...

30 il öncə Xocalıda körpələri qətlə yetirən Ermənistan bu gün də eyni şeyi etməyə davam edir - Türkiyə MN (FOTO)

Siyasət Materials 18 Oktyabr 2020 02:28 (UTC +04:00)
30 il öncə Xocalıda körpələri qətlə yetirən Ermənistan bu gün də eyni şeyi etməyə davam edir - Türkiyə MN (FOTO)

Bakı. Trend:

Türkiyə Milli Müdafiə Nazirliyi Ermənistanın Azərbaycanın Gəncə şəhərinə raket hücumu ilə bağlı bəyanat verib.

Trend-in məlumatına görə, Nazirliyin bəyanatı rəsmi Twitter səhifəsində yerləşdirilib.

Bəyanatda deyilir: "Bəlkə, bu şəkli ilk dəfə görürsünüz, amma Azərbaycanlılar 30 ildir eyni şəkillə yaşayır. 30 il öncə Xocalıda körpələri qətlə yetirən Ermənistan bu gün də eyni şeyi etməyə davam edir. Bütün bunları görüb susa bilən insan varsa, sussun. Biz susmayacağıq!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti