...

Hikmət Hacıyev bəzi beynəlxalq media qurumlarının iddialarına cavab verdi

Siyasət Materials 9 Dekabr 2020 11:54 (UTC +04:00)
Hikmət Hacıyev bəzi beynəlxalq media qurumlarının iddialarına cavab verdi

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Washington Times” qəzetində çıxan məqaləsində bəzi beynəlxalq mətbuat orqanlarının guya Azərbaycanın xristian abidələrinə və xristian irsinə qarşı “mədəni soyqırım” planlaşdırması barədə irəli sürdüyü əsassız ittihamlara cavab verib.

Trend-in məlumatına görə, “Azərbaycanda bütün xristian məbədləri bərpa olunub” sərlövhəli məqaləsində H.Hacıyev bildirib ki, keçmiş SSRİ-nin bütün ərazisində dini abidələrin bilərəkdən dağıdılması dövlət siyasətinin tərkib hissəsi olub. Stalin rejimi dövründə Moskvada provaslav kilsələri, Bakıdakı Aleksandr Nevski kilsəsi sökülüb, 25 mindən çox məscid dağıdılıb.

H.Hacıyev bildirib ki, müasir Azərbaycanda bunun tam əksi olan siyasət həyata keçirilir: “Bakıdakı erməni kilsəsi bərpa olunub. Yeni katolik kilsə tikilib, bu kiləsinin açılışında Roma Papası şəxsən iştirak edib. Köhnə senaqoqlar bərpa edilib, yeniləri açılıb”.

H.Hacıyev işğal nəticəsində Qarabağda dağıdılmış xristian və müsəlman irsinin bərpa ediləcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti