2020 15:07 (UTC +04:00)
Deputat Sevil Mikayılova Türkiyənin "CNN Türk" telekanalına müsahibə verib (VİDEO)

Bakı. Trend:

Azərbaycanla Türkiyə arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında sənədin qüvvəyə minməsi böyük əhəmiyyətə malikdir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Sevil Mikayılova Türkiyənin "CNN Türk" telekanalına müsahibəsində deyib.

Deputat iki qardaş və nümunəvi münasibətlər sərgiləyən ölkə tərəfindən bu sənədin imzalanmasının gözlənilən olduğunu vurğulayıb. S.Mikayılova sənədin önəmindən danışarkən qeyd edib ki, bu, iki ölkə arasında qarşılıqlı münasibətlərin, xüsusən turizm sahəsində əlaqələrin daha da inkişaf etməsinə müsbət təsir göstərəcək. Millət vəkili bunun münasibətlərdə yeni səhifə açacağını, daha böyük əməkdaşlıq və təmas üçün addım olacağını bildirib.

S.Mikayılova müsahibəsində həmçinin vuğulayıb ki, Azərbaycan və Türkiyə arasında keçirilən son təlimlər daha öncə təşkil edilən hərbi təlimlərin davamı olaraq qəbul edilməli və iki ölkə arasında strateji tərəfdaşlığın mühüm hissəsi kimi qiymətləndirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti