...

Ermənistan ərazisinin atəşə tutulması xəbəri düşmənin növbəti təxribatıdır - MN

Siyasət Materials 7 Noyabr 2020 16:21 (UTC +04:00)
Ermənistan ərazisinin atəşə tutulması xəbəri düşmənin növbəti təxribatıdır - MN

Bakı. Trend:

Azərbaycanın Qubadlı rayonu ərazisindən guya Ermənistanın Qafan şəhəri yaxınlığındakı David Bek kəndinin atəşə tutulması barədə Ermənistan tərəfinin yaydığı xəbər təxribat xarakterli dezinformasiyadır.

Müdafiə Nazirliyindən (MN) Trend-ə verilən məlumata görə, əksinə Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan ərazisindən Qubadlı rayonunun işğaldan azad olunmuş kəndlərini və Azərbaycan Ordusu bölmələrinin mövqelərini gün ərzində intensiv atəşə tutub.
Ordumuz yalnız sərhədlərimiz çərçivəsində düşmənin atəş nöqtələrinə qarşı adekvat tədbirlər görür.

"Bir daha bildiririk ki, Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur"-deyə, məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti