...

Fransa Milli Assambleyasının sülhü dəstəkləmək əvəzinə qərəzli, ədalətsiz qətnamə qəbul etməsi insanlığa qətiyyən sığımır - Deputat

Siyasət Materials 3 Dekabr 2020 22:54 (UTC +04:00)
Fransa Milli Assambleyasının sülhü dəstəkləmək əvəzinə qərəzli, ədalətsiz qətnamə qəbul etməsi insanlığa qətiyyən sığımır - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda əldə edilmiş sülhü dəstəkləmək, 750 min məcburi köçkün azərbaycanlının işğalçı Ermənistan tərəfindən dağıdılmış doğma torpaqlarına qayıtmasına kömək etmək əvəzinə Fransa Milli Assambleyası tərəfindən qərəzli, ədalətsiz münasibət insanlığa qətiyyən sığımır.

Bunu Trend-ə Milli Məclisin Ağdamdan olan deputatı Bəxtiyar Əliyev Fransa parlamentinin aşağı palatasının Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına çağırış edən qərəzli qətnaməsinə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, Fransa Milli Assambleyasının Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı təhdidi özündə ehtiva edən qərəzli qətnaməsi tövsiyyə xarakteri daşısa da qətiyyətlə rədd edilməlidir:

"Bu qətnamə insan haqlarının kobud şəkildə pozulması, milli və dini ayrıseçkilik, irqçilik və xalqlar arasında nifrət yaradılması deməkdir. Bu qətnamədə Avropa Birliyinə "xiristianları qorumağa" çağırış qeyri-xristianlara qarşı isə Xolokost cinayətləri törətməyə çağırış anlamına gəlir.

Çünki onlar Xocalı soyqırımına göz yumublar və minlələrlə azərbaycanlının qətlə yetiriməsinə vicdansızcasına susublar. Bu, Fransa və bəşəriyyət üçün XXI əsrin ən utancverici qara səhifəsi olacaqdır.

Əslində, Fransa bunula da Avropa İttifaqını xalqların bərabərliyi, firəvanlığı, təhlükəsizliyi, əməkdaşlığı birliyindən bir "xristian klubu"na çevirməyə cəhd edərək bütün Avropanı fəlakətə sürükləyir. Fransa xalqı heç zaman belə siyasəti dəstəkləməmiş, belə siyasət yürütmək istəyənləri isə tarixin qara arxivinə atmışlar. Əminik ki, bu dəfə də belə olacaq".

B.Əliyev vurğulayıb ki, Azərbaycan müstəqil, suveren dövlətdir və xalqın siyasi iradəsini heç bir qüvvə qıra bilməz: "Xalq, iqtidar və ordu bir dəmir yumruq kimi birləşib və istənilən təcəvüzkarın başından vuraraq məhv etməyə hazırdır.

Heç kim Azərbaycan xalqı ilə hədə-qorxu, ultimatum dili ilə danışa bilməz. Bunu unutmasınlar!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti