...

Deputat: Tarixi abidələrimizi, məscidlərimizi dağıtmaq Ermənistanın vandalizm siyasətinin tərkib hissəsidir

Siyasət Materials 11 Sentyabr 2020 13:36 (UTC +04:00)
Deputat: Tarixi abidələrimizi, məscidlərimizi dağıtmaq Ermənistanın vandalizm siyasətinin tərkib hissəsidir
Deputat: Tarixi abidələrimizi, məscidlərimizi dağıtmaq Ermənistanın vandalizm siyasətinin tərkib hissəsidir

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Bildiyiniz kimi, ermənilər UNESCO-da davamlı olaraq Naxçıvanda erməni xaçqarlarının dağıdılması ilə bağlı məsələ qaldırırlar. Bu günlərdə bu məsələni bir daha qaldırmağa çalışırlar. Ermənilərin Naxçıvanla bağlı irəli sürdüyü iddialar absurd və əsassızdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, qeyd etmək lazımdır ki, Azərbaycan abidələrinə qarşı bu cür hörmətsiz münasibət sərgiləyən elə ermənilərin özləridir:

“Ermənilər İrəvan, Zəngəzur və Qarabağda bizə məxsus bütün dini abidələrimizi, ziyarətgah və məscidlərimizi eləcə də, qəbirstanlıqlarımızı dağıdıblar. Sərgilədikləri bu əməllər Ermənistanın fəaliyyətində artıq xarakterik hal alıb.

Bizə məxsus olan tarixi abidələri, ziyarətgah və məscidləri, məzarlıqları dağıtmaq Ermənistanın vandalizm siyasətinin tərkib hissəsidir. Bu torpaqlarda yerləşən yüzlərlə əhəmiyyətli abidələrimizi ermənilər yerlə yeksan ediblər. Bütün bunlar bir daha sübut edir ki, vəhşilik və vandalizm Ermənistanın həyata keçirdiyi siyasətdə prioritet mövqeyə malikdir.

Biz Ermənistanın həyata keçirdiyi siyasətində davamlı olaraq Azərbaycan Respublikasına məxsus tarixi abidələrin adlarının dəyişdirilməsi, tanınmış Azərbaycan ziyalılarının, azərbaycanlı şair və yazıçıların ev muzeylərinin yerləşdiyi tarixi binalarının dağıdılması, muzeylərimizin yerlə yeksan edilməsi və bu kimi vəhşiliklərin şahidi oluruq. Bu cür hərəkətlər törətmək Ermənistan üçün artıq xarakterik hal almışdır və davamlı olaraq bu cür vəhşicəsinə yanaşmalar sərgiləyirlər. Onların bu cür hərəkətlərinin sayı yüzlərlə, hətta minlərlədir.

Bununla bağlı onu da qeyd etmək lazımdır ki, zaman-zaman Ermənistanın vətəndaşları, hüquq müdafiəçiləri, eləcə də ayrı-ayrı tərəfdarları ermənilərin sərgilədikləri bu hərəkətlərlə bağlı videolar, şəkillər və məlumatlar paylaşırlar. Biz komissiya yaradaraq Ermənistanın ərazisindəki tarixi abidələrimizə baxış keçirsək görərik ki, burada ermənilər daha çox dağıntı törətmiş, talanlar etmiş və Azərbaycana məxsus tarixi abidələrə qarşı daha çox hörmətsiz münasibətlər sərgiləyiblər.

Ona görə də bir daha qeyd etmək istəyirəm ki, bu və bu kimi fikirlər əsassızdır və biz bununla bağlı davamlı olaraq həm beynəlxalq müstəvidə, həm də xaricdə təbliğat işini gücləndirməliyik. Xarici İşlər Nazirliyi, Diaspora Komitəsi, eləcə də xaricdə yaşayan azərbaycanlılar bu istiqamətdə davamlı fəaliyyət göstərib erməniləri ifşa edərək bütün dünyaya göstərməliyik ki, bu vandalizm və vəhşilikləri törədən məhz ermənilərdir. Azərbaycan Respublikasında Bakının mərkəzində yerləşən erməni kilsəsi və oradakı 5000-ə yaxın ədəbiyyat bizim dövlətimiz tərəfindən mühafizə edilərək qorunur və dövlətimiz onları himayə edir.

Amma İrəvana, yaxud Qarabağa baxış keçirsək, nəinki bizim, hətta oradakı Alban abidələrinin də yerlə yeksan edildiyini görərik, dağıda bilmədiklərinin bir hissəsini özününküləşdirib, bir hissəsini isə özləri ilə müxtəlif ərazilərə köçürdüblər. Bu hadisələr bir daha sübut edir ki, bu cür vəhşilikləri törədən ermənilərdir. Dünya ictimaiyyətinin onların törətdikləri hərəkətlərə biganə qalması ermənilərə yeni cinayətləri törətmək üçün əlavə imkanlar yaradır və ermənilər bu hərəkətlərini bu gün də davam etdirirlər. Əlbəttə, bu yolverilməzdir və beynəlxalq hüquqa, Haaqa konvensiyasına və beynəlxalq konvensiyalara tamamilə ziddir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti