...

Anadolu agentliyi Ağdam rayonunun görüntülərini əks etdirən videomaterial yayımlayıb (FOTO)

Siyasət Materials 27 Noyabr 2020 22:41 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Anadolu agentliyi işğaldan azad olunana Ağdam rayonunun dəhşət saçan görüntülərini əks etdirən “Ağdam 27 il sonra azadlığına qovuşdu” sərlövhəli videomaterial hazırlayıb.

Trend xəbər verir ki, videomaterial erməni vandalları tərəfindən dağıntı və təhqirə məruz qalam Ağdam cümə məscidinin görüntülərinin nümayişi ilə başlayır. Sonra məscidin tarixi geniş planda tamaşaçıya çatdırılır. Bunun ardınca şəhərin acınacaqlı mənzərəsi göstərilir. Kadrlardan belə təsəvvür yaranır ki, vaxtilə Qafqazın ən əzəmətli şəhərlərindən sayılan bu məkan sanki vəhşi bir qəbilənin, gəmiricilər sinfinə daxil olan sürünün hücumuna məruz qalıb.

Qeyd edək ki, xarici mətbuat, eləcə də Türkiyənin aparıcı KİV-ləri Ağdam rayonunu atom bombasının təsirindən dağıdılıb viran qalan Xirosimaya bənzədiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti