Vüqar Rəhimzadə: Dövlət idarəçiliyində açıq hökumət prinsiplərinin tətbiqi həyata keçirilən siyasətin əsas istiqamətlərindəndir

Vüqar Rəhimzadə: Dövlət idarəçiliyində açıq hökumət prinsiplərinin tətbiqi həyata keçirilən siyasətin əsas istiqamətlərindəndir

Bakı. Trend:

Dövlət siyasətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirilən sosial-iqtisadi və hüquqi islahatların ruhuna uyğun olaraq daha intensiv xarakter alır, ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi konkret əməli-praktiki addımlarla daha da möhkəmlənir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə bildirib.

V.Rəhimzadə qeyd edib ki, məmur-vətəndaş münasibətlərinin şəffaflığı, məmurların öz fəaliyyətlərində vətəndaş məmnunluğunu əsas hədəf kimi müəyyənləşdirmələri həm respublikada ümumi uğurun təminatıdır, həm də sabitliyin güclənməsinə xidmət edən vacib amillərdən biridir: "Ölkəmizdə ötən ildən geniş vüsət alan struktur islahatları hakimiyyətin bütün qollarının səmərəliliyinin artırılması məqsədini daşıyır. Prezident İlham Əliyev Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən bu hədəfi qarşıya qoymuşdur ki, qanunun aliliyi tam təmin edilməlidir və ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyi başlıca şərtdir. Bu hədəf fonunda belə bir inam da ifadə edilmişdir ki, yeni Baş prokurorun iş təcrübəsi və peşəkarlığı imkan verəcək ki, bu göstərişlərin icrası təmin edilsin. Təbii ki, bu əminlik, etimad yeni təyinatın Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində çalışması və bu sahədə zəngin təcrübəyə malik olmasına əsaslanır".

"Möhtərəm Prezidentimiz İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində yeni strateji baxışlar və vəzifələr müəyyən edilib, bu mübarizə keyfiyyətcə yeni müstəviyə keçib" söyləyən baş redaktor qeyd edib ki, Prezident cənab İlham Əliyevin dövlət idarəçiliyində həyata keçirdiyi genişmiqyaslı islahatlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında aparılan dəyişikliklərə uyğun olaraq cari ildə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi yenilənib. Bu mühüm addım özündə bütün hədəfləri ehtiva edir.

Diqqəti bu günlərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni tərkibdə videoformat şəklində keçirilən ilk iclasına yönəldən Vüqar Rəhimzadə bildirib ki, ölkəmizin korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır. Dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi, açıq hökumət prinsiplərinin tətbiqi, elektron xidmətlərin inkişafı dövlət siyasətinin əsas istiqamətləri kimi daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin sərəncamları ilə təsdiqlənmiş korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı, həmçinin açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı bu istiqamətdə işlərin davamlılığına, problemin həllinə olan diqqətin təsdiqidir. Dövlətimizin başçısı İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd edir ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə "ASAN xidmət" bir dönüş yaratdı. Ona görə bu sistem bütün sahələrdə tətbiq edilməlidir. Möhtərəm Prezidentimizin "Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır" məqsədini mühüm vəzifə kimi qarşıya qoyması atılan bütün addımların əsas mahiyyətini təşkil edir.

V.Rəhimzadə qeyd edib ki, dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilir, ictimai şuraların fəaliyyətinin səmərəliliyinin təmin olunması iatiqamətində tədbirlər görülür. Ciddi qanun pozuntularına yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması, ictimai nəzarət mexanizmlərinin formalaşdırılması və bu sahədə vətəndaş cəmiyyəti institutlarının fəallığının təşviq edilməsi əsas hədəflərdəndir. Möhtərəm Prezidentimiz yeni kadrları yüksək vəzifələrə təyin edərkən xoşagəlməz hallarla əlaqədar məsləhət və tövsiyələrini, ciddi tapşırıqlarını verməklə yanaşı, bu xəbərdarlığı da onlara çatdırır: "Əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin".

Baş redaktor vurğulayıb ki, Azərbaycanın uğurları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da təqdir olunur, ölkəmiz bu hesabatlarda birinciliyini qoruyur: "Azərbaycanın daha yüksək pilləyə qalxması üçün imkanlar vardır. Müəyyən bürokratik əngəllərin aradan qaldırılması və biznes mühitinin daha da yaxşılaşdırılması fonunda atılan yeni-yeni addımlar biznes cədvəlində ölkəmizi daha da yüksək pilləyə çıxaracaq".

Qazilərimiz Beynəlxalq təlim-məşq toplantısına Rusiyaya yollanacaq (FOTO)
Qazilərimiz Beynəlxalq təlim-məşq toplantısına Rusiyaya yollanacaq (FOTO)
Bakıda “Böyük Zəfər” məhəllələrarası mini futbol yarışlarına start verilib (FOTO)
Bakıda “Böyük Zəfər” məhəllələrarası mini futbol yarışlarına start verilib (FOTO)
UFC prezidenti koronavirusa yoluxub
UFC prezidenti koronavirusa yoluxub
Loading Bars
Xəbər lenti
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ÜST ilə əməkdaşlıq memorandumu imzalayır (VİDEO)
Qazilər hansı halda müalicə üçün xaricə göndərilir?
Qusarda ev yanıb, bir nəfər ölüb
Dostumun atasını FHN hospitalına yerləşdirmək üçün 3 min manat istədilər - Məhkəmə
Qadın sərnişinlərə əxlaqsız təklif edən taksi sürücüləri ilə bağlı araşdırmalara başlanıldı
Azərbaycan nefti bahalaşıb
Həbsxanadan çıxandan 15 dəqiqə sonra avtomobil qaçırtdı (FOTO/VİDEO)
XİN-də işə qəbulla bağlı imtahanda iştirak üçün tarif müəyyənləşib
Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı XVIII Türk Kolon və Rektal Cərrahiyyə Konqresində iştirak edir (FOTO)
Ötən gün 105 nəfər COVID pasportu olmadığına görə toya buraxılmayıb
Lənkəranda koronavirus xəstəsi çayxanada aşkarlanıb
Hacıqabulda evdən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Ordunun Təlim və Tədris Mərkəzində seminar keçirilib (FOTO)
bp-nin azad olunmuş ərazilərdə tikəcəyi elektrik stansiyasının investisiya dəyəri açıqlanıb
"Omikron" ştammı ABŞ-ın 10 ştatında aşkar edilib
Helikopter qəzasında yaralanan hərbçilərin vəziyyəti açıqlanıb
Suraxanıda üçmərtəbəli evdə yanğın olub
Bakıda mənzildə naməlum meyit tapılıb
Oğuzda "Kia" yanıb
Binəqədidə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Zaqatalada qapalı məkanlarda və ictimai nəqliyyatda reyd keçirilib, 30-a yaxın şəxs cərimələnib (FOTO/VİDEO)
Türkiyənin ixrac etdiyi məhsullarda "Made in Turkey" ifadəsi istifadə olunmayacaq
Fransa koronavirusun yayılmasında mübarizə üçün sərhəd nəzarətini gücləndirir
Türkiyə istehsalı olan hərbi texnikanın ixrac edildiyi bazarlar sırasında Azərbaycan ilk üçlükdədir
"Twitter" şirkəti yenidən təşkil olunacaq
İqlim dəyişikliyi ilə mübarizə üçün 10 trilyon dollara qədər vəsait tələb olunacaq - Kristalina Georgiyeva
Fransa və Qətər Əfqanıstana 40 tona yaxın humanitar yardım çatdırıb
BVF rəhbəri "omikron" ştammının dünya iqtisadiyyatının bərpası tempinə təsirini qiymətləndirib
İsveçrə və Belçika koronavirusla bağlı məhdudiyyətləri sərtləşdirəcək
Rusiya Azərbaycanın 12 müəssisəsindən pomidor və alma idxalına icazə verəcək
BMT-nin Baş katibi "omikron" ştammına görə ölkəyə giriş məhdudiyyətlərini səmərəsiz adlandırıb
"Honda" şirkəti 790 minə yaxın avtomobili geri çağırır
ABŞ dövlət katibi Bayden ilə Putinin "ən yaxın gələcəkdə" danışacağını açıqlayıb
Ən məhsuldar smartfonun adı məlum olub
Koronavirusun "omikron" ştammı 38 ölkədə aşkar edilib - ÜST
Türkiyə prezidenti Soçidə keçirilən üçtərəfli görüşün əsas nəticələri barədə məlumatlandırılıb
Mingəçevir Dövlət Universitetində təhsil tələbə krediti ilə bağlı infosessiyalar keçirilib (FOTO)
AQTA daha 5 müəssisədə pozuntular aşkarlayıb
Bakıda çoxmərtəbəli binada yanğın olub, ölən var
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
“Hamı üçün layiqli iş - heç kim kənarda qalmasın” mövzusunda konfrans keçirilib (FOTO)
Azərbaycan Dillər Universitetində “Bir günlük xəlifə”lər seçilib (FOTO)
MDU-da “Tələbə Mediası” layihəsinin iştirakçıları ilə görüş olub
UNEC İqtisadi Forumunun sonuncu paneli: Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya (FOTO)
Ombudsman nümayəndəsi Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə keçirilən tədbirdə iştirak edib
“BakuBus” MMC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
Şamaxıda “İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda konfrans keçiriləcək
Ərdoğan və Putin Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər
Tikinti-Təchizat Birliyi MMC-nin saxlanılması xərcləri müəyyənləşib
Dayanıqlı maliyyəni təmin etmək üçün alternativ maliyyə mənbələri vacibdir - Orxan Məmmədov
Xəzər dənizində insan qalıqları aşkarlanaraq sudan çıxarılıb - SOCAR
Heydər Əliyev Fondu ilə UNICEF arasında növbəti Anlaşma Memorandumu imzalanıb (FOTO)
Ombudsman İtaliyada bir sıra rəsmi görüşlər keçirib (FOTO)
Bakıda şantaj yolu ilə qızı intihara vadar edən oğlan həbs edildi
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 703 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb
Bakıda Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə təlim uçuşları icra olunub (FOTO/VİDEO)
Sahil Babayev Qəbələdə şəhid ailəsi və qazilər üçün yaradılmış müəssisə və təsərrüfatlara baxış keçirib (FOTO)
Xaçmazda Vətən müharibəsi qazisi ziyarət olunub (FOTO)
Postmünaqişə dövrünün reallıqları - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Roma papasının Aİ-dəki nümayəndəsi koronavirusdan ölüb
Ceyhun Bayramov ATƏT-in baş katibi ilə regionda baş verən son prosesləri müzakirə edib
Dekabrın 6-na USD/AZN rəsmi məzənnəsi
Livanın informasiya naziri istefa verib
İsmayıllıda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlanıb
Muğanbankda struktur dəyişikliyi
Bu günə qədər "YAŞAT" Fonduna daxil olan vəsait açıqlandı
Azad edilən ərazilərdəki faciələrin 53 faizi qanunsuz səfərlərlə bağlıdır - DİN
“AzerGold” barəsində yayılan neqativ xəbərlərlə bağlı açıqlama yayıb
“The Banker” ABB-ni “İlin bankı” elan etdi!
Azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması üzrə konsepsiya hazırlanıb
İllik sosial təminat xərcləri 2018-2021-ci illərdə 60% artıb - Nazir
Bakıda yanan məişət tullantıları söndürülüb
Xaricdə təhsil almış daha 67 nəfərin diplomu tanınmayıb
Ceyhun Bayramov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb (FOTO)
Evi tərk edən koronavirus xəstəsi küçədə saxlanıldı
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bir neçə bərpa olunan enerji növü var - Təbriz Əmmayev
FHN mina axtarışında ilk dəfə itlərdən istifadə edib
Gömrük postunda 137 kiloqramdan artıq heroin aşkarlanıb
Siyəzəndə COVİD-19 xəstəsi sükan arxasında saxlanıldı
UNEC İqtisadi Forumu: Postpandemiya dövründə biznes transformasiyası (FOTO)
Yelo Bank LUKOYL Azərbaycan ilə birgə əməkdaşlıq çərçivəsində ilk özünəxidmət mərkəzini istifadəyə verdi (FOTO)
Ceyhun Bayramov ukraynalı həmkarı ilə nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib
Masazırda şəhid Nicat Salahovun il mərasimi keçirilib (FOTO)
Latviyada təyyarə eniş zolağından çıxıb - Hava limanı bağlanıb
Bakıda narkotik alveri edən daha bir dəstə yaxalandı (FOTO/VİDEO)
Bakıda NATO-nun təlim kursu keçirilib
Qubada əl qumbaraları tapılıb
Gələn ildən kənd təsərrüfatı üzrə verilən bütün aktivlər sığortalanacaq - Nazir
Cənubi Qafqazda vəziyyət həssas qalmaqdadır - Ann Linde
Ceyhun Bayramov Polşa xarici işlər naziri ilə görüşüb
Bakının mərkəzində yanğın olub
Şəmkirdə xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb (FOTO)
Pensiya ilə yanaşı, müavinətlər də artacaq - Sahil Babayev
Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)
Qarabağ və Şərqi Zəngəzurda heyvan xəstəliklərindən azad zona yaradılır
Türkiyə-Azərbaycan birgə universiteti yaradılacaq
İqlim təhlükəsizliyi ilə bağlı regional əməkdaşlıq platforması yaradıla bilər
17 nəfərə qarşı dələduzluq edən vəkilin şikayəti təmin edilmədi
Kəlbəcərin qızıl ehtiyatları ilə bağlı geoloji-axtarış işlərinə başlanılıb - Nazir
Bütün xəbərlər