...

Dünyanın nüfuzlu qadın siyasətçiləri bir arada (VİDEO)

Siyasət Materials 11 Noyabr 2020 14:06 (UTC +04:00)
Dünyanın nüfuzlu qadın siyasətçiləri bir arada (VİDEO)

Bakı. Elçin Mehdiyev - Trend:

Dünyaca mötəbər siyasi platformalarından biri olan “Qadın Siyasi Liderləri” (WPL) təşkilatının “Reykyavik Qlobal Forumu” start götürüb. Forum post-pandemiya dövründə qadınların iqtisadi, sosial və siyasi imkanlarının genişləndirilməsi və onların rəhbər siyasi vəzifələrdə iştirakının təmin edilməsi mövzularını əhatə edəcək.

Trend-in məlumatına görə, bu barədə “Qadın Siyasi Liderləri” (WPL) təşkilatında Azərbaycanı ölkə səfiri kimi təmsil edən, Milli Məclisin deputatı Könül Nurullayeva məlumat verib.

Bildirib ki, 3 gün davam edəcək tədbirdə 700-ə yaxın nüfuzlu qadın siyasətçilər, fəallar, beynəlxalq təşkilat rəhbərləri, idarə heyəti üzvləri və dövlət başçıları iştirak edir. Tədbir iştirakçıları arasında ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton, Avropa Parlamentinin sabiq Vitse-prezidenti Silvina Koç-Mehrin, Avropa Komissiyasının sabiq Prezidenti Coze Manuel Barroso, Belçika Şahzadəsi Mari Esmeralda, Estoniyanın Prezidenti Kersti Kalyulaid, "CARE İnternational" beynəlxalq təşkilatının Prezidenti Mişel Nun, Norveçin Baş Naziri Erna Solberq, Avstraliyanın sabiq Baş Naziri Yuliya Gillard, BMT Qadın təşkilatının icraçı direktoru Fumzile Mlambo-Nqçuka və İslandiyanın hazırki Baş Naziri Katrin Yakobsdottir də var.

“Qadın Siyasi Liderləri” (WPL) təşkilatında Azərbaycanı ölkə səfiri kimi təmsil edən Könül Nurullayeva tədbirdə milli bəyanatla çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti