...

Dağıstan Xalq Məclisinin sədri Prezident İlham Əliyevə məktub ünvanlayıb

Siyasət Materials 8 Dekabr 2020 19:25 (UTC +04:00)
Dağıstan Xalq Məclisinin sədri Prezident İlham Əliyevə məktub ünvanlayıb

Bakı. Trend:

Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, məktubda deyilir:

"Möhtərəm İlham Heydər oğlu!

Azərbaycan xalqının səbri öz bəhrəsini verdi.

Azərbaycan Respublikası öz tarixi sərhədləri daxilində ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan xalqının ümummilli lideri, unudulmaz Heydər Əliyev buna inanırdı. Həyat Sizin Azərbaycan Prezidenti kimi Azərbaycan xalqı naminə ən mürəkkəb məsələləri həll etməyə və istənilən çağırışlara adekvat cavab verməyə qadir olduğunuzu bir daha sübut etdi.

Dekabrın 10-da Bakıda keçiriləcək hərbi parad çoxmillətli Azərbaycan xalqının mərdliyinin, igidliyinin və birliyinin, onun öz tarixinə və öz Vətəninə sədaqətinin rəmzidir.

Qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti