...

Bütün dünyaya ideal kimi təqdim edilən ABŞ demokratiyası heç də həqiqi deyil - Deputat

Siyasət Materials 7 Yanvar 2021 16:13 (UTC +04:00)
Bütün dünyaya ideal kimi təqdim edilən ABŞ demokratiyası heç də həqiqi deyil - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

ABŞ-da baş verənlər əslində həqiqi demokratiyanın yeni miladı kimi qiymətləndirilə bilər. Çünki bu vaxta qədər bütün dünyaya ideal demokratya kmi təqdim edilən Amerika demokratiyası heç də həqiqi demokratiya deyil, tamamilə elita demokratiyası kimi səciyyələndirilə biləcək demokratiya idi.

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, bunun əsasını isə demokratiyanın ilkin mənbəyi kimi xarakterizə olunanan seçki sistemi təşkil edirdi: “Yəni ABŞ-da 200 illik demokratiya tarixində heç vaxt sadə seçici birbaşa səs verməklə öz mövqeyini ortaya qoya bilməyib, onun səsi sadəcə təmsilçi seçməklə məhdudlaşdırılıb. Ona görə də Amerika demokratiyasından danışanda onu təmsilçi demokratiya adlandırırlar. Bu isə əslində bir qrup siyasi elitanın, hətta bir qədər də dəqiqləşdirsək, anqlosakson elitanın maraqlarına xidmət edən demokratiya idi.

Bu demokratiya hətta o dərəcədə süni idi ki, nəinki xalqı siyasi iştirakçılıqdan kənarda qoyur, hətta elitanın içərisində belə “demokratik lider”lər layihə formasında həyata keçirilirdi. Nəticə isə ölkədə respublikaçılar və demokratlar arasında hakimiyyət ötürülməsini təmin edən mexanizm yaratmaqla vətəndaş təşəbbüskarlığını, iştirakçılığı minimuma endirdi. Bu isə heç də həqiqi demokratiya adlandırıla bilməzdi. D.Tramp məz bu “layihələndirilimiş” demokratiyaya və onun seçki sistemindəki qüsurlara etiraz edərək bir növ Amerika demokratiyasını təftişə məruz qoydu və dərhal bəlli oldu ki, bu demokratiya dayanıqlı və demokratik təzyiqə dözümlü olan daxili struktura malik deyil”.

Deputatın sözlərinə görə, hazırda ABŞ-da yaşananları şərtləndirən amillər bu sistemin yaratdığı məhdudiyyətlərdən doğan amillərdir:

“Bu gün bir sıravi ABŞ vətəndaşı senata daxil olub “bura mənim evimdir” şüarı səsləndirə bilirsə, bu, 200 illik ABŞ demokratiyasının 200 il ərzində adi vətəndaşa bu şüarı səsləndirə biləcək qədər cəsarət haqqı tanımasının yeganə nümunəsidir:

“Yəni, əslində xalqın nəhayət həqiqi demokratiya uğrunda mübarizəyə iddialı olmasının göstəricisidir. Ona görə də 6 yanvar hadisələrindən sonra proses bu cür inkişaf etməkdə davam edərsə, ABŞ-demokratiya tarixində yeni keyfiyyət mərhələsi başlaya bilər. Sonuncu prezident seçkilərindən əvvəl keçirilən rəy sorğusunda iştirak edən respondentlərin kimə və nə üçün səsə verəcəklərilə bağlı suala təqribən 30 faiz iştirakçı öz mövqelərini kiçik və orta biznesə olan münasibətə görə müyyən etdiklərini ifadə etmişdilər ki, bu kateqoriyaya əsasən latındillilər daxildir.

İrqi məsələlərə görə öz siyasi mövqeyini dəqiqləşdirənlər isə ümümi respondentlərin 20 faizə qədərini təşkil edirdi ki, bunlar da əsasən afroamerikanların mövqeyi idi. 17 faiz isə pandemiyaya qarşı mübarizə metodlarının effektivliyinə görə öz siyai mövqelərini dəqiqləşdirəcəklərini demişdi və s.

Göründüyü kimi, təkcə bu müqayisədə artıq elə reallıqlar ortaya çıxır ki, onlar rəsmi nəticələrdə təsdiqini tapmır. Əslində, narazılıq edənlər də elə onlardır. Daha xırda detallara girmədən ümumiləşdirmə aparsaq, görəcəyik ki, baş verən hadisələr səbəbsiz deyil. Bu isə ABŞ demokratiyasının heç də təqdim edildiyi kimi ideal olmadığının göstəricisidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti