...

Gələcək nəsil bilməlidir ki, qazanılan qələbə nəyin əsasında əldə olunub - Kəmaləddin Heydərov

Siyasət Materials 12 Dekabr 2020 14:21 (UTC +04:00)
Gələcək nəsil bilməlidir ki, qazanılan qələbə nəyin əsasında əldə olunub - Kəmaləddin Heydərov

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ulu öndər Heydər Əliyevin bütün çıxışlarında böyük bir sözü var idi, müstəqilliyimizi qoruyun.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov bildirib.

Onun sözlərinə görə, başda Ali Baş Komandan olmaqla Silahlı Qüvvələrimizin əldə etdiyi qələbə onu göstərir ki, Heydər Əliyevin dediyi kimi müstəqilliyimiz əbədidir və dönməzdir:

“Biz həmişə ulu öndər Heydər Əliyevə minnətdar olmalıyıq. Onun yürütdüyü siyasətdir ki, bu gün böyük uğurlar davam etidirilir. Bundan sonra da gələcək Azərbaycan gəncləri və xalqı min illər sonra da yazılmış bu tarixi unutmamalıdırlar. Bilməlidirlər ki, qazanılan bu qələbə nəyin əsasında əldə olunub. Bu, uzunmüddətli strategiyanın, Azərbaycan iqtisadiyyatının, hərbi gücünün və müdrik siyasətin hesabına olmuşdur. Allah ulu öndər Heydər Əliyevə rəhmət eləsin, ruhu şad olsun”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti