Beynəlxalq konfrans iştirakçıları Prezident İlham Əliyevi təbrik ediblər

Beynəlxalq konfrans iştirakçıları Prezident İlham Əliyevi təbrik ediblər

Bakı. Trend:

“Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamofobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” mövzusunda onlayn Beynəlxalq Konfransın iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend-in məlumatına görə, məktubda deyilir:

"Möhtərəm cənab Prezident!

Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə 2020-ci il 10 noyabr tarixində keçirilmiş “Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamofobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” mövzusunda onlayn Beynəlxalq Konfransın iştirakçıları olaraq Zati-alinizi üçqat bayram sevinci -Şuşanın işğaldan azad olunması, Azərbaycanın Dövlət Bayrağı Günü və Qarabağ savaşının böyük qalibiyyətlə zəfəri münasibətilə ürəkdən təbrik etməkdən şərəf duyuruq. Azərbaycan Respublikasının üçrəngli bayrağının Azərbaycanın işğaldan azad olunmuş ərazilərində dalğalanması bütün müsəlman aləmi üçün qürur və fəxarət mənbəyidir.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və ona üzv dövlətlər hər zaman Azərbaycanın haqlı mübarizəsinə dəstək ifadə etmişlər və bu münasibət İƏT-in qərar və bəyanatlarında öz əksini tapmışdır. İslam dünyasının ayrılmaz parçası olan müstəqil Azərbaycanın üçrəngli dövlət bayrağının Azərbaycan torpağı olan bu ərazilərdə dalğalanması tarixi ədalət və istiqrarın bərpası anlamını verir və Ümmət olaraq bizi hədsiz sevindirir. Əminik ki, Qarabağın bütün məscidlərindən, Zati-alinizin bəyan etdiyi kimi, uzun illər sonra yenidən azan səsləri ucalacaqdır, inşallah!

Zati-aliləri, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi qüdrətinin artması istiqamətində misilsiz səyləriniz, milli-mədəni irsin dirçəlişinə qayğı və himayəniz müdrik siyasətin nümunəsi kimi beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Siz sülhsevər siyasət yürüdərək, uzun illər ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli sülh yolu ilə, beynəlxalq hüquqa və beynəlxalq təşkilatların qərar və səylərinə istinadən həllində ardıcıllıq nümayiş etdirmisiniz. Zati-alinizin bu günlər mətin, nüfuzlu sərkərdə, öz xalqının dərin məhəbbət və etimadını qazanmış, ordusunun qüdrətinə güvənən yenilməz dövlət lideri olaraq dünyanın demək olar ki, bütün aparıcı media qurumlarında Azərbaycan həqiqətlərini, Qarabağ reallıqlarını inam, qətiyyət və siyasi mədəniyyət nümunəsi ilə dünya ictimaiyyətinə çatdırması qlobal miqyaslı dövlət xadimi statusunuzun bariz nümunəsidir.

Möhtərəm cənab Prezident, Siz illərdir ki, multikulturalizm və İslam həmrəyliyi kimi insan həmrəyliyinə xidmət edən qlobal ideyaların, dünyada sülh və anlaşmaya nail olunması yönündə mədəniyyətlər və sivilizasiyalararası dialoq zəminində beynəlxalq əməkdaşlığa dair forumların, Dünya Dini Liderlərinin sammitlərinin təşəbbüskarı, habelə məşhur “Bakı Prosesi”nin müəllifi kimi tanınırsınız. Dünya ictimaiyyəti, o cümlədən, İslam aləmi bunu yüksək dəyərləndirir. Beynəlxalq konfransımızda iştirak edənlərin əksəriyyəti zamanında dünyanın ən böyük dövlətinin siyasi zirvəsində yer alan nüfuzlu müsəlman, Azərbaycanın böyük oğlu Heydər Əliyevi yaxşı xatırlayır. Müsəlman dünyası olaraq biz bu böyük şəxsiyyətlə qürur duyduğumuz kimi, Heydər Əliyev siyasi məktəbinin ardıcıl olan qətiyyətli siyasi lider, ata vəsiyyətini yerinə yetirərək ruhunu şad edən, İslam torpağının – Qarabağın fatehi olan Zati-alinizin qalibiyyətli zəfəri ilə fəxr edirik.

Azərbaycanın əzəli torpaqları olan Qarabağın və İslam dünyasının mədəniyyət beşiyi Şuşanın işğaldan azad olunması münasibətilə bir daha Zati-alinizi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı, bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik. Bu, öz torpaqlarına, milli-dini dəyərlərinə, ümumislam irsinə sahib çıxan müzəffər xalqın Uca Allahın xeyir-duası ilə, rəşadətli Ordusunun gücünə arxalanaraq tarixi ədaləti bərpa etməsidir.

Zati-aliləri, haqq işi uğrunda - dövlətin ərazi bütövlüyünün bərpasında Ali Baş Komandan olaraq qazandığınız qələbələr dünyada beynəlxalq hüququn təmininə xidmət edən nümunəvi tarixi missiyadır. Bu qələbənin əldə edilməsində şəhid olmuş qəhrəman Azərbaycan oğullarına Uca Allahdan rəhmət diləyir, yaralılara şəfa arzulayırıq. Zati-alinizə Azərbaycan xalqı və dövləti naminə fəaliyyətinizdə, ərazi bütövlüyünün bərpası istiqamətində yeni zəfər və qələbələr, dünya miqyasında dəyər kəsb edən səy və əməllərinizə Allah-Təaladan uğurlar diləyirik.

Uca Yaradan hər zaman yardımçınız olsun, Öz Lütf və Mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin! Amin.

Dərin hörmətlə,

2020-ci il noyabrın 10-da keçirilmiş “Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamofobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” mövzusunda onlayn Beynəlxalq Konfransın iştirakçıları:

Şeyxülislam Allahşükür Paşazadə – Qafqaz Müsəlmanları İdarəsinin sədri;

Mərğub Səlim Bat – İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Baş katibi Y.Ə.Əl-Useyminin xüsusi nümayəndəsi;

Ali Erbaş – Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başqanı;

Əbuzər İbrahimi Torkaman – İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri;

Əli Muhyiddin Əl-Qaradaği – Beynəlxalq İslam Üləmaları Birliyinin Baş katibi;

Mübariz Qurbanlı –Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri;

Əl-Seyyid Mahmud Əl-Şərif – Misir Ərəb Respublikası Parlamenti sədrinin birinci müavini, Şəriflər Cəmiyyətinin rəhbəri;

Salim Əl-Malik – İƏT-in İslam Aləmi Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İCESCO) Baş direktoru;

Usmanxon Alimov – Özbəkistan Müsəlmanları İdarəsinin sədri, Müfti;

Məhəmməd Qasem Həlimi – Əfqanıstan İslam Respublikasının Həcc, İrşad və Vəqflər naziri;

Halit Eren – İƏT-in İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmaları Mərkəzinin (İRCİCA) Baş direktoru;

Şeyx Məhəmməd Mənsur Nias – Seneqal Respublikası Prezidentinin Dini işlər üzrə müşaviri;

Əhməd Təmim – Ukrayna Müsəlmanları Ruhani İdarəsinin sədri, Müfti;

Sahibzadə Sultan Əhməd Əli – Pakistan Müsəlman İnstitutunun direktoru;

Yəhya Pallaviçini – İtaliya Müsəlman İcmasının prezidenti, Milan məscidinin imamı;

Yusuf Abdulrahman Nzibo – Keniya Fatima bint Xalfan Fondunun təsisçi sədri, Nayrobi məscidinin sədri;

Mustafa Alış Hacı – Bolqarıstanın müftisi;

Rifat Feyzic – Monteneqronun müftisi;

Zoltán Róbert Bolek – Macarıstan Müsəlman İcmasının sədri;

Əziz Əl-Kobaiti İdrisi – Mərakeş Sufi və Estetik Araşdırmalar üzrə Beynəlxalq Akademik Mərkəzinin prezidenti;

Altay Abibullayev – Nursultan Nazarbayev adına Dinlərarası və Mədəniyyətlərarası Dialoqun İnkişafı Mərkəzinin İdarə Heyətinin sədri;

Xamis Səid Mataka – Tanzaniya Milli Müsəlman Şurasının sədri;

Maksatbek Toktomuşev – Qırğızıstan Müsəlmanları İdarəsinin sədri, Müfti;

Sahib Məmmədov – QMİ-nin Naxçıvan bölgəsi üzrə qazısı;

Bünyamin Çil – QMİ-nin Türkiyədəki səlahiyyətli nümayəndəsi;

Əli Əliyev – QMİ-nin Gürcüstandakı səlahiyyətli nümayəndəsi;

Şaqabitdin Kerimov – QMİ-nin Şimali Qafqaz və Dağıstanda səlahiyyətli nümayəndəsi;

Şamil Rəsulov – QMİ-nin İran İslam Respublikasındakı səlahiyyətli nümayəndəsi;

Seymur Nəsirov – Misirdəki Azərbaycan Diaspora Təşkilatları Birliyinin sədri".

"Liverpul" futbol klubu tarixində ilk dəfə ardıcıl beş ev oyununda məğlub oldu
"Liverpul" futbol klubu tarixində ilk dəfə ardıcıl beş ev oyununda məğlub oldu
Üzgüçülük üzrə Tokio yay olimpiya oyunlarında Azərbaycan idmançıları yüksək nəticə göstərib
Üzgüçülük üzrə Tokio yay olimpiya oyunlarında Azərbaycan idmançıları yüksək nəticə göstərib
"Barselona" İspaniya Kubokunun finalına vəsiqə qazandı
"Barselona" İspaniya Kubokunun finalına vəsiqə qazandı
Loading Bars
Xəbər lenti
Qəbələdə avtomobil təmiri sexi və içərisindəki minik maşını yanıb
İsveçdə "vaksin pasportları" verilə bilər
Prezidentin açılış etdiyi gəmi-muzeydən REPORTAJ
Nəsir İmanquliyev yad edildi (FOTO)
Norveç şirkəti Azərbaycana 25 000 dollarlıq yatırım edib
Qazi və şəhid ailələrinin evinə qaz verilib
Baş Prokurorluğun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər
“Üzv Dövlətlərin Türk Akademiyasının Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokol” təsdiqləndi
Martın 9-na olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb
Avropa koronavirusun üçüncü dalğası ilə üz-üzədir
Prezident İlham Əliyev: Ali Baş Komandan kimi mən bilirəm ki, bizim zəif yerlərimiz də haradadır
Prezident İlham Əliyev: İqtisadi sahədə dürüstlük, inhisarlara son dövrüdür
Prezident İlham Əliyev: “Demokratlar” indi niyə susurlar, niyə demirlər ki, Paşinyan bizə nümunə olmalıdır
Azərbaycan Beynəlxalq Bankından sərfəli kredit kampaniyası
Azərbaycan Prezidenti: Müharibə başlayanda kim deyə bilərdi ki, Azərbaycan haqsızdır?
QDİƏT ölkələri pandemiyanın turizmə təsirini müzakirə ediblər
Zaqatalada yeni fındıq emalı fabriki yaradılır
Prezident İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat bütün ölkələrlə münasibətləri yerə vurdu
Prezident İlham Əliyev: Bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur
Azərbaycan İlahiyyat İnstitutunda növbəti iclas keçirilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistana indi xaricdən yardım olmasa, birdəfəlik batacaq
Yelo Bank-dan yeni və parlaq mobil əlavə
Prezident İlham Əliyev: Yol çəkirik, asfalt bizim, çınqıl bizim, niyə biz xarici kredit götürməliyik?
Azərbaycan Prezidenti: Ermənistan kimi heç vaxt gedib qapı-qapı gəzməmişik, özümüzü alçaltmamışıq
Balakəndə yas mərasimi keçirənlər cərimələnib (FOTO)
Prezident İlham Əliyev: Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti mən hakimiyyətə gələndə uşaq olan insanlardır
Prezident İlham Əliyev: İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır, məcbur edəcəyik onları
Azərbaycan Prezidenti: Lüksemburq o qədər də böyük, yumşaq desək siyasi çəkiyə malik olan ölkə deyil ki, naziri bizə irad tutsun
Azərbaycan Prezidenti: Böyük ölkələrin nümayəndələri məni ittiham etdilər ki, İlham Əliyev sülh istəmir
KOBİA özünüməşğulluq proqramına dəstəyini davam etdirir
Ombudsman hərbi helikopterin qəzaya uğraması ilə bağlı Türkiyənin müxtəlif qurum rəhbərlərinə başsağlığı verib
Prezident İlham Əliyev 2003-2020-ci illəri münaqişənin həllinə hazırlıq dövrü kimi səciyyələndirib
Prezident İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat cütlüyünun əli Azərbaycan xalqının qanına batmışdır
Prezident İlham Əliyev: O vaxt milli maraqları hər şeydən üstün tutan “91-lər”in fəaliyyətini yüksək qiymətləndirirəm
AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Türkiyəli həmkarlarına başsağlığı ünvanayıb
YAP icra katibliyi ləğv edildi
DSX rəisi Nadim Razanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Rusiyada ikinci koronavirus vaksini ilə kütləvi peyvəndləmə başlayır
Prezident İlham Əliyev: Ölkəmizin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin
Yoluxma sayında artım davam edərsə, karantin sərtləşdirilə bilər - Şöbə müdiri
Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Rəsmi Yerevan sağlam məntiq və düşüncədən uzaq olduğunu növbəti dəfə açıq nümayiş etdirir - Leyla Abdullayeva
Azərbaycan Prezidenti: Gənc nəsil bilməlidir ki, biz müstəqilliyi nəyin bahasına qoruyub saxlaya bilmişik
Prezident İlham Əliyev: Azərbaycanın əsl müstəqillik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Mehriban Əliyeva YAP Sədrinin birinci müavini təyin olunub
Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır
Yeni Azərbaycan Partiyasına sədr müavinləri təyin edildi
Müharibədən əvvəl oğurluqda təqsirləndirilən qazi azadlığa buraxıldı
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü dövründə ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi
“Arabnews” qəzeti: Azərbaycan Pakistanı bütün sahələrdə dəstəkləyir
Bakıda ağacların dibi asfaltdan təmizlənib (FOTO)
Roma papası peyvənd olunduqdan sonra ilk xarici səfərini reallaşdırdı
Ağdam rayonunun Tağıbəyli kəndi (VİDEO)
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi
Azercell “Qələbə ili”-nin nəticələrilə bölüşdü
İƏT-in Zirvə toplantısı: Türkiyə, Pakistan və Əfqanıstan Azərbaycanın strateji tərəfdaşları kimi...
Ermənistan daha bir beynəlxalq müsabiqədə iştirak etməyəcək
Temperatur enəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ
Prezident İlham Əliyev: Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi
“Suraxanı” tanker-muzeyinə giriş qazilər və şəhid ailələri üçün pulsuz olacaq (FOTO)
BirBank yenə də ölkənin lider mobil tətbiqi oldu!
Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə veb-konfrans təşkil ediləcək
YAP-ın VII qurultayını qalib ölkənin qurultayı adlandırmalıyıq - Musa Quliyev (VİDEO)
DTX-nin rəisi Türkiyədə hərbi qulluqçuların həlak olması ilə bağlı başsağlığı verib
Vilayət Eyvazov Pakistan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ilə görüşüb
YAP-ın növbədənkənar qurultayı: Hakim partiyada nələr dəyişdi? - Trend TV-nin REPORTAJI
Şəhid anaları ziyarət edilib (FOTO)
Prezident İlham Əliyev: Biz beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik ölkəyə çevirdik
Mingəçevir Dövlət Universitetinin rektoru Tələbə Gənclər Təşkilatının fəalları ilə görüşüb (FOTO)
Azərbaycan Prezidenti: Biz reallıqlar yaradan ölkəyik
Prezident İlham Əliyev: Prezident seçkilərindən sonra bəyan etdiyim proqram icra edilir və hədəflərimizə çatırıq
Əhaliyə vaksinasiya üçün onlayn növbə götürməyə çağırış edilib
Azərbaycanda koronavirusa yoluxanların sayı artıb
Prezident İlham Əliyev: Bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir
Prezident İlham Əliyev: YAP-ın VI qurultayından ötən üç il ölkəmiz və bölgəmiz üçün həlledici illər olub
Energetika Nazirliyində 8 Marta həsr olunmuş tədbir keçirilib
İranda ötən sutka 81 nəfər koronavirusdan ölüb
Azərbaycanda siyasi partiyaların sayı 56-ya düşüb
Mübariz Mənsimov azadlığa buraxılıb
Bəzi müxalifət partiyaları qollara parçalandığı halda, YAP birləşdirici funksiya daşıyır - YAP-a qoşulan partiya sədri
Nizami rayonunda soyğunçu saxlanılıb (FOTO)
Su hövzələrində balıqların tükənməsinin səbəbkarı kimlərdir? - İttifaq sədrindən açıqlama
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə işçi qrupunun iclası keçirilib
Sabunçuda narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)
Könül Nurullayeva Keşlə qəsəbəsində sakinlərlə görüşüb (FOTO)
Bu şəxslər YAP İdarə Heyətinin yeni tərkibində yer almayıblar (SİYAHI)
Şuşada ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib (FOTO)
Əli Əsədov Türkiyənin Vitse-prezidentinə helikopter qəzası ilə bağlı başsağlığı verib
İxtisassız sahələr üzrə kifayət qədər çox işaxtaranlarımız var - Agentlik sədri
Prezident İlham Əliyev dünyada sabitliyin bərqərar olmasına çalışan liderlərdəndir - Ekspert
“AccessBank” tender elan edir
İşə qəbul zamanı müharibə iştirakçıları imtiyazlı qrupa daxil edilməyib - Agentlik sədri
Transxəzər Fiber Optik Kabel Xətti layihəsi “Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları” tədbirində vurğulanıb (FOTO)
BİRLinkdən “Novruz payı”: Hədiyyəni özün seç!
Domen nədir və bizim buna niyə ehtiyacımız var?
Sabah 18 dərəcə isti olacaq
ÜST pandemiyanın bitəcəyi vaxtı açıqlayıb
Yaxın günlərdə sosial sığorta kartlarının dövriyyədən çıxarılmasını nəzərdə tuturuq - Agentlik sədri
Bakı-Sumqayıt qatarı 3 gün işləməyəcək
Ramiz Mehdiyev və Siyavuş Novruzov YAP-ın yeni İdarə Heyətində yer almayıb
Bütün xəbərlər