...

Sahibə Qafarova Türkiyənin Ticarət naziri ilə görüşüb (FOTO)

Siyasət Materials 11 Sentyabr 2020 09:31 (UTC +04:00)
Sahibə Qafarova Türkiyənin Ticarət naziri ilə görüşüb (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyəyə rəsmi səfəri çərçivəsində bu ölkənin Ticarət naziri Rühsar Pekcanla görüşüb.

Trend-in məlumatına görə, bu barədə R.Pekcan rəsmi "Twitter" səhifəsində yazıb.

Görüş zamanı əməkdaşlığın daha da gücləndirilməsi və bu istiqamətdə atıla biləcək addımlar ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti ilk rəsmi səfərini Türkiyəyə edib.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Sevil Mikayılova, Fazil Mustafa, Elşən Musayev, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Səfər sentyabrın 12-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti