Baş nazir Əli Əsədov MDB-nin iclasında Ermənistan nümayəndəsini çətin vəziyyətə saldı

Baş nazir Əli Əsədov MDB-nin iclasında Ermənistan nümayəndəsini çətin vəziyyətə saldı

Bakı. Trend:

Özbəkistan Respublikasının təşəbbüsü ilə MDB Hökumət Başçıları Şurasının noyabrın 6-da videokonfrans formatında iclası keçirilib. Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov iclasda iştirak edib.

Trend-in məlumatına görə, MDB hökumət başçıları üzv dövlətlər arasında müxtəlif istiqamətlərdə, xüsusən də iqtisadi və humanitar sahələrdə əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov iclasda çıxış edib və Ermənistan nümayəndəsini çətin vəziyyətə salıb.

Baş Nazir Əli Əsədov çıxışında bildirib:

"İlk öncə Azərbaycan Respublikası adından və şəxsən öz adımdan sizi, eləcə də MDB Hökumət Başçıları Şurasının üzvlərini salamlayır, bugünkü iclasın təşəbbüskarı - MDB Hökumət Başçıları Şurasının sədri Abdulla Nigmatoviçə minnətdarlığımı bildirirəm.

Bugünkü iclasın gündəliyi iqtisadi və humanitar əməkdaşlıq da daxil olmaqla bir çox məsələlərin müzakirəsini nəzərdə tutur. Bu gün nəzərdən keçirilən sənədlərdən biri də iqtisadiyyatın və ticari-iqtisadi əməkdaşlığın inkişafına, yeni infrastruktur layihələrinin hazırlanmasına, iqtisadiyyatın rəqəmsallaşdırılmasının inkişafına, elmi, texniki və təhsil potensialının reallaşmasına yönəlmiş 2030-cu ilədək dövr üçün MDB İqtisadi İnkişaf Strategiyasının birinci mərhələsinin həyata keçirilməsinə dair Fəaliyyət Planıdır.

Azərbaycan MDB-yə üzv dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığın inkişafında maraqlıdır. Ancaq qeyd etmək lazımdır ki, Birlik çərçivəsində hərtərəfli əməkdaşlıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll olunmadan mümkün deyil.

Məlum olduğu kimi, sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. İşğal olunmuş ərazilərimizdə yerləşən Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun bütün cəbhə xətti boyunca mövqelərini və cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından istifadə etməklə intensiv atəşə tutmuş, nəticədə mülki əhali və hərbçilərimiz arasında itkilərimiz olmuşdur. Beynəlxalq hüquqa, xüsusən özünümüdafiə hüququna əsaslanaraq Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş beynəlxalq səviyyədə tanınmış ərazilərində əks-hücum əməliyyatına başlamışdır. Əks-hücum əməliyyatı nəticəsində bugünədək 4 şəhər, 3 qəsəbə, habelə 200-dən çox yaşayış məntəqəsi işğaldan azad edilmişdir.

İşğal olunmuş ərazilər azad edildikcə, işğal altındakı Azərbaycan torpaqlarına qarşı barbar münasibəti sübut edən getdikcə daha çox yeni faktlar üzə çıxır. Beynəlxalq ekspertləri cəlb etməklə foto və video materiallar, həmçinin digər maddi sübutlar əsasında biz işğal olunan ərazilərdə inventarlaşma və zərərin qiymətləndirilməsi işlərini aparacağıq.

Son hadisələr başlamazdan əvvəl Azərbaycan bir neçə dəfə Ermənistanın Azərbaycana qarşı yeni müharibə başlamaq niyyəti barədə dünya ictimaiyyətinə xəbərdarlıq etmişdir. Müxtəlif televiziya kanallarına verdiyi müsahibələrdə, həmçinin BMT tribunasından çıxışı zamanı Azərbaycan Prezidenti təcavüzkar dövlətin dayandırılmasının zəruriliyini bildirmişdir. MDB Hökumət Başçıları Şurasının 29 may tarixində keçirilmiş iclasında mən münaqişənin təxirəsalınmadan həll edilməsi üçün müraciət etmişdim. Ancaq təəssüf ki, bizim çağırış və müraciətlərimiz eşidilmədi.

2018-ci ildən başlayaraq Ermənistanın yeni hərbi-siyasi rəhbərliyi məqsədyönlü hərəkətləri ilə danışıqlar prosesini tamamilə məhv etməyə çalışır. Ermənistan Baş nazirinin bəyanatları və hərəkətləri, o cümlədən danışıqlar formatını dəyişdirmək cəhdləri, “Qarabağ Ermənistandır və nöqtə" deməsi, Şuşa şəhərində qeyri-qanuni rejiminin rəhbəri üçün dırnaqarası andiçmə mərasiminin keçirilməsi, qondarma “parlamentin” Şuşaya köçürülməsinə dair təhrikedici qərar, hərbi könüllü dəstələrin yaradılması barədə bəyanat, işğal altındakı ərazilərdə hərbi təlimlərin keçirilməsi, eləcə də Yaxın Şərq bölgəsindən, əsasən də Suriya və Livandan olan etnik ermənilərin işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırılması siyasəti buna sübutdur.

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrin dövlət başçılarının işğal olunmuş ərazilərdə status-kvonun qəbuledilməzliyi barədə bəyanatlarına baxmayaraq Ermənistan hökumətinin destruktiv hərəkətlərinin məqsədi status-kvonun saxlanılmasıdır.

Azərbaycan həmişə münaqişənin danışıqlar masası arxasında həll edilməsinə sadiq olub. Ancaq Ermənistan qeyri-konstruktiv mövqeyi ilə danışıqlar prosesini pozur. Belə ki, Ermənistan son bir ayda ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçilik səyləri nəticəsində əldə olunmuş humanitar əsaslarla atəşkəs rejimini üç dəfə kobud şəkildə pozub. Rusiya Federasiyası Prezidentinin təşəbbüsü ilə Xarici İşlər nazirlərinin Moskva Bəyannaməsinin qəbul edilməsindən cəmi bir gün sonra – oktyabrın 11 gecə saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri Gəncədəki yaşayış məntəqələrinə raket hücumu həyata keçirib.

Ermənistan silahlı qüvvələri kaset və fosfor bombaları kimi qadağan olunmuş silah-sursat növlərindən istifadə edərək, Azərbaycanın cəbhə bölgələrini davamlı top atəşi altında saxlamağa davam edir. Döyüş bölgəsindən kənarda yerləşən bölgələrə də raket zərbələri endirilmişdir.

Azərbaycanda minlərlə yaşayış evi və yüzlərlə mülki infrastruktur obyekti, o cümlədən çox sayda məktəb və uşaq bağçası dağıdılmış və zədələnmişdir. Mingəçevir şəhərində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası Ermənistan silahlı qüvvələrinin raket hücumlarına məruz qalmışdır.

Sentyabrın 27-dən başlayaraq Ermənistanın həm öz ərazilərindən, həm də Azərbaycanın işğal olunmuş ərazilərindən “Tochka-U”, “Elbrus” və digər sistemlərdən istifadə etməklə həyata keçirdiyi raket və artilleriya atəşləri yaşlı insanlar, qadınlar və 11 uşaq daxil olmaqla 92 mülki şəxsin həlak olmasına səbəb olmuş, 404 mülki şəxs yaralanmışdır.

Gecə saatlarında Gəncə və Bərdə şəhərlərinin ballistik raketlərlə bombalanması nəticəsində 53 mülki şəxs həlak olmuş, 245 nəfər yaralanmışdır. Ermənistandan fərqli olaraq, Azərbaycanın silahlı qüvvələri mülki əhaliyə və mülki obyektlərə hücum etmir, yalnız legitim hərbi hədəfləri məhv edir.

Biz MDB-yə üzv dövlətləri Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlər törədən Ermənistanın hərəkətlərini qətiyyətlə pisləməyə çağırırıq.

Bizə və ümid edirəm ki, iclasda iştirak edən hər kəsə aydındır ki, öz ərazisindən münaqişə zonasından kənarda yerləşən Azərbaycan şəhərlərini atəşə tutmaqla Ermənistan Azərbaycanı Ermənistan ərazisinə cavab atəşi açmağa, bununla da üçüncü dövlətləri, xüsusən də KTMT üzvü olan ölkələri münaqişəyə cəlb etməyə və hərbi əməliyyatlar coğrafiyasını genişləndirməyə çalışır.

Bir daha vurğulamaq istərdim ki, döyüş əməliyyatları Ermənistan ərazisində deyil, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisində aparılır.

Onu da qeyd etmək istərdim ki, mülki aviasiyadan istifadə etməklə Azərbaycanın işğal olunmuş ərazilərinə ötürülmək üçün Ermənistana qaçaqmalçılıq yolu ilə silah təchizatı həyata keçirilir. Bu cür qanunsuz hərəkətlər Beynəlxalq Mülki Aviasiya Təşkilatının məqsəd və prinsiplərinə ziddir. Bundan əlavə Azərbaycan ordusuna qarşı döyüşlərdə iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən muzdlular Ermənistana aparılır.

Oktyabrın 29-da Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə Azərbaycan münaqişə zonasında həlak olmuş 30-a yaxın erməni əsgər və zabitinin cəsədini birtərəfli qaydada Ermənistana ötürmüşdür. Bu, Rusiyanın vasitəçilik səyləri sayəsində mümkün olmuşdur. Bu addım humanizm prinsiplərini rəhbər tutaraq atılmışdır. Baxmayaraq ki, Ermənistan uzun müddət həlak olanların cəsədlərini təhvil almaqdan imtina edirdi.

Azərbaycan tərəfi ardıcıl olaraq bütün səviyyələrdə gələcəkdə erməni və Azərbaycan icmalarının Dağlıq Qarabağ ərazisində dinc yaşamalı olduqlarını bildirmişdir. Necə ki, minlərlə üzvü olan erməni icması Bakı da daxil olmaqla Azərbaycanın digər yaşayış məntəqələrində, eləcə də Rusiyada və MDB-nin, habelə dünyanın digər ölkələrində dinc yaşayırlar.

Biz erməni xalqına qarşı müharibə aparmırıq, beynəlxalq səviyyədə tanınmış torpaqlarımızı işğaldan azad edirik. Yeganə hədəfimiz Azərbaycanın ərazi bütövlüyünün tam bərpası, Ermənistan tərəfindən işğal olunmuş bütün ərazilərin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə uyğun olaraq azad edilməsi və bölgədə uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar edilməsidir. MDB-yə üzv olan dövlətlər tərəfindən bir-birlərinin ərazi bütövlüyünün və mövcud sərhədlərin toxunulmazlığının tanınması və hörmət edilməsi 1991-ci il Alma-Ata Bəyannaməsi də daxil olmaqla Birliyin təməl sənədlərində təsbit edilmişdir.

Bu tribunadan sizə müraciət edərək bildirirəm ki, Azərbaycan heç vaxt bir qarış özgə torpağına iddiası olmayıb. Eləcə də, bir qarış torpağımızın belə işğalı ilə heç vaxt barışmayacağıq. Bu, bizim prinsipial mövqeyimizdir və bu məsələdə biz sona qədər gedəcəyik.

Sonda hörmətli Abdulla Nigmatoviçə və ayrıca olaraq hörmətli Sergey Nikolaeviçə bugünkü görüşün yüksək səviyyədə təşkilinə görə təşəkkürümü bildirmək istəyirəm.

Əminəm ki, bugünkü iclasda qəbul olunacaq qərarlar MDB çərçivəsində qarşılıqlı əlaqələrin gücləndirilməsinə və əməkdaşlığımızın səmərəsinin artırılmasına xidmət edəcəkdir".

Tovuzda iki minik avtomobili toqquşub
Tovuzda iki minik avtomobili toqquşub
Kürdə batan şəxsin meyiti 36 gündən sonra tapıldı
Kürdə batan şəxsin meyiti 36 gündən sonra tapıldı
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı
Loading Bars
Xəbər lenti
Martın 9-da xarici valyutaların manata qarşı məzənnələri
Dorsinin "Twitter"də ilk paylaşımının qiyməti 2,5 milyon dollara çatıb
Tovuzda iki minik avtomobili toqquşub
Estoniyada bir aylıq sərt karantin tətbiq edilir
Koronavirusla mübarizə tədbirləri qripə yoluxma hallarını azaldıb - ÜST
Almaniyada "YouTube"un işində qüsurlar qeydə alınıb
Kolumbiya mətbuatında Vətən müharibəsinin nəticələri və Xocalı soyqırımı barədə danışılıb (FOTO)
Braziliyanın paytaxtında komendant saatı tətbiq edilib
Fransada ötən sutka koronavirusdan 359 nəfər ölüb
Yaponiyanın şimal-şərqində zəlzələ olub
"Facebook Messenger"in işində problemlər yaranıb
Bağdadda partlayış baş verib, xəsarət alanlar var
Niderlandda komendant saatı martın 31-dək uzadılıb
Britaniyada daha 4 712 koronavirusa yoluxma hadisəsi qeydə alınıb
ABŞ Ali Məhkəməsi Trampın seçkilərin yekunları üzrə son apellyasiya şikayətini rədd edib
Bu gün Azərbaycanda Yel çərşənbəsidir
Türkiyənin tanınmış aktyoru Rasim Öztekin vəfat edib
Türkiyədə koronavirusdan sağalanların sayı 2,63 milyon nəfəri ötüb
Qadınlar pandemiyadan daha çox zərər görüb - ÜST-nin Baş direktoru
Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb
Afrikada koronavirusa yoluxanların sayı 4 milyon nəfərə çatır
“Israel HaYom” qəzeti: Azərbaycan Prezidenti Administrasiyasının rəsmi nümayəndəsi tibbi yardım üçün İsrailə təşəkkür edib
ABŞ-da koronavirusa yoluxanların sayı 29 milyon nəfəri keçdi
Ərdoğan və Conson ikitərəfli münasibətləri müzakirə ediblər
Avstriyada koronavirusun "Braziliya" ştammına ilk yoluxma halı qeydə alınıb
ASAN könüllülərindən şəhid xanımlarına diqqət (FOTO/VİDEO)
Suriya prezidenti Bəşər Əsəd və xanımı koronavirusa yoluxublar
Azərbaycanda 195 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 6 nəfər vəfat edib
AHİK sədri Beynəlxalq Qadınlar Günü münasibətilə Azəraycan xanımlarını təbrik edib
Azərbaycan qadınları daim nəcib, xeyirxah təşəbbüsləri ilə dünyaya nümunə olublar - Pərvin Kərimzadə
Azərbaycan Aİ-dən idxalı artırıb
Tailand peyvəndlənən turistlər üçün karantin müddətini iki dəfə azaldır
AFFA Ukraynada oynayan daha bir futbolçunu milliləşdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinə verilmiş vəsiqə oldu - Deputat
İspaniyada 8 Martla əlaqədar aksiyaların keçirilməsi qadağan edilib
“YAŞAT” Fondu daha bir qazinin yeni doğulan övladına hesab açır (FOTO)
Roma papasının İraqa səfəri başa çatıb
Azərbaycanla birgə sənaye şəhərciyi yaratmaq İranın iqtisadi inkişafının nailiyyətidir - Nazir
ABŞ İran sərhədlərinə bombardmançı göndərdi
İranda ötən sutka 99 nəfər koronavirusdan ölüb
Livanda etirazçılar əsas yolları bağlayıb
MDU rektoru xanım əmkdaşları təbrik edib (FOTO)
Türkiyədə peyvənd olunanların sayı 10 milyonu keçib
Kürdə batan şəxsin meyiti 36 gündən sonra tapıldı
BMT Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edilib
Türkiyədə 31 FETÖ üzvü saxlanılıb
Cənab İlham Əliyev prezident seçildiyi ilk gündən xoşagəlməz hallara qarşı kəskin mübarizə aparılıb – Deputat
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə nail olur - Deputat
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı
Qadınlar arasında sahibkarlıq fəaliyyətinə maraq artır
Sahibə Qafarova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik edib
Zəngilan rayonunun Qaragöz kəndi (VİDEO)
Yaponiyalı iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər (FOTO)
Badamdardakı sürüşmə zonasında 3 quyu qazılır - FHN
"Barselona" futbol klubunun prezidenti seçilib
Sabah hava necə olacaq?
Nazirlikdən Badamdardakı sürüşmə ilə bağlı AÇIQLAMA
“La Vanguardia” qəzeti: Müharibədən sonra Qarabağa qayıdış
Bakıda 8 mart (FOTOREPORTAJ)
ABŞ-da reper öldürülüb
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Həftə sonu yol qəzalarında 4 nəfər ölüb
Ermənistanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı (FOTO/VİDEO)
Xızıda dəmir torlar oğurlayan şəxs yaxalandı (FOTO)
Badamdar yamacı yenidən sürüşdü (FOTO)
İstanbulda küçəyə çıxma qadağası götürüləndən sonra böyük tıxaclar yaranıb
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Xaçmaz Rayon İcra Hakimiyyətində Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və digər qadınlarla görüş keçirilib (FOTO)
Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanıldı
Lənkəranda karantini pozan daha 3 obyekt aşkarlandı
Səudiyyə Ərəbistanının neft təsislərinə PUA-larla hücum edilib
Aİ-də hər ay 100 milyon doza koronavirus peyvəndi alınacağı gözlənilir
Epidemioloji vəziyyəti nəzarətdə saxlamaq üçün ən səmərəli üsul karantinin tətbiqidir - İnfeksionist
Millət vəkili Sevil Mikayılova Xaçmazda ictimai fəal qadınlarla görüşüb (FOTO)
Finlandiya karantin tədbirlərini sərtləşdirir
Koronavirus Avropaya daha bir ciddi təhlükə yaradıb
"Brent" markalı neftin qiyməti 71 dolları ötüb
Blinken Əfqanıstan liderini BMT-nin təşkilatçılığı ilə sülh konfransı keçirməyə çağırdı
Venesuela prezidenti "Sputnik V" ilə aşılandıqdan sonra özünü yaxşı hiss etdiyini deyib
Bitkoinin qiyməti 51 320-yə yüksəlib
Cənubi Koreya ABŞ hərbçilərinin ölkədə saxlanmasına xərcləri artıracaq
Tramp vəzifəsindən getdikdən sonra Nyu-Yorka ilk səfərini edəcək
Ekvatorial Qvineyada dörd güclü partlayış olub, ən az 20 nəfər ölüb
Azərbaycanda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib
Türkiyədə son sutkada koronavirusdan 7 785 nəfər sağalıb
Futbol üzrə İspaniya çempionatı: "Atletiko" liderliyə davam edir
Bakıda avtoyuma məntəqəsində yanğın olub
Cüdo üzrə millimiz “Böyük dəbilqə” turnirini iki bürünc medalla başa vurub (FOTO)
"Liverpul" İngiltərə Premyer Liqasında ardıcıl altıncı ev məğlubiyyətini alıb
ÜST: Dünyada ötən sutka koronavirusa 478 mindən çox yoluxma qeydə alınıb
Güclü külək əsir, bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA
Güclü külək paytaxt küçələrində fəsadlar törədib - FHN (FOTO/VİDEO)
Fransada hava bombasını zərərsizləşdirmə əməliyyatına görə 4,5 mindən çox insan təxliyə edilib
“Böyük dəbilqə”: Cüdoçumuz Məmmədəli Mehdiyev bürünc medala sahib olub
Azərbaycanın Zəfərinin arxasında Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasət dayanır - Deputat
YAP bundan sonra fəaliyyətini müasir çağrışlara uyğun həyata keçirəcək - YAP İdarə Heyətinin üzvü
Respublikanın 24 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı təşkil olunub
Azərbaycan təmsilçisi yüngül atletika üzrə Qış Avropa çempionatında ikinci yeri tutub
Bütün xəbərlər