...

Ermənistan Tərtər sakinlərinə qarşı fosforlu mərmilərdən istifadə etməyə davam edir - Hikmət Hacıyev (FOTO/VİDEO)

Siyasət Materials 3 Noyabr 2020 21:34 (UTC +04:00)
Ermənistan Tərtər sakinlərinə qarşı fosforlu mərmilərdən istifadə etməyə davam edir - Hikmət Hacıyev (FOTO/VİDEO)

Bakı. Trend:

Ermənistan Tərtər sakinlərinə qarşı fosforlu mərmilərdən istifadə etməyə davam edir.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.

H.Hacıyev bildirib: "Ermənistan Azərbaycanın Tərtər rayonunun dinc sakinlərinə qarşı fosforlu mərmilərdən istifadə etməyə davam edir. Partlamamış fosfor mərmisi ANAMA tərəfindən zərərsizləşdirilib".

Onun sözlərinə görə, tərkibində ağ fosfor olan silahlar tənəffüs zamanı, udulduqda və ya yanmış hissələrdən hopması son dərəcə zəhərlidir və insan sağlamlığına ciddi mənfi təsir göstərə bilər. Belə silahlar ağır istilik və kimyəvi yanmalara səbəb olur. Ermənistanda partlamamış fosforlu döyüş sursatları istifadə olunub:

"Mülki şəxslərə və ya mülki obyektlərə, həmçinin meşələrə və ya bitki örtüyünün başqa növlərinə ağ fosforlu mərmilərlə hücumlar 1980-ci ildə BMT-nin konkret silah növlərinin qadağan olunması haqqında konvensiyasının yandırıcı silahın tətbiqinin qadağan olunması və ya məhdudiyyəti haqqında III Protokolu ilə qadağan olunub"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti