...

Silahlı Qüvvələrə yardım etmək istəyənlərin nəzərinə

Siyasət Materials 6 Oktyabr 2020 16:26 (UTC +04:00)
Silahlı Qüvvələrə yardım etmək istəyənlərin nəzərinə

Bakı. Trend:

Silahlı Qüvvələrə Yardım Fonduna köçürmələr etmək üçün linklər açıqlanıb.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, sosial şəbəkələrdə Silahlı Qüvvələrimiz üçün yardım toplayan şəxslərin sayının çoxaldığını nəzərə alaraq, vətəndaşlardan ayrı-ayrı şəxslərin hesabları deyil, yalnız Müdafiə Nazirliyinin paylaşdığı rəsmi hesab nömrələrinə köçürmələr etmək xahiş olunur.

Bildiririk ki, Silahlı Qüvvələrə Yardım Fonduna aşağıdakı linklər vasitəsilə keçid etmək olar:

https://ibar.az/az/donate

https://gpp.az/WebPortal/Infosite/Sc/989100/Category/8

https://asanpay.az/intro/home

https://hesab.az/unregistered/#/direct-pay/charity/merchants

Müdafiə Nazirliyinin rəhbərliyi ordumuza maddi və mənəvi dəstək olan hər bir vətəndaşımıza minnətdarlığını bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti