...

Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub

Siyasət Materials 8 Dekabr 2020 22:46 (UTC +04:00)
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub

Bakı. Trend:

Cari ilin 8 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti