...

Azərbaycan, Türkiyə və Pakistan arasında strateji sahələrdə əməkdaşlıq genişləndirilir

Siyasət Materials 15 Yanvar 2021 00:12 (UTC +04:00)
Azərbaycan, Türkiyə və Pakistan arasında strateji sahələrdə əməkdaşlıq genişləndirilir

Bakı. Trend:

Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” analitik proqramında Azərbaycan, Türkiyə və Pakistan arasında strateji tərəfdaşlıq, müttəfiqlik əlaqələrinin yeni formatı müzakirə olunub.

Trend-in məlumatına görə, verilişin videobağlantı şəklində qonağı olan pakistanlı deputat Sərdar Ayaz Sadiq və Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan mövzu ətrafında fikirlərini bildiriblər. Qeyd olunub ki, üç ölkə arasındakı siyasi, strateji, ticarət, sülh, mədəniyyət kimi, bir çox sahələrdə əməkdaşlıq güclənəcək. Bu gün hər üç ölkənin xarici işlər nazirləri arasında keçirilən görüşün yekunlarına dair imzalanan İslamabad Bəyannaməsinin önəmi vurğulanıb. Vurğulanıb ki, Azərbaycan, Türkiyə və Pakistan arasında strateji sahələrdə əməkdaşlıq genişləndirilir. Bu, ölkələrin əlaqələrinə müsbət təsirlərini göstərəcək.

“Hədəf” proqramını tam şəkildə “YouTube” kanalımızdan da izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=6bbC4_DpA3k

https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w

İnformasiya dəstəyi – Trend.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti