...

Hikmət Hacıyev: Biz Ermənistandan hər cür təxribatlar gözləyirik

Siyasət Materials 5 Oktyabr 2020 16:52 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Biz Ermənistandan hər cür təxribatlar gözləyirik.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, beynəlxalq aviareyslərlə bağlı artıq xəbərdarlıq edilib: "Bununla əlaqədar AZAL artıq hava yolları tərəfdaşlarına məlumat verib. Tərəfdaşlara xəbərdarlıq edilib ki, Azərbaycan hava yollarından istifadə edərkən müəyyən təhlükəsizlik təlimatlarına əməl etsinlər. Azərbaycanın hava məkanından beynəlxalq şirkətlər geniş istifadə edir. Ermənistan isə hava yollarımıza qarşı təxribatlar törədə bilər. Artıq biz onlardan hər cür təxribatı gözləyirik. Ona görə də həmin tərəfdaşlara məlumatlar vermişik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti