Bakı. Trend:
Dağlıq Qarabağda münaqişə tərəflərinin siyasi dialoqunu ləngitmək olmaz.
Trend-in məlumatına görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Rusiya hesab edir ki, Dağlıq Qarabağla bağlı birgə bəyanatın bütün bəndləri icra olunacaq:
“Oktyabrın 9-10-da Moskvada bizim görüşümüz keçirildi. Görüş nəticəsində razılaşma əldə olundu və bu sənəd BMT və ATƏT-də yayımlandı. Biz hesab edirik ki, qəbul olunan qərarları tərəflər icra edəcək”.