...

Yaponiya mediası: Ermənistan qüvvələri Azərbaycanda mülki əhalini atəşə tutur

Siyasət Materials 7 Oktyabr 2020 20:26 (UTC +04:00)
Yaponiya mediası: Ermənistan qüvvələri Azərbaycanda mülki əhalini atəşə tutur

Bakı. Trend:

Yaponiyanın 30 min izləyicisi olan "Sərhədləri aşanlar 3.0" (cross borders) "YouTube" kanalında "Dağlıq Qarabağ münaqişəsi genişlənir - Azərbaycanın böyük şəhərlərində atəşə tutulur" adlı veriliş yayımlanıb.

Trend-in məlumatına görə, verilişin aparıcısı K.İşida bildirib ki, Dağlıq Qarabağ heç bir dövlət tərəfindən tanınmamış, özünü "müstəqil dövlət" adlandıran Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir.

K.İşida auditoriyanın nəzərinə çatdırıb ki, son zamanlar bəzi KİV-lərdə Azərbaycan tərəfində suriyalı döyüşçülərin iştirak etdiyi haqda xəbərlər ermənilər tərəfindən aparılan böhtan və yalançı təbliğatdır. Xüsusən, vurğulanıb ki, Ermənistan qüvvələrinin məhz mülki əhalinin sıx yaşadığı yerlərə məqsədyönlü atəşi nəticəsində bu günədək 24 nəfər azərbaycanlı mülki şəxs qətlə yetirilib, 121 nəfər yaralanıb, 300-dən çox yaşayış binası və mülki obyektlər dağıdılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti