QHT-lər erməni əhalisinin qanunsuz köçürülməsi ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar

QHT-lər erməni əhalisinin qanunsuz köçürülməsi ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar

Bakı. Trend:

Bir qrup QHT-lər Azərbaycan Respublikasının işğal olunmuş Ermənistan tərəfindən erməni əhalisinin qanunsuz köçürülməsi hallarına dair ATƏT-in Minsk Qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ), İqor Popov (Rusiya) və beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar.

Trend-in məlumatına görə, müraciətdə deyilir:

"Müşahidələrimizə görə, Ermənistan bəzi Yaxın Şərq ölkələrindən erməni əhalisini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri olan Dağlıq Qarabağa və ətraf rayonlarına qanunsuz köçürməyə cəhd edir.

İşğal altında olan Dağlıq Qarabağda və ətraf rayonlarımızda təcavüzkar Ermənistanın qanunsuz fəaliyyətləri və məskunlaşma siyasəti bir çox Azərbaycan QHT-ləri arasında müzakirə olunur və bu, beynəlxalq təşkilatlara müraciət etməyimizə qərar verməyə səbəb oldu.

Bu bölgədəki vəziyyətdən iyrənc məqsədlər üçün istifadə edərək, Ermənistanın bəzi Orta Şərq ölkələrindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri olan Dağlıq Qarabağ və ətraf rayonlarına erməni əhalisini qeyri-qanuni köçürməyə cəhd etməsi ilk dəfə deyil. Bu proses Çar Rusiyası dövründən başlamış, bolşevik-sovet dövründə sürətlənmiş və bu gün də davam etməkdədir.

Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşma faktı, ATƏT-in 2005-ci il fakt-araşdırıcı missiyasının hesabatlarında da qeyd olunur. ATƏT işğal olunmuş torpaqlara iki dəfə fakt araşdırma missiyası göndərib və bu hesabatlar ermənilərin Qarabağa qanunsuz mütəşəkkil qaydada köçürülməsini bir daha təsdiqləyib. Bundan əlavə, tarixi və dini abidələrimizin əksəriyyəti Ermənistan tərəfindən məhv edilmişdir. Məscidlərimiz, məzarlıqlarımız və muzeylərimiz dağıdılır. Azərbaycan isə Bakıda bir erməni kilsəsini bərpa etdi və bu kilsədə 5000-dən çox erməni dilində kitab saxlanılır. Onların hərəkətləri və bizim münasibətimiz arasında fərq də məhz budur.

Əlbəttə ki, Ermənistanın bu hərəkətləri beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının və əlavə protokollarının kobud şəkildə pozulmasıdır. İşğalçı Ermənistanın məqsədi bu torpaqlarda ermənilərin sayını süni şəkildə artırmaq, ərazilərin etnik və mədəni xüsusiyyətlərini dəyişdirmək və bununla da ilhaq siyasətini həyata keçirməkdir. Beynəlxalq Cinyət Məhkəməsinin fəaliyyətini tənzimləyən Roma Statutuna görə, bu, həm də hərbi cinayətdir.

Bu həqiqəti yalnız Azərbaycan tərəfi qaldırmır. Erməni əsilli Ani Meljumyanın beynəlxalq analitik platforma olan Euriasianet.org saytında yazdığı məqaləyə əsasən, Beyrutda baş verən dağıdıcı partlayışdan sonra, Ermənistan hökuməti Livandakı etnik ermənilərin Ermənistan və Dağlıq Qarabağa mühacirət etmələrinə kömək üçün bir yardım paketi hazırladı. 1300-dən çox Livan ermənisi 2 sentyabr tarixinə qədər Ermənistana və Qarabağa köçürüldü. Ermənilərin Diaspor məsələləri üzrə Baş Komissarı Zareh Sinanyan, Ermənistanın Hetq xəbər saytına verdiyi açıqlamada, 850 nəfərin daimi əsaslarla köçürüldüyünü söylədi.

1 sentyabr 2020-ci il tarixində Ermənistan hökuməti Livandan köçürülənlərə yardım üçün bir yardım planını həyata keçirməyə başladı. Paketə səhiyyə, təhsil və sosial yardım və mənzillə təmin etmə dəstəyinin daxil olduğu bildirilib.
Separatçıların “lideri” Arayik Harutyunyana görə, daha bir neçə Livan-erməni ailəsi Dağlıq Qarabağa köçdü. Ermənistan höküməti köçürülməyə kömək üçün humanitar fonddan 25 milyon dram (50 min ABŞ dolları) və daha sonra əlavə olaraq 17 milyon dram (35 min ABŞ dolları) ayırıb.

Azərbaycan dövləti beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan Dağlıq Qarabağ bölgəsinə ermənilərin köçürülməsinə rəsmən etiraz etdi.

Ermənistan hökuməti tərəfindən mütəmadi olaraq qeyri-qanuni köçürülmə faktları, Qarabağa köçürülən erməni əsilli miqrant ailələri tərəfindən də sübut olunur. Bu ailələr Ermənistan Respublikası tərəfindən təşkil olunmuş şəkildə Qarabağa köçürülməsinin tamamilə qanunsuz olduğunu və bütün əlaqədar beynəlxalq humanitar hüquq qaydalarına zidd olduğu barədə bəlkə də məlumatlı deyil. Bu video keçiddən bunu müşahidə etmək mümkündür: (https://www.youtube.com/watch?v=Smk4GN2qmz0&feature=emb_title)

Biz, aşağıda imza atan bir sıra Azərbaycan QHT-ləri, beynəlxalq ictimaiyyətə müraciət edərək, onun bu qanunsuz proseslərə, beynəlxalq humanitar hüququn pozulması hallarına və Ermənistan Respublikası tərəfindən hərbi cinayətlərin törədilməsinə biganə qalmamasını tələb edirik. ATƏT-in Minsk Qrupunun həmsədrləri, ermənilərin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə Ermənistan tərəfindən mütəşəkkil qaydada qanunsuz köçürülməsi prosesinə dərhal reaksiya göstərməsini tələb edirik.

1.Ramil İskəndərli – Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi
2.Vüqar Əhmədov – Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi
3.Ayaz Mirzəyev – Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi
4.Şəlalə Həsənova – İctimaiyyətlə Əlaqələrin İnkişafina Kömək İctimai Birliyi
5. Səbuhi Abbasov – Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi
6.Nüşabə Məmmədova – Beynəlxalq Dialoq və İnkişaf Alyansı İctimai Birliyi
7.İradə Riza-zadə – Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyi
8.Şəhla Nağıyeva – “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi
9.Fəxrəddin Həsənzadə – Gənclər üçün Təhsil Mərkəzi
10.Məryəm Tağıyeva-Zeynalova – Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı
11.Məryəm Məcidova – Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası
12.Umud Mirzəyev – Beynəlxalq Avrasiya Mətbuat Fondu
13.Fuad Hüseynzadə – Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi
14.Novella Cəfərova – D.Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyəti
15.Səadət Bənənyarlı – Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi İctimai Birliyi
16.Səidə Qocamanlı – İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi
17.Fərid Şahbazlı – İslahatçı Gənclər İctimai Birliyi
18.Toğrul Allahverdili – Diaspora İnformasiya və Maarifləndirmə İctimai Birliyi
19.Fuad Abbasov – “Misra” İnformasiya Mübadiləsi və Təşəbbüsləri İctimai Birliyi
20.Əhməd Əliyev – Demokratik Azərbaycan naminə Gənclər İctimai Birliyi"

Avropada qazın qiyməti min kubmetr üçün 1200 dolları ötüb
Avropada qazın qiyməti min kubmetr üçün 1200 dolları ötüb
bp yeni təşkilati struktur sayəsində Azərbaycanda məhsuldarlığı artırıb
bp yeni təşkilati struktur sayəsində Azərbaycanda məhsuldarlığı artırıb
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
Loading Bars
Xəbər lenti
Türkiyə və İran prezidentləri ikitərəfli münasibətləri müzakirə ediblər
"Barselona" Çempionlar Liqasının pley-off mərhələsinə çıxa bilməyib
Böyük Britaniya COVID-keçid sistemini tətbiq edəcək
UEFA Çempionlar Liqası: "Atalanta"-"Vilyarreal" oyunu təxirə salınıb
Gürcüstan Azərbaycana ən çox ixrac olunan malları açıqlayıb
Polad Bülbüloğlu və Fransanın Rusiyadakı səfiri Soçi görüşünün nəticələrini müzakirə ediblər
SOCAR Gürcüstanda gələn il 3000-dən çox günəş paneli quraşdırmağı planlaşdırır
Avropada qazın qiyməti min kubmetr üçün 1200 dolları ötüb
ABŞ investorların işğaldan azad edilən ərazilərin bərpasında iştirakı barədə müzakirə aparılıb
Azərbaycan və İran arasında ticarət dövriyyəsinin artırılması istiqamətində addımlar atılacaq - Səfir
Misirdə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən sərgi təşkil olunub (FOTO)
Türkiyə qoyun və keçilərin sayına görə Avropada birinci yerə yüksəlib
bp yeni təşkilati struktur sayəsində Azərbaycanda məhsuldarlığı artırıb
Avropa birjalarında təbii qaz qiymətləri min kubmetr üçün 1 200 dollar həddini keçib
Dekabrın 9-na USD/AZN rəsmi məzənnəsi
Büdcə qaydasının yeni təkmilləşdirilmiş variantı təklif olunur - Nazir
Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Qanuna edilən dəyişikliklər plenar iclasa tövsiyə olunub
Azərbaycanın Büdcə Məcəlləsi hazırlanır
Peşəkar Mühasib Sertifikatı üçün keçirilən imtahanın nəticələri elan olunub
Nizami Gəncəvinin 880 illiyinə həsr edilən tədbir keçirilib (FOTO/VİDEO)
Şamaxıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb (VİDEO)
Polisin evindən "Qəhrəman ana" medalını oğurlayanlar məhkəmə qarşısına çıxarıldı
Bakıda yeni vəkil bürosu açılıb (FOTO)
Mikayıl Cabbarov Azəbaycan Güləş Federasiyasının prezidenti seçilib
Tədavülə yeni 20 qəpik buraxılıb
Dünya şöhrətli polşalı alimə ADNSU-nun Fəxri doktoru adı verilib (FOTO)
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
“Azərbaycan Hava Yolları” BƏƏ turizm agentləri üçün təqdimat keçirib (FOTO)
20 manatlıq pul əsginası yenilənib (FOTO)
Hindistanın baş qərargah rəisi həyat yoldaşı ilə birgə helikopter qəzasında həlak olub
Vətəndaşlardan 10 ədəd ov tüfəngi götürülüb
MDU-da beynəlxalq elmi konfrans keçiriləcək
Baş Prokurorluğun əməkdaşı Bolqarıstanda səfərdə olub
İcbari tibbi sığorta üzrə xidmətlər zərfində bir sıra əməliyyatlar üçün limit nəzərdə tutulub
İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə 2 550 sayda tibbi xidmət daxildir - Agentlik
Bu gün dünyada 537 milyon insan şəkərli diabetdən əziyyət çəkir - Əhliman Əmiraslanov
Elektron Ədliyyə Köşkü pandemiya dövrünə qədər çox geniş istifadə edilirdi - İdarə rəisi
İl ərzində doğulan uşaqlara ən çox qoyulan adlar açıqlanıb
Kəlbəcərdə mövqelərimiz atəşə tutulub - MN
Yelo Bank-la pulunuz daha çox artsın
Azərbaycanda doğumu qeydə alınmamış uşaqlara daha çox rast gəlinən rayonlar AÇIQLANDI
Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları ilə taktiki-xüsusi təlim keçirilib (FOTO/VİDEO)
Azərbaycanda neçə şəkərli diabet xəstəsi var?
Qardaşını öldürməkdə təqsirləndirilən şəxsə bəraət verildi
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 210 nəfər COVID-19-a yoluxub, 15 nəfər ölüb
Azərbaycanda qeydiyyatdan keçən siyasi partiyaların sayı açıqlanıb
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda tunellərin inşasına başlanılıb (FOTO)
İlkin tanışlıq Ermənistanın verdiyi mina xəritələrinin qeyri-dəqiq olması təəssüratını yaradır - ANAMA rəhbəri
Təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb (FOTO)
Türkiyə parlamentində dava: Deputatlar yumruqlaşdı (VİDEO)
Mobil Notarial tətbiqi ilk dəfə olaraq Azərbaycanda tətbiq edilir - İdarə rəisi
Azyaşlıların narkotik istifadəsinə səbəb valideyn nəzarətsizliyidir - Orxan Cəfərov
Oğuzda koronavirus xəstəsi mağazada saxlanıldı (VİDEO)
40-dan çox dövlət informasiya resursu Ədliyyə Nazirliyinin elektron rəqəmsal sistemlərinə inteqrasiya edib
"Yeni Klinika"nın sabiq direktoru məhkəmədən bəraət istədi
Azərbaycanın enerji sahəsindəki fəaliyyətləri alqışalayiqdir - İranlı nazir
Narkotik istifadəçiləri necə müəyyən edilir? - AÇIQLAMA
General-polkovnik Kərim Vəliyev Ali Hərbi Məktəbin şəxsi heyəti ilə görüşüb (FOTO/VİDEO)
Qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlandı
Rusiya ilə Ukrayna arasında istənilən formatda vasitəçilik edə bilərik - Ərdoğan
Bakıda mənzildən 20 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb (FOTO/VİDEO)
Mərkəzi Bank açıq bankçılıq texnologiyalarının dəstəklənməsi üzrə müvafiq standartların hazırlanmasını növbəti ilə planlaşdırır
Bu ərazilərdə dekabrın pensiyaları ödənildi
İranda daha 90 nəfər koronavirusdan ölüb
Mərkəzi Bankı rəqəmsal ödəniş strategiyasının əsas istiqamətlərini açıqladı
Əsas hədəfimiz "Google" istifadəçilərinin ödəniş imkanlarını asanlaşdırmaqdır - Can Avunduk
Marketlərdə də “BakıKartın” balansını artırmaq mümkün olacaq
Şəmkirdə saxta əlilik arayışları verənlərlə bağlı cinayət işi məhkəməyə göndərilib
Mərkəzi Bank rəqəmsal valyuta ilə bağlı sənəd üzərində işləyir
Bakıda 5-ci mərtəbədən yıxılan şəxs sağ qalıb
Nağdsız ödənişlər pandemiya dövründə 40 faiz artıb - "Azericard"
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bir sıra görüşlər keçirib (FOTO)
Azərbaycan və İran Astaraçay üzərində körpü və piyada keçidinin tikintisi ilə bağlı müzakirə aparıblar
Bu günə qədər 150-dən artıq qazi Türkiyəyə müalicəyə göndərilib
"YAŞAT" Fondunun rəhbəri qazilərin əlillik statusu ilə bağlı məsələyə aydınlıq gətirib
Rayonlarda avtobuslar kartla ödənişə keçə bilər
Almaniyanın yeni kansleri seçilib
PAŞA Bank Ani Ödənişlər Sisteminə qoşulub
1300-dək şəhid ailə üzvü və qazi "Məşğulluq marafonu" çərçivəsində işlə təmin edilib
Zaur Əliyev Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə göstərilən tibbi xidmətlərin statistikasını açıqlayıb
Vətən müharibəsindən sonra 35 min şəxsə 41 min xidmət göstərilib
Hazırda "YAŞAT" Fondunun balansında 15 milyondan artıq xərclənməmiş vəsait var - Elvin Hüseynov
"MasterCard" Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsi üzrə layihələr reallaşdırır
Azərbaycan Karyera İnkişaf Forumu başlayıb (FOTO)
Azad edilmiş ərazilərdə "Şuşa", "Yaşma", "Zəfər" buğda sortlarının əkini aparılıb - Trend TV-nin Tərtərdən reportajı
Bacarıqlı işçi qüvvəsinin yetişdirilməsi üçün yeni proqramlar hazırlanır - Nazir
Gələn ildən etibarən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər
Sabahın hava proqnozu açıqlanıb
Fuad Muradov "YAŞAT" marafonundan danışıb
Bu rayonlara qar yağacaq - Xəbərdarlıq
Azad olunmuş ərazilərdə bərpa işləri görüldükcə məşğulluq təmin olunacaq - Sahil Babayev
2026-cı ilədək ÜDM-də özəl sektorun payının 88 faizə çatdırılması nəzərdə tutulub - Elnur Əliyev
Azərbaycanda rəqəmsal manatın yaradılması üzrə təqdiqatlar aparılır
Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Nina Pandolfonun fərdi sərgisi açılacaq
Bu il 20 min şəhid ailəsinə ödəniş təyin edilib
Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub
Hindistanda baş qərargah rəisinin olduğu helikopter qəzaya uğrayıb - Ölənlər var
Azərbaycan vətəndaşları üçün hansı turizm istiqamətləri açıqdır? - FOTO
"YAŞAT" Fondu əlilliyin təyinatı gözlənilmədən qazilərə yardım göstərir - Ülvi Mehdiyev (FOTO)
Bütün xəbərlər