...

Azərbaycan Müdafiə Nazirliyi: Azərbaycan PUA-ları mülki əhaliyə qarşı tətbiq olunmur

Siyasət Materials 14 Oktyabr 2020 17:58 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi: Azərbaycan PUA-ları mülki əhaliyə qarşı tətbiq olunmur

Bakı. Trend:

Ermənistan bütün mümkün olan və olmayan üsullardan istifadə etməklə ictimaiyyətə yalan məlumatlar yaymaqda davam edir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, növbəti dezinformasiya isə guya Azərbaycan tərəfindən PUA-nın zərbəsi nəticəsində adı və soyadı göstərilməyən, 14 yaşlı anonim yeniyetmənin yaralanması xəbəridir.

Bildiririk ki, Azərbaycan Ordusunun silahlanmasında olan zərbə PUA-ları yalnız işğal olunmuş ərazilərimizdə müvəqqəti yerləşən Ermənistan silahlı qüvvələrinin hərbi texnikasına qarşı tətbiq olunur.

Bir daha xatırladırıq ki, Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu mülki əhaliyə, xüsusilə uşaqlar, qadınlar və yaşlılara qarşı silah tətbiq etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti