Meksikada Ermənistanın Tovuz istiqamətindəki son hərbi təxribatı və ölkəmizə qarşı təcavüzkar siyasəti işıqlandırılmaqda davam edir

Meksikada Ermənistanın Tovuz istiqamətindəki son hərbi təxribatı və ölkəmizə qarşı təcavüzkar siyasəti işıqlandırılmaqda davam edir

Bakı. Trend:

Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbovun bu ölkənin “ADR Networks” internet televiziyasının “Hoy en el mundo para ti” (Dünyada bu gün baş verənləri sənə çatdırırıq) verilişində efirə getmiş müsahibəsi və “ContraRéplica” gündəlik qəzetində dərc olunmuş “Azərbaycana qarşı təcavüz davam edir” başlıqlı məqaləsində Ermənistan son hərbi təxribatı barədə məlumat verilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, hər iki media orqanı vasitəsilə Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixindən etibarən növbəti dəfə atəşkəs rejimini pozaraq ordumuzun iki ölkə arasındakı dövlət sərhəddinin Tovuz rayonu sahəsindəki mövqelərinə qəfil hücumlar təşkil etdiyini bildirən səfir, Ermənistan tərəfinin belə təxribatlar törətməkdə məqsədinin ilk olaraq, dünya ictimaiyyətinin diqqətini Azərbaycanın 20 faiz ərazisini işğal etməsi və bu torpaqlarda yaşayan bir milyona yaxın həmvətənimizə qarşı etnik təmizləmə aparması faktından yayındırmaq, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesini sabotaj etmək, habelə erməni xalqın diqqətini bu ölkədə mövcud olan ağır sosial-iqtisadi və siyasi vəziyyətdən yayındırmaq olduğunu bildirib.

M.Talıbov Tovuz rayonu ərazisində törədilmiş son hərbi təxribatla Ermənistan tərəfinin həmin bölgədən keçən, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilmiş və bütün regionun inkişafında, həmçinin Avropanın enerji təhlükəsizliyində müstəsna rolu olan iri miqyaslı layihələrin təhlükəsizliyini də təhdid etdiyini qeyd edib. Diplomat, həmçinin Ermənistan tərəfinin dəfələrlə Mingəçevir su anbarına zərbə endirmək barədə təhdidlər səsləndirdiyini, habelə işğal olunmuş ərazilərdə davamlı olaraq meşə yanğınları törətdiyini qeyd edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqda danışan səfir, Ermənistan tərəfinin Azərbaycanın beynəlxalq qaydada tanınmış ərazilərinin 20 faizini işğal etdiyini, bu ərazilərdə etnik təmizləmə apardığını, münaqişəyə dair BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin bu ərazilərin dərhal və qeydsiz-şərtsiz işğalçı qüvvələrdən azad edilməsini tələb etdiyini, bu sənədlərin qəbulundan 30 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, Ermənistan tərəfinin həmin qətnamələrə məhəl qoymadığını bildirib.

Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğunun regionda sülh və təhlükəsizliyə başlıca təhdid olduğunu vurğulayan M.Talıbov, Azərbaycanın inkişaf etmiş, güclü, sivil və demokratik bir ölkə kimi öz ərazisində başqa dövlətin silahlı qüvvələrinin olmasına tamaşaçı qalmayacağını və beynəlxalq ictimaiyyətin Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmağı qəti şəkildə tələb etməsinin vaxtı çatdığını vurğulayıb. Azərbaycan xalqının, işğal olunmuş ərazilərdən qovulmuş insanlarımızın həm hökumətdən, həm də beynəlxalq ictimaiyyətdən doğma torpaqlarına qayıtmağı tələb etdiyini bildirib.

Azərbaycanın daim beynəlxalq hüquq və sülh mövqeyindən çıxış etdiyini, regional və beynəlxalq əməkdaşlığa can atdığını deyən diplomat, bu xüsusda Azərbaycan Respublikası Prezidentinin Qoşulmama Hərəkatının sədri qismində BMT-nin pandemiyaya qarşı mübarizə mövzusuna həsr olunmuş xüsusi sessiyasının çağırılması ilə bağlı təşəbbüsünü qeyd edərək, bu təşəbbüsün 130-dan çox ölkə tərəfindən dəstəkləndiyi halda, Ermənistanın buna qarşı çıxış etdiyini və dünya ölkələrinin pandemiya ilə mübarizə apardığı bir şəraitdə təxribatçı əməllərindən əl çəkməyərək öz təcavüzkar mahiyyətini bir daha sübuta yetirdiyini vurğulayıb.

Sonda səfir Azərbaycanın coğrafi mövqeyi, bu xüsusda, Avropa ilə Asiyanın kəsişməsində, qədim İpək yolunun üzərində yerləşməsi, tarixən neft ölkəsi kimi tanınması, müsəlman Şərqində ilk demokratik respublika yaradan və bu coğrafiyada qadınlara ilk dəfə seçki hüququ verən ölkə olması, yenidən müstəqillik əldə etdikdən sonra təşəbbüskarı olduğu qlobal əhəmiyyətli layihələrlə regionun iqtisadi və logistik xəritəsini dəyişməsi, günümüzdə müxtəlif millət və dinlərdən olan insanların sülh şəraitində birgə yaşayışına ev sahibliyi etməsi, habelə Meksika ilə ikitərəfli və çoxtərəfli formatlarda əlaqələrin inkişafı və əlverişli biznes mühiti, nəqliyyat və logistika şəbəkəsi, 300 milyonluq istehlak bazarına malik Xəzər hövzəsi və Mərkəzi Asiya regionuna çıxış imkanları sayəsində Meksika üçün cəlbedici tərəfdaş olması haqda danışıb.

https://www.youtube.com/watch?v=a_n_2weH9nc&feature=youtu.be

Səfirin müsahibəsi 38:35 – 52:15

https://www.contrareplica.mx/nota-CONTINUA-LA-AGRESION-CONTRA-AZERBAIYAN202011831

“Dostluq” sazişi Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir
“Dostluq” sazişi Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir
"Dostluq" Azərbaycanın neft satışı imkanlarını əhəmiyyətli dərəcədə artıracaq - Amerikalı ekspert
"Dostluq" Azərbaycanın neft satışı imkanlarını əhəmiyyətli dərəcədə artıracaq - Amerikalı ekspert
Ötən il Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən 4211 müraciətə baxılıb
Ötən il Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən 4211 müraciətə baxılıb
Loading Bars
Xəbər lenti
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanın növbəti tarixi uğuru
İranda koronavirusdan daha 75 nəfər ölüb
“Dostluq” sazişi Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir
Avropa azərbaycanlıları 20 Yanvar faciəsini törədən SSRİ rəhbərliyinin cəzalandırılmasını tələb edir
Fevralın 1-dən birdəfəlik əkin subsidiyası üçün müraciətlərin qəbuluna başlanılır
107 gün idi itkin düşən zabitimizin şəhid xəbəri gəldi (FOTO)
"Ford" 3 milyona yaxın avtomobili geri çağırıb
27 dövlət əmlakı hərraca çıxarılacaq
"Dostluq" Azərbaycanın neft satışı imkanlarını əhəmiyyətli dərəcədə artıracaq - Amerikalı ekspert
Nüfuzlu “Springer International Publishing” nəşriyyatı MİDA-nın uğurlu fəaliyyətindən yazıb
Bu yolda hərəkət qismən məhdudlaşdırılır
20 Yanvar faciəsi müasir siyasi fəlsəfə kontekstində təhlil edilib
UNEC-in Elmi Şurasında yeni qərarlar qəbul olunub (FOTO)
Narazı şagirdlər yenidən qiymətləndirmədən keçə bilərlər - Şöbə müdiri
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır - Fərman
Gömrükçülər yük avtomobilindən 38 ədəd “Iphone 12” müsadirə edib (VİDEO)
"Data Science" üzrə qrup rəhbəri vakansiyası hələ də aktualdır
"PAŞA Bank" dövlətin azad edilən ərazilərin bərpasına yönəlmiş bütün təşəbbüslərinin həyata keçirilməsinə töhfə verəcək - Baş icraçı direktor
Ermənistanda İkinci Qarabağ müharibəsinin yekunları ağır qəbul edilir - Rusiyalı ekspert
Fənn olimpiadaları fevralın sonu ənənəvi qaydada keçirilə bilər
Füzuli rayonunun Qarğabazar kəndi (FOTO/VİDEO)
Bu il müəllimlərin sertifikasiyası keçiriləcək? - Nazirdən cavab
Fevralın 1-dən repetitorluq fəaliyyəti üzrə tədrisin bərpası nəzərdə tutulur - RƏSMİ
Ötən il Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən 4211 müraciətə baxılıb
Sabah hava yağmursuz keçəcək
Müəllimlərin işə qəbulu müsabiqəsi bölgələrdə də keçirilə bilər
Müəllimlərin onlayn dərslərə qatılmamasının səbəbini ayrı-ayrılıqda araşdırmaq çətindir - Nazir
Fevralın 1-dən sonra da şagirdlərin distant tədrisi seçmək hüququ var - Təhsil naziri
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Yaponiyanın ölkəmizdəki yeni səfiri ilə görüşüb (FOTO)
Müəllim və şagirdlərin davamiyyəti nəzarətdə saxlanılır
Azad olunmuş ərazilərdə təbii sərvətlərə vurulmuş ziyanın qiymətləndirilməsinə Şura üzvləri də cəlb olunacaq
Bakı Ali Neft Məktəbində “Qarabağın təbii sərvətləri" müzakirə olunub (FOTO)
İbtidai siniflərin nümunəvi dərs cədvəlləri Təhsil Nazirliyinin saytında yerləşdirilib
Məktəblərdə koronavirusun qarşısının alınması üçün bütün zəruri tədbirlər görüləcək - Nazir müşaviri
Bu şagirdlər imtahan verə biləcəklər - Təhsil Nazirliyinin şöbə müdiri
Yağan qardan sonra paytaxta təmizlik işləri aparılır (FOTO)
Bağçalar nə zaman açıla bilər? - Rəsmi AÇIQLAMA
Rusiya 5 Azərbaycan istehsalçısından pomidor idxalını dayandırıb
TAP konsorsiumu İtaliyada tikinti zamanı köçürülmüş zeytun ağaclarını yerinə qaytarıb
Avtoxuliqanlığa görə cəzalar yüngülləşdirilir
Azərbaycanda koronavirusa yoluxan şagird və təhsil işçilərinin sayı açıqlandı
Tender qarantiyasını Banka gəlmədən əldə etmə imkanı
Fiziki tərbiyə dərsləri müvəqqəti dayandırılır
Vaksinasiya oluna biləcək müəllimlərin siyahısı hazırlanıb - Emin Əmrullayev
Təhsil ilinin sonuna kimi tele-dərslər davam etdiriləcək - RƏSMİ
Sumqayıt Texnologiyalar Parkına yeni baş icraçı direktor təyin olunub
Təhsil kreditləri yeni qaydalarla verilə bilər
Təhsil haqqının ləğv edilməsi rəqabət şəraitindən imtina deməkdir - Nazir
Hazırkı şərait daha çox ibtidai sinif şagirdlərinin emosional vəziyyətinə təsir edib - Təhsil naziri
Parkinq KASKO avtomobil sığortasını Insure.az-da onlayn əldə edin
Ermənistanda müxalifət parlament qarşısında etiraz aksiyası keçirir
Qazaxıstanın Azərbaycandan pomidor idxalına tətbiq etdiyi məhdudiyyətlər müvəqqəti xarakter daşıyır - Nazirlik
Bu siniflər tədrisin bərpasında problem yarada bilər - Nazir
Ermənistan tərəfdən Qarabağda döyüşlərə cəlb edilən daha iki terrorçu barədə cinayət işi başlandı
Ötən il ölkədə 170 yaşayış evi və obyektə oğurluq cəhdinin qarşısı alınıb
İri şəhərlərdə tədris həftədə 3, rayonlarda 4-5 dəfə olacaq - Nazir
Fevralın 1-dən bu şagirdlər məktəbə gedəcək
Ali məktəblərdə təhsil nə zaman bərpa olunacaq? - Nazirdən AÇIQLAMA
Rusiyada koronavirusdan ölənlərin sayı 68 mini keçib
İsmayıllı və Qəbələ sakinlərindən odlu silah götürülüb
Qazaxıstanın Azərbaycandan pomidor idxalına qadağa qoyması məsələsi araşdırılır - AQTA
Məktəblər fəaliyyətə başlayır - Təhsil Nazirliyi təfərrüatları açıqladı (FOTO/VİDEO)
Fevralın 1-dən məktəblər açılır
Minatəmizləmə Agentliyinin əməkdaşı Cəbrayılda minaya düşüb
Günay Cəlilova Yelo Bankın İdarə Heyəti sədrinin müavini təyin olunub
Sürücülərə şad xəbər: Bu qaydaların pozulmasına görə cərimə ləğv edilir
Xaricdə yaşayan Azərbaycan vətəndaşlarına pasportla bağlı müraciət olunub
Dövlət xidmətləri barədə ilk sənədli filmdə “ASAN xidmət”dən bəhs olunub (FOTO)
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
ABŞ-da hava şarları ilə internetə girişi təmin edən layihə bağlanıb
"Dostluq" Trans-Xəzər kəməri üzrə yeni danışıqlar üçün mühit yaradacaq - Norveç konsaltinq şirkəti
Şuşada DOST mərkəzinin açılması nəzərdə tutulub - Sədr müavini
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi silahlı şəxslərə qarşı əməliyyat keçirdi (FOTO/VİDEO)
Nişan edənlər polis şöbəsinə aparıldı
Pensiya adı ilə 480 min manatı mənimsəyən vəzifəli şəxslərin məhkəməsi başlayır
Avtomobillərə pərdə, jalüz və plyonka çəkilməsi ilə bağlı yenilik
Bank Respublika “Qarabağ Dirçəliş Fondu”na 200 min manat köçürüb
Şuşada yeni yarimstansiya tikilir (FOTO/VİDEO)
Bu hərəkətlər avtoxuliqanlıq hesab olunacaq - Yeni qaydalar
Qəza zamanı hadisə yerini tərk edən sürücü bu halda inzibati məsuliyyətə cəlb edilməyəcək – Qaydalar dəyişir
Sürücülərın sürücülük vəsiqəsini özləri ilə daşımasına ehtiyac qalmayacaq
Astara terminalının yükaşırma gücü artırılacaq
Azərbaycanda köhnə avtomobillərin utilizasiyası – Ölüm halları, qəzalar azalacaq
Ölkənin avtomobil yollarındakı hazırkı vəziyyət açıqlandı
"Dostluq" layihəsi enerji üzrə böyük potensialı reallaşdırmağa imkan verəcək - Fransalı ekspert
Dəmir Yollarında işə qəbul prosesi tamamilə məsafədən keçiriləcək
Bakıda yataqxana yanıb
Ötən gün poliklinikada 52 nəfər vaksinasiya olunub - Baş həkim
Sms-icazənin ləğvi Bakıda sərnişin sayını 12 faiz artırıb
Evini tərk edən daha 4 koronavirus xəstəsinə cinayət işi başlandı
Ötən il Bakıda baş verən yol qəzalarında 169 nəfər ölüb
Postlardan keçməyə cəhd göstərən 2059 avtomobil geri qaytarıldı, 1 nəfər həbs edildi
Xəstəxanalara xəbərdarlıq: Rentgen və digər aparatlar yoxlamadan keçməlidir
Dayısı oğlu 36 yaşlı Şəmkir sakinini güllələyərək qətlə yetirdi
Müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti mərhələsinə fevraldan başlanılacaq
ETSN Xəzərin səviyyəsinin aşağı düşəcəyi barədə proqnozlara aydınlıq gətirib
Türkmənistanla memorandumun imzalanması Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq - Ekspert
Bakıda yolların buz bağlaması əsas prospektlərdə sıxlıq yaradıb - BNA
Müharibədən zərər görən ailələrdə psixoloji travmanı aradan qaldırmaq üçün uzunmüddətli iş aparılmalıdır - Dövlət Komitəsi
Bütün xəbərlər